• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Səttar Xanın İrandan qaçan nəvəsi BÜTÜN SİRLƏRİNİ AÇDI: “Bu, ən acı xatirəmdir” - MÜSAHİBƏ

  • Xüsusi
  • 1 Oktyabr 2018 16:00
  • 11 545 Baxış
Səttar Xanın İrandan qaçan nəvəsi BÜTÜN SİRLƏRİNİ AÇDI: “Bu, ən acı xatirəmdir” - MÜSAHİBƏ

Publika.az-ın özəl qonağı Səttar Xanın nəvəsi, Fransanın məşhur aktrisası Behi Canati Ataidir.

- Xalqımızın qəhrəman oğlu Səttar Xanın soyundansınız. “Xalqın sərkərdəsi” ilə bağlı xatirələrinizi bölüşə bilərsinizmi?

- Səttar xan mənim atamın babasıdır. O, İranın şöhrətli döyüşçülərindən olub. Ulu babamın şücaətindən bəhs edən qəhrəmanlıq dastanları var. Onun ən böyük məqsədi azadlıq olub. Həyatını da xalqın azadlığı uğrunda itirib. Səttar Xan inqilabın ruhu sayılan Təbrizdə şahın qoşunu ilə mübarizə aparıb. Qeyri-adi qəhrəmanlıq nümayiş etdirdiyinə görə də siz dediyiniz kimi “xalq sərkərdəsi” tituluna layiq görülüb. Xalqın səni sevib seçməsi çox böyük şərəfdir. Səttar xanın inqilabi qoşunu İranın böyük ərazisini düşmənlərdən təmizləyib. 1910-cu ildə əvvəlcədən babamla birgə şaha qarşı döyüşən sonra polis qüvvəllərinə xidmətə keçən erməninin başçılıq etdiyi qoşun Səttar xanın dəstəsini tərk-silah edir. Ulu babam ayağından vurulur. Bir müddət sonra isə aldığı güllə yarasından dünyadan köçür. Bu, mənim həyatımın ən acı və qürurlu xatirəsidir.

Картинки по запросу behi djanati atai

- İlk dəfə hansı filmin bir parçasına çevrilmisiniz?

- İlk rol aldığım film dünya şöhrətli rejissor Rolf de Heerin “Eşq romanları oxuyan qoca” adlı ekran əsəri idi. Film 2001-ci ildə Fransa Qvianasında çəkilmişdi. Tərəf müqabilim də əfsanəvi amerikalı aktyor Riçard Dreyfurs idi. Yəqin məlumatınız var, Riçard cəmi 30 yaşında ikən Oskar mükafatına layiq görülən dahidir. Çox həyəcanlı idim, amma deyəsən öhdəsindən gəldim (gülümsəyir).

- Taleyin hökmünə inanırsınız? Məsələn İrandan Fransaya köçməyiniz, ölkənin ən yaxşı aktrisalarından biri olmağınızda taleyinizin rolu varmı?

- İslam inqilabından sonra İranda qala bilməzdik, buna görə də Fransaya köçdük. Məktəbi bitirəndən sonra dəqiq qərar verdim ki, aktrisa olacağam. Amma anam bu seçimimdən çox narahat idi. Buna görə də məni fikrimdən daşındırdı. Dedi, qəlbindəki sənət sevgisinə hörmətlə yanaşıram, lakin bu, sənin üçün ağır yük olacaq. Fransada aktrisa olmaq çox çətindir. Odur ki, anamı dinlədim. Dəqiq elmlər üzrə ali təhsil aldım. Hətta araşdırmalarım da var. Amma bir müddət sonra gördüm ki, içimdə vulkan püskürür. İşimi atıb hər şeyə sıfırdan start verdim. Nüfuzlu aktyorluq kurslarında oxumağa başladım. Bəli, mən AKTRİSA oldum. Sualınızın cavabı-məncə insan taleyini özü yazır.

- Həyatınızın məcrasını dəyişdiyinizə görə peşmanlıq duyduğunuz anlar olubmu?

- Çox çətinlikdən keçmişəm, amma əsla peşman olmamışam. Bu sənət ən dadlı sudur və mən onu sevə-sevə içirəm. Olduqca təsirli, güclü ssenarilər əsasında ekranlaşdırılan filmlərin bir hissəsinə çevrilirəm. Zahiri görünüşüm də elədir ki, müxtəlif xalqların insanlarını canlandıra bilirəm. Mən etnik aktrisayam. Bu cəhətimi çox sevirəm. Bəzən çəkiliş meydançasında gücümün nəhayətsiz olduğunu anlayıram. Bu fantastik enerji mənə dünyanı sevdirir.

Картинки по запросу behi djanati atai

- Behi Canati adlı etnik aktrisanın həyatından bəhs edən film çəkilsəydi, onun obrazını kim canlandırardı?

- (gülür) Maraqlı sualdır. Bilmirəm... Bəlkə də Penelopa Kruz... Bizi enerjilərimiz, çılğınlığımız, ifa tərzimiz bənzərdir. Dəqiq Penelopa Kruz olardı. Onun Əşqar Fərhadi ilə birgə oynadığı filmə baxmışdım. Elə bu fikirlər ağlımdan keçmişdi. Biz Penelopa ilə iki bədəndə eyni ruhuq.

- O zaman ruhumuzdan bəhs edək: biz insanlar niyə ruhumuza əzab veririk. Onun çöküşünü izləməkdən niyə həzz alırıq?

- Çünki hisslərimizlə nəfəs alırıq. Xüsusən də biz - sənət insanları ruhun əzabına məhkumuq. Səhər açılandan gecə düşənədək yaşayırıq. Küçədə köməyə möhtac bir insan görürük üzülürük, havanın rəngi bizi hüznləndirir, özümüzdən saydığımız insanın acı rəftarı qəlbimizi incidir. Gün ərzində içimizdən müxtəlif “mən”lər çıxır. Gah həssas, gah qəddar, gah da dünyadan küskün... Bu əzab, acı özümüzü tanımağımıza kömək edir. Amma əminəm ki, sadaladıqlarım hər kəs üçün keçərli deyil. Hisslərini məntiqə qurban verib rahat yaşayanlar da var.

Картинки по запросу behi djanati atai

- Düşünürəm ki, insan yarım qalmamaq üçün daxili azadlığına qovuşmalıdır. Yalnız bu zaman ətrafımıza da zərərdən çox faydamız toxunar...

- Tamamilə doğrudur. Məsələn, mən zamanında içimdəki azad qadını eşitməsəydim, indi sevmədiyim işi görərək özümü də, ətrafımı da aldatmış olardım. Bu harmoniyaya qovuşduğumu düşünürəm.

- Bəs bu harmoniyaya çatmayanlara nə məsləhət görək?

- Əslində çətin sualdır. Amma xalqınızın mədəniyyətinə, adətlərinə, hətta bəzən ailənizə qarşı çıxmağı öyrənin. Hisslərinizi dinləyin. Ürək heç vaxt yalan danışmır. Cəmiyyətin sizə təklif etdikləri ilə qane olmayın, dostlarınızı, ətrafınızı seçmək azadlığına maliksiniz. Robot kimi soyuq yaşamaq biz insanlara yaraşmır.

- İstənilən çətin durumda bizi xilas edən qüvvə var. Ona eşqin gücü də deyə bilərik. Lap intihara cəhd etdiyimiz zaman belə, o bizi həyata bağlayır. Dediyim eşqi özümüzdə necə tapa bilərik?

- Əslində o böyük qüvvə hər zaman bizimlədir. Sadəcə fərqinə varmadığımız zamanlar olur. Mən bu enerjini peşəmdən alıram. Obrazlarım günbəgün ruhuma daha çox sevgi qatır. Bu, o qədər güclü hissdir ki, ətrafımla paylaşmağa da yetir. Bizi həmrəy edən bir-birimizə ötürdüyümüz pozitiv enerjidir.

- Sizcə, insan hansı gizli istəklərinə görə utanc hissi keçirməlidir?

- Hisslərimiz də, istəklərimiz də bizimdir. Amma duyğularınıza görə heç vaxt peşman olmayın, utanmayın! İnsan yanlışları üzərində öyrənir. Yaşamağı öyrənin! Duyğularınızla azad yaşamağı öyrənin!

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR