Xüsusi
Aytəkin Əliyevanın "Forbes" uğuru: Qərbdəki mühacir qadınlar ona üz tuturlar - FOTOLAR
Son günlər dünya mediası soydaşlarımız haqqında maraqlı məqalələr hazırlayır. Bunlardan biri də azərbaycanlı aktivist, əslən Lənkərandan olan Aytəkin Əliyevadır. Dünyanın ən məşhur jurnallarından biri olan "Forbes" Nina Robertsin müəllifliyi ilə "Femigrants" (qadın immiqrantlara kömək etmək üçün yaradılıb) sosial şəbəkə layihəsinin yaradıcısı A.Əliyeva ilə müsahibə hazılayıb. Publika.az həmin müsahibənin qısa mətnini təqdim edir:
- Əvvəla, ondan başlayaq ki, sizi Azərbaycandan San-Fransiskoya gətirən səbəb nə oldu?
- 2011-ci ildə Tenessi Dövlət Universitetinin sosial media və
kommunikasiya ixtisasına qəbul oldum və təhsilimi davam etdirmək
məqsədilə San-Fransiskoya gəldim. Hazırda 30 yaşım var, ali
təhsilimi davam etdirə bilmək üçün neft şirkətində yaxşı məvacibli
işə başladım.
- Niyə?
- Mən sosial media platformalarının bizim həyatımıza necə təsir
etdiyini, baş verən texnoloji inqilabın həyat tərzini necə və hansı
sürətlə dəyişdiyini araşdırmaq istəyirdim. Əslində, aspirantura
üçün hazırladığım mövzunun adı "Yaxın Şərqdə "Facebook" və
"Tviter"in inqilabi rolu" olub.
- San-Fransiskoda "Facebook" şirkətində işin necə alındı?
Və nə üçün məhz "Femigrants"?
- Tenessi Dövlət Universitetində təhsilimi başa vurduqdan sonra,
San-Fransiskoda "Yeni Amerika Kütləvi İnformasiya Vasitələrində"
təcrübə proqramı keçmişəm. Həyat yoldaşım da bu şəhərdə təcrübə
keçmişdi. Baxmayaraq ki, San-Fransiskoda peşəkarlar üçün imkanlar
var, ancaq "Femigrants" şəbəkəsinin yaradılması mürəkkəb iş tələb
edən bir təcrübə idi.
- "Femigrants" sosial layihəsini yaratmağa sənə motivasiya
verən əsas amil nə oldu?
- Məni bu ideyanı həyata keçirməyə vadar edən əsas amil mühacir,
uşaqlı və biznes həyatında uğur qazanmaq istəyən qadınlara kömək
etmək istəyim idi. Mən qadın mühacirlərin uğurlu liderlər kimi
formalaşmalarına köpmək edib, onlara öz təcrübələrim əsasında
istiqamət vermək istəyirdim. İmmiqrantlara kömək edən müxtəlif
QHT-lər, qrumlar olsa da, mən heç bir irq, din və mədəniyyətindən
asılı olmadan, ayrı-seçkilik edilməyən bir şəbəkə qurmaq
istəyirdim. Məhz bu səbəbdən "Femigrants" layihəsinə tək başladım.
Lakin layihə haqqında "Facebook" və "İnstagram" səhifələrində
paylaşımlar etdikcə, mənə qoşulmaq istəyən könüllülərin,
həmkarlarımın sayı sürətlə artdı. Dostlarımın da dəstəyi ilə
Azərbaycandan bizə dəstək olan üzvlər topladıq. Beləcə, bu layihəni
ərsəyə gətirdik.
- Tapdığınız sahibkar qadınlara hansı növ köməklər edirsiz?
- Ölkəsini tərk edib, müxtəlif mədəniyyəti, qanun və qaydaları olan dövlətə köçmək heç bir insan üçün asan proses deyil. Mühitə adaptasiya olmaq, uyğunlaşmaq üçün xeyli vaxt lazım olur. Layihəmiz əsasında ilk növbədə immiqrant qadınlara bu istiqamətdə peşəkar yardım göstərir, bəzən sponsorluq edir və onların lider kimi formalaşmasına istiqamət veririk.
Layihə prosesində tədris aparan həmkarlarımız sahibkar xanımlarla biznes strategiyalarını və hətta təcrübələri əsasında formalaşan, özlərinə məxsus idarəçilik siyasətini, biliklərini paylaşırlar. Müxtəlif rakursdan ideyaları dinləyir və təhlil edirlər. Hər iki tərəfin dəstəyi ilə sponsorlar sizə inanır və fəalliyyətinizə maliyyə yardımı göstərir. Sponsorlar onlara sərmayə qoyur və sahibkar qadınların əldə etdikləri uğurdan özləri də yararlana bilirlər.
"Femigrants" təxminən 3 min qadın immiqrant sahibkar və biznes liderlərin toplaşdığı, Silikon Vadisində yerləşən geniş sosial şəbəkə layihəsidir. "Femigrant"ın ilk forumu mart ayının 22-də San-Fransiskoda keçirilib. Şəbəkənin adı "Femigrants"- "Female" ( qadın ) və "immigrant" ( mühacir ) sözlərinin birləşməsindən yaradılıb.
Könül Cəfərli
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar