Məşhur yazarın İNANILMAZ EŞQ MACƏRASI: nişanlısının rəfiqəsi ilə sevişən və...
Bizi izləyin

Xüsusi

Məşhur yazarın İNANILMAZ EŞQ MACƏRASI: nişanlısının rəfiqəsi ilə sevişən və...

Poeziya xəstəlikdir. Qızdırmanı salmaq sağalmaq deyil. Əksinə! Hərarət artdıqca bədən aydınlanır, su kimi saflaşır.

Bu dəfə sizə Kafkadan danışacam. Özü də yolun sonundan əvvəlinə doğru addımlayacağıq. Çünki Kafkanı vəsf etməyin başqa özəl yolu yoxdur. Onu ayıq başla oxumaq da alınmır. Mütləq sənət hərarəti insanın vücudunu sarmalıdır.

Похожее изображение

Şairlər insanların baxış bucağını digər səmtə çevirərək həqiqəti dəyişməyə çalışırlar. Çünki qəlblərinin ən dərin nöqtəsində hakimiyyətin düşmənidirlər. Hakimiyyət və onun sadiq qulları isə toxunulmazlıq sevdasındadırlar.

Bu il dünya ədəbiyyatının ən vicdanlı nümayəndəsi Frans Kafkanın ölümündən 94 il keçdi. Dahi yazıçı doğulduğu Praqanın rəmzi hesab olunur. O, doğma şəhərini həm çox sevir, həm də nifrət edirdi. Hazırda Praqa şəhərinin mərkəzində Kafkanın ev muzeyi var. Qəribədir ki, muzeyin önündə təbii ehtiyaclarını ödəyən iki kişi heykəli qoyulub. Özü də istəyiniz mətni dilə gətirəndə heykəllər həmin mətni su ilə ifraz edərək yazırlar.

Картинки по запросу muzey kafki pisayushie statui

“Doktor, izn verin ölüm, yoxsa qatilim olacaqsınız”

Bu Kafkanın son sözləri olur... 1924-cü il iyulun 3-də gözünü vicdansız dünyaya əbədi yumur. O öləndə çox mistik bir hadisə baş verir. Praqanın mərkəzi meydanındakı böyük saat dayanır. Nəhəng saatı yalnız 1 həftə sonra təmir etmək mümkün olur.

Kafka Berlində dünyasını dəyişsə də, nəşi Praqaya gətirilir, və orada dəfn olunur. Bu gün Praqada Kafkanın başı adlı nəhəng abidə var. Onun haqqında onlarla bədii və sənədli film çəkilib.

Картинки по запросу KAFKA SMERT

Səni anlayan insana sahibsənsə, demək hər addımında dayağın var. Demək Tanrın var. Amma təəssüf ki, mən Tanrıma rast gəlmədən dünyadan köçəcəyəm.

Kafka ömrünün son illərində tənhalıqdan əziyyət çəkirdi. 1923-cü ildə bəlli oldu ki, ölümcül xəstədir. Cansıxıcı işindən, yeknəsəq həyatından uzaqlaşıb Baltik dənizin sahilindəki düşərgəyə köçür. 40 yaşlı yazıçı burada 19 yaşlı Dora ilə tanış olur. Ağıllı, gözəl Dora ilk baxışdan Fransa vurulur və bir anda onun Tanrısına çevrilir. Dora ölümə təslim olan yazıçının həm dostu, həm məşuqəsi, həm aşpazı, həm də köləsi idi. Dahi yazıçının son sənət incilərini dünya məhz Doraya borcludur.

Frans vərəmdən əziyyət çəkirdi. Ömrünün son günlərində nə yeyə, nə də rahat danışa bilirdi. Amma yazmaqdan əl çəkmirdi. “Aclıq sənətçisi” adlı povestini də bu dövrdə qələmə alır. Əsər qəfəsində acından ölən xəstənin taleyindən bəhs edir.

Onun həyatı elə təlatümlüdür ki, artıq min dəfə ölüb-dirilib, - deyən sədaqətli Tanrısı son nəfəsinədək dahisinin yanında olur.

Картинки по запросу KAFKA DORA

Hər şey o qədər pis idi ki, artıq yaxşıya doğru dəyişirdi.

Fransın qadınlarla münasibəti o qədər qəribə idi ki, hələ də bu haqda danışılır. Tez-tez aşiq olmağına baxmayaraq qadınlardan qorxurdu. Hətta 26 yaşınadək cinsi münasibətdə olmamışdı. İlk intim yaxınlığını isə belə xatırlayacaqdı: “Mehmanxanada rəfiqəm özünə və mənə iyrənc bir hərəkəti rəva gördü. Mən anladım ki, artıq heç nəyi dəyişmək mümkün olmayacaq. Bu iyrənc məqam mənim yaddaşıma əbədi həkk olacaq. Özü də mən nə ilkəm, nə də son”. Kafka 3 dəfə nişanını qaytarıb, nişanlısının rəfiqəsi ilə eşq macərası da yaşamışdı. Sonralar Fransın həyatını Felisiya adlı qız bəzəyir. Onlar cəmi bir dəfə görüşə bilirlər. Uzun müddət sonra yenidən görüşən aşiqlər Berlin parklarının birində gəzişəndən sonra Kafka Felisiyaya məktub yazaraq ayrılmaq istədiyini bildirir. Bir neçə həftə sonra isə ona 20 səhifəlik məktub yazıb, evlilik təklif edir. Eyni zamanda həkimə müraciət edib, bu addım atmaqda problem olmadığını dəqiqləşdirməli olduğunu vurğulayır. "Özün düşün, Felisiya, bu nikah hər ikimizin həyatında əsaslı dəyişiklik edəcək. Sən Berlindən, öz sevimli işindən, sənə sevinc bəxş edən rəfiqələrindən və bir sıra kiçik xoş məqamlarından məhrum olacaqsan. Özü də bütün bunları şən, qəlbi sevinclə alışan, birgə körpələr böyüdəcəyiniz kişi üçün etməyəcəksən. Alışdığın gözəl həyatın qarşılığnda zəif, bədbin, sükuta qərq olan inadkar, qəlbindən itkin düşmüş biri kişi qazanacaqsan”.

