Xüsusi
"Gecə bir də gördük ki..." - Bayılın sürüşmə zonasından REPORTAJ/FOTO
Bu gün Bakının Badamdar qəsəbəsi, 20-ci sahəyə gedən yolun kənarındakı yamacda aktiv sürüşmə müşahidə edildi. Hadisə gecə saatlarında başlayıb və indiyədək davam edir. Sözügedən kəskin maili yamacda, əvvələr tikilmiş istinad divarının çatladığı və yaxınlığındakı torpaq qatının çökdüyü əraziyə giriş-çıxışlara məhdudiyyət qoyulub. Ərazidə təhlükəsizlik məqsədilə təxminən 10-a yaxın yaşayış evi boşaldılıb, ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.
Səhər saatlarında hadisə yerinə Səbail rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunub. Hadisənin səsbəblərini öyrənmək üçün müvafiq qurumlar ərazidə araşdırmalar aparır.
Publika.az olaraq hadisə haqqında daha dəqiq məlumat əldə etmək üçün əraziyə yollandıq. Badamdar qəsəbəsi 3-cü yaşayış massivinə gedən yol, Badamdar-20-ci sahəni birləşdirən yolda vətəndaşların gediş-gəlişini təmin edən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilib. Əraziyə getmək üçün yola bir xeyli piyada davam etməli olduq.
Təhlükəsizlik məqsədilə əraziyə vətəndaşların girişi məhdudlaşdırılmışdı. İstinad divarının çatları arasından qopan kiçik və orta həcmli daş parçaları yola yuvarlanmışdı. Qarşımıza çıxan şəxslərdən biri özünü yaxınlıqdakı obyektlərdən birinin işçisi kimi təqdim etdi.
Onun sözlərinə görə, sürüşmə gecə saatlarından başlayıb:
“Bu gördüyünüz divarda bir dənə belə olsun çat yox idi. Gecə saatlarında anidən sürüşmə başladı. Divar bir neçə yerdən çatladı, torpaq parçalanıb töküldü. Yuxarıda bir neçə ailə yaşayır, onlar da ehtiyat məqsədilə evdən çıxdılar. Səhər saatlarında icra nümayəndələri gəlib əraziyə baxış keçiriblər”.
Səhər saatlarında əraziya elektrik və içməli suyun verilişi dayandırılıb. Yaxınlıqda yaşayan şəxslərin sözlərinə görə, baş nazirin müavini Hacıbala Abutalıbov hadisə yerinə baxış keçirib və aidiyyəti orqanlara öz tapşırıqlarını verib.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hadisə ilə bağlı açıqlama verərək qurumun əməkdaşlarının əraziyə göndərildiyini bildirib:
“Hadisə ilə bağlı müəyyən yerlərdə təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb. Əgər sürüşmə davam edərsə, yaxın ərazilərdə də vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə elektrik enerjisinin verilişində məhdudiyyətlə ola bilər”.
Səbail rayon İcra Hakimiyyətinin hadisə yerində olan nümayəndələri isə ərazidə ciddi araşdırmaların hələ də davam etdiyini dedi:
“Əraziyə baxış davam etdirilir. Hazırda sürüşmə prosesi müəyyən fasilələrlə davam edir. Mütəxəssislər sürüşmə ocaqlarından nümunələr götürüb. Hələ ki, konkret nəticə yoxdur. Sürüşmə zonasının üst hissəsində təxminən 8-10 yaşayış evi var. Vətəndaşlar müvəqqəti olaraq evlərindən çıxarılıb. Bu gün axşam saat 6-dan sonra ərazidə hansı tədbirlərin görüləcəyi, əhalinin evlərinə qaytarılması və eləcə də əraziyə elektrik enerjisinin verilişinin bərpası ilə bağlı açıqlamalar veriləcək”.
Vətəndaşların və Badamdar yolundan keçən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şosesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılıb. Ərazidə mütəxəssislər araşdırmaları davam etdirir.
Könül Cəfərli,
Foto: Səfiyar Məcnun
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı