Xüsusi
Müğənni Hiss ilk dəfə danışdı: “Heç vaxt birinci Röya ola bilməyəcəksən” - VİDEOLAYİHƏ
“İstəmirəm” mahnısı ilə qısa müddətdə populyarlıq qazanan Hiss ləqəbli müğənni əsl adının Röya olduğunu açıqlayıb.
Publika.az-a müsahibə verən sənətçi neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alsa da, yaradıcılığa və musiqiyə böyük həvəsi olduğunu deyib. Sənətdə gənc olan Röya Məmmədova yutubda baxış sayı 2 milyona yaxınlaşan klipindən və gələcək planlarından danışıb:
“Hazırda turizm sektorunda çalışıram, özüm-özümü maliyyələşdirirəm. Bəzən qardaşım da dəstək olur. Sponsorum yoxdur, olsa da qəbul etmərəm. Klip və mahnıları öz hesabıma ərsəyə gətirirəm. Müğənniliyə əvvəlcə Röya adı ilə başlamaq istəyirdim. Daha sonra dostum Emin Clavis dedi ki, adını mütləq dəyişməlisən. Çünki artıq bir Röya var, ikinci Röya olacaqsan, heç vaxt birinci Röya ola bilməyəcəksən. Onun bu sözləri beynimə girdi və razılaşdım. O, qarşıma şərt qoydu ki, azərbaycan dilində və insanların asanlıqla başa düşəcəyi qısa bir ad seçməlisən. Sonda səhnə adımın Hiss olmasına qərar verdik Kliplərdə çox sərt görünsəm də, əslində bu ləqəblə emosionallığım üst-üstə düşür”.
Reper Aslıxanla əməkdaşlıq edən ifaçı onunla birlikdə hazırladıqları “Qorxuram” adlı yeni layihəsindən də söz açıb:
“Mahnının mövzusu Azərbaycan qadınının qorxularından bəhs edir. Əminəm ki, çox uğurlu olacaq. Çünki cəmiyyətimiz üçün aktual mövzudur. Nədən danışdığını demək istəmirəm, ümumi şəkildə onu deyə bilərəm ki, Azərbaycan qadınları tək qalmaqdan qorxur. Məndən soruşsanız, yox deyərəm. Təkliyimdən zövq alan biriyəm”.
Aytən Məftun
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Region10:38Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO)
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?






