Qəribə də olsa Felisiya “hə” cavabını verir. Frans toy gününü min bir bəhanəylə uzadırdı. Nişanlısının bu təkminindən hiddətlənən gənc qız rəfiqəsini onun yanına göndərib, nə baş verdiyini öyrənməyə çalışır. Kafka Qreta adlı bu qıza da vurulur. Hər iki rəfiqəyə ayrıca məktublar yollayaraq, məhəbbətlərini qazanmağa çalışır.

Kafka Qretaya yazdığı məktubun birində: “Toydan sonra üçümüz birgə yaşasaq, necə də gözəl olardı. Siz mənim, mən də sizin əllərinizi bərk-bərk tutub, birbirimizə cəsarət verərdik”, - deyir.

Çarəsiz Qreta məktubu rəfiqəsinə göstərir və onlar “don juan” aşiqlərini Berlinə çağırıb, ifşa edirlər. Bu münasibət də sona çatır.

3 ildən sonra Kafka yenidən Felisiyaya evlilik təklif edir. Bir müddət sonra Felisiya ağır xəstəlikdən dünyasını dəyişir və Frans bunu göylərin ali qərarı ilə əlaqələndirir.

Картинки по запросу KAFKA fELİSİYA

Son vaxtlar ancaq yuxular görürəm, amma yata bilmirəm…

Kafka daim xroniki xəstəliklərdən əziyyət çəkirdi. Bu xəstəliklər adətən proxosomatik xarakter daşıyırdı. Frans xəstəliyin bədənini yoran yuxusuzluğa, baş ağrılarına tab gətirə bilmirdi. Buna baxmayaraq sağlam həyat tərzi sürməyə çalışırdı. Babasının qəssab olmağına rəğmən, özü ətdən imtina edib, hər gün idmanla məşğul olurdu. Amma yenə də nə orqanizm nə də ruh özünü tam bərpa edə bilirdi.

Картинки по запросу РОДИТЕЛИ КАФКИ

Övladından minnət uman (bəziləri hətta tələb edir) valideyn acgöz sələmçini xatırladır. Kapitalının taleyini riskə atıb mümkün qədər çox faiz götürməyə can atır.

Fransı uşaq ikən hər kəs dəli adlandırırdı. Çünki özünü cəmiyyətdən təcrid olunmuş və qəribə aparırdı. Ədəbiyyatdan başqa hər şeyə nifrət edirəm. “Qohumlarımın evinə gedib onların sevincinə, əzablarına şahidlik etmək qədər dərin sıxıntı yoxdur”, - deyən Fransın yovuşmazlığı valideynlərini də yorurdu. Xüsusən də atası ilə münasibəti günbəgün ən sərt həddə doğru addımlayırdı. İllər sonra atasına ünvanladığı məktubda: “Sənin ucbatından özümə inamımı itirib əvəzində hüdudsuz vicdan əzabı qazandım”, - deyəcəkdi.

Valideynləri Fransı elə həddə çatdırmışdılar ki, hissləri ilə öhdəlikləri, borcları arasında dolaşıb qalmışdı. Ondan hüquqşünas olmağı tələb etsələr də, ədəbiyyata, yazıya olan eşqi sönmürdü. Ömrünün böyük hissəsini sığorta şirkətində çalışan Frans məmurlar şirkətlərin pul borcunu toplayarkən təzyiqə məruz qalmasınlar deyə dəmir kaskalar icad edir. Bu icadına görə Kafka Amerikanın qızıl medalı ilə mükafatlandırılır.

Картинки по запросу Franc Kafka v detsve

Vəhşətsiz nağıl olmur. Bütün nağıllar qanla qorxunun dərinliyindən qopub gəlir. Bu cəhət bütün nağılları doğmalaşdırır. Fərq yalnız səthin qabığındadır. Şimalda yaranan nağıllarda Afrika zəncilərində olduğu kimi zəngin fauna fantaziyası mövcuddur. Amma hamısında hüznün toxumu eynidir.

Kafka ailəsinin hər 6 körpəsinin həyatı vəhşət daşan nağıla bənzəyir. 1883-cü ilin 3 iyul tarixində Praqanın yəhudi ailəsində körpə doğulur. Valideynləri ona Frans adı verirlər. Fransın hər iki qardaşı iki yaşına çatmadan ağır xəstəliyə yoluxub dünyadan köçmüşdülər. Özündən sonra isə 3 bacısı doğulur. Hər 3 bacı ikinci dünya müharibəsi dövründə Polşanın faşist düşərgələrində öldürülürlər.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm