Ərlərini boşayan, kişilərlə min oyundan çıxan, itlərini 5 ulduzlu oteldə yaşadan məşhur
Bizi izləyin

Xüsusi

Ərlərini boşayan, kişilərlə min oyundan çıxan, itlərini 5 ulduzlu oteldə yaşadan məşhur

Yazının birinci hissəsini BURADAN oxuya bilərsiniz.

Aparıcı Nikdən daha öncə hansı məşhurlarla intim əlaqəsi olub-olmadığını soruşur. Nik isə cavabında: “Bura Los-Ancelesdir, insanların ən yaxşı bildikləri şey gecə həyatını doya-doya yaşamaq, klublara gedib müğənnilər, modellər və aktyorlarla sevişməkdir. Hətta həmin gecələrdə cinsi əlaqədə olduğum ulduzların adını çəkə bilərəm - Nikol Şerzinger, Kim Kardişyan və təbii ki, həyat yoldaşım” deyir. Ərinin bu etirafı Merayanı elə hiddətləndirir ki, onu evdən qovur.

Amma gəlin, etiraf edək, 6 illik nikah bir quru etirafla dağıla bilməzdi. Psixoloqların da dediyi kimi, bu dövr ailə həyatının ən kritik ili sayılır. Demək ki, qazan çoxdan daşıbmış. Nikin dostları Merayanı ərinin həyatını cəhənnəmə çevirdiyini deyirdilər. Hətta həyat yoldaşını qorumaq deyil, sırf izlətmək, addımlarından xəbərdar olmaq üçün bir neçə cangüdən tutduğunu da bildirirdilər. Hər şeyi öz idarəsində saxlayıb ərini hətta divarlara qısqanana diva bu hərəkətilə keçmiş ərinin eqoistliyini təkrarlayırdı. Merayanın idarəçilik sistemi isə Niki dəli edirdi.

Картинки по запросу mariah carey nick

Möhkəm qalanı çökdürən əsas səbəblərdən biri də Merayanın əkizlərdən sonra uşaq istəməməsi idi. Hətta bir dəfə - övladımız bir şərtlə ola bilər ki, Nik məndən hamilə qalsın-demişdi.

Meraya sonradan etiraf etdi ki, hamiləlik dövründə bir çox təhlükəli halla üz-üzə qalıb, səhhətində problem yaşanıb və bu vaxtlarında Nik onu tək qoyub.

Qalmaqal dönəmində Nikin Meriyə xəyanətini isbatlayan bir sıra videolar yayılır. Bu dəfə reper DJ-in rahib atası işə qarışır. Mənim oğlum arvadını ilahiləşdirmişdi. Ona heç vaxt xəyanət edə bilməzdi, deyir.

Nifaq qızğınlaşanda, Ceyms ata xristianlıq haqda özünün yazdığı kitabdan sitatlar gətirərək sosial hesabından cəmiyyətə müraciət edir: “Sizə sual verirəm - əgər kişi xanımı ilə sevişmək istəmirsə, qadın nə etməlidir? Qadın kökəlib 100 kq olub, kişi isə qarşısında şumal, zərif qadın görmək istəyir. Kişi 10 uşaq istədiyi halda, qadın ikisi ilə kifayətlənir. Çıxış yolunu siz deyin...”.

Tezliklə Ceyms həddini aşdığını anlayıb yazdıqlarını silir. Amma artıq gec idi. Onun iddialı fikirləri bütün mətbuata yayılmışdı. Meraya həyatının ən çətin anlarını bəlkə də həmin dövrdə yaşadı. Nikdən rəsmi ayrılandan sonra həyatı alt-üst oldu. Hətta ən böyük xəzinəsi olan səsini itirdi. Bir müddət sonra səsi geri dönsə də, ailə xoşbəxtliyini qaytara bilmədi.

Bu hadisədən sonra Nik efirə çıxıb arvadı ilə həyatın cəhənnəmə çevrildiyini bildirir. Bugünədək psixoloji sarsıntıdan başını itirdiyi qadınla bir evi bölüşdüyünü, övladlarının taleyindən narahatlığını dönə-dönə vurğulayır. Sanki superulduz, “əbədi mənimsən” deyib başına pərvanə olduğu Meraya ilə təsvir etdiyi bədheybət fərqli insanlardır. Həmin vaxt hər kəs bu etiraf haqda müxtəlif fikir səsləndirirdi. Əslində isə Nik artıq ulduzuna toxunmuşdu. Onu ovcunun içərisində saxladığı üçün bütün marağını itirmişdi. Odur ki, milyonlarını önünə səpən arvadından ayrılmaq, yeni əyləncələrin ardınca qaçmaq istəyirdi. Xüsusən də artıq parıltısını itirən ulduzdan ona 500 milyon dollar pul qala bilərdi.

Bəli, Meraya son 1000 ilin ən gəlirli pop divasıdır. Dünyanın bir çox nöqtəsində evləri, villaları, şəxsi adası, təyyarəsi var. Hətta sevimli 6 itinə təmin etdiyi həyat şərtləri çoxumuzun qibtə mənbəyidir. İt deməyə dilim gəlməyən bu şanslı fövqəl-təbii varlıqların onlarla dayələri, şəxsi aşpazları var. Hər ilin yay aylarında isə Merayanın şəxsi təyyarəsinə minib heyvanlar üçün nəzərdə tutulmuş ən bahalı otellərdə istirahətə gedirlər.

Belə xəzinədardan boşanan gənc ər təbii ki, bütün çirkin simasını ortaya qoyub nəzir istəyəcək. Özü də nə az, nə çox yarım milyon dəyərində. Nik anlayırdı ki, uşaqları anasından ayırmaq doğru deyil, bir yandan da keçmiş arvadını suçlamaq üçün daha çox səbəbə ehtiyacı vardı. Meraya 10 milyona satdığı villasının pulunu Nikin cibinə qoyub, canını qurtarmağı bacarır.

Diva dərin depressiaya dənizində sağ qalmağa çalışırdı. Orqanizmini də, hisslərini də incidib özünü unutmağa çalışırdı. Artıq kökəlib 120 kq olmuşdu.

Картинки по запросу mariah carey nick

Amma vaxtında özünü ələ alıb həyatını sahmana salmağı bacarır. Mədəsini kəsdirib, sağlam qidaya keçir. İdman və diet sayəsində 50 kq-dək arıqlayır. Bu gün pop-diva yenə 90-cı illərdə olduğu kimi işıq saçır.

Niklə rəsmi boşanma ərəfəsində Merayanın üzünə günəş şəfəqləri yenidən gülməyə başlayır. Avstraliyalı milyarder Ceyms Parkerlə qarşılaşır. Cütlük tanış olanda divanın 46, yeni aşiqinin isə 48 yaşı vardı. Meraya kimi sərvət üstündə oturan qadın pulları sağa-sola səpməyə vərdişli idi. Lakin bu dəfə özünü əbləh kimi göstərmək istəmirdi. Ceymsin pullarını havaya sovururdu. Niklə rəsmi boşanma ərəfəsində görüşməyə başlayan cütlüyün dəbdəbəli toy planları da bu səbəbdən puç oldu. Belə ki, milyarder sevgilisi tezliklə Merayanın onu müflisləşdirib səfil milyonçu edəcəyindən qorxaraq kənara çəkildi. Toy, düyün arzuları da beləcə puç oldu. Bu dəfə isə 10 milyon nəziri Ceyms nişan üzüyü qismində divanın ovcuna basdı. Elə o günlərdə Meraya Nikdən də rəsmi boşandı.

2016-cı ildə müğənni özünü yenidən gənc oğlanın ağuşuna atır. Bu dəfə seçimi onunla birgə çıxış edən musiqi qrupunun rəqqası 35 yaşlı Brayn Tanaka olur. Ümumiyyətlə, fikir vermisinizsə, pop-divaların özlərindən yaşca gənc rəqqaslarla eşq romanı yazmaq trendi var.

Hazırda Meraya gənc sevgilisindən ilhamlanıb daha gözəl və təravətli görünür. Övladlarının məsuliyyətini keçmiş əri Niklə yarıbayarı bölür. Yaradıcılığına qaynar xətt üzrə davam edir. Bir zamanlar narkotik aludəçisi olmuş bacısını səfillikdən qurtarmaq üçün bir sent də xərcləmir. Qastrol proqramları ilə dünya turuna çıxır və hər bir konsertdən öncə bol təmiz hava ilə dolu otaqda 15 saat yatır.

Картинки по запросу mariah carey her boyfriend

Əvvəldə də dediyim kimi, diva həm də xeyriyyəçidir. Milyonlarla kasıb ailələrə yardım edir. Meraya deyir ki, kilo aldığı dönəmdə televizordan gördüyü cansız, zəif uşaqlara baxıb çox ağlayırmış:

“Bəli, mənim ən böyük xəyalım arıqlamaq idi. Amma o körpələr kimi zibilli, milçəkli səhralarda bir qurtum suya möhtac şəkildə yox”.

Təəssüf ki, həyatın zəhər gerçəyi budur, əziz Diva. Sənin sevimli itlərin 5 ulduzlu otellərdə dincəlməkdən doyduğu gün, pıtraqlaşmış saçlarından kir axan yalavac uşaqların da qarnı doyacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm