“Allaha inanmıram, ancaq ondan qorxuram” - FOTOLAR
Bizi izləyin

Əlfəcin

“Allaha inanmıram, ancaq ondan qorxuram” - FOTOLAR

“Əlfəcin” layihəsi sizə “Yüz ilin tənhalığı”, “Elan olunmuş qətlin tarixçəsi”, “Patriarxın payızı", "Vəba günlərində məhəbbət" və s. əsərlərin müəllifi məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin seçilmiş sitatlarını təqdim edir:

Səninlə vaxt keçirmək istəməyən insana zamanını ayırma!
Sənsiz yaşaya bilməyən insanın dəyərini bil və sənsiz xoşbəxt olan kəsin ardınca qaçma!

Heç bir insan sənin göz yaşlarına layiq deyil, layiq olanlar isə səni ağlamağa məcbur etməzlər...

Həmişə gülümsə, hətta kədərli olanda belə. Kimsə sənin təbəssümünə aşiq ola bilər...

Bir şeyi sevirsənsə, onu burax.. Əgər o, sənə məxsusdursa, mütləq qayıdacaq...

İnsanlar yaşlaşdıqca sevməyi tərgidirlər fikri necə də yanlışdır. Əksinə, onlar sevməyi tərgitdiklərinə görə qocalırlar.
Günlərin bir günü sən heç kimin səsini eşitmək istəməsən, mənə zəng et – susacağıma söz verirəm...
Heç kimin qabağında çıxarmamağım üçün şlyapa geyinmirəm.

Məhəbbət – anadangəlmə istedaddır. Sevməyi ya anadangəlmə bacarırsan, ya da heç vaxt...

Bütün dünya dağlarda yaşamaq istəyir, ancaq insanlar anlamır ki, əsl xoşbəxtlik dağa necə çıxmağımızdır.
Dua etmək mənasızdır. Avqustda Allah da məzuniyyətə çıxır.

Allaha inanmıram, ancaq ondan qorxuram...
Hər bir insanın öz sevgi dili var!
Fikirlərimizin valideynləri yoxdur, onlar ətrafımızda mələk kimi fırlanırlar.

Yaxşı iştaha üçün pis yemək yoxdur.
Həyatın hər anı imkandır.
Əsl dost sənin əlindən tutub ürəyini hiss edən biridir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm