Xüsusi
Məmmədyarovun bacısı ailə SİRLƏRİNİ AÇDI: Bunu heç sevmirəm, ona görə ki... - VİDEOLAYİHƏ
“Azərbaycanda şahmatı seçən qızların sayı kifayət qədərdir. Mədəni və intellektual idman növü olduğu üçün valideynlər də qızların məhz bu idman növünə üstünlük verməsinə müsbət baxırlar. Düşünürəm ki, qızlar arasında digər idman növlərinə nisbətən, şahmata daha çox üstünlük verilir. Lakin qızların çox az beynəlxalq reytinq qazana bilməsinin səbəbi şahmat karyeralarının pik nöqtəsində olarkən ailə həyatı qurmasıdır. Halbuki 20-25 yaş arası şahmatın ən pik zamanıdır”.
Publika.az xəbər verir ki, bu fikirləri “İdmanın qadınları” videolayihəmizin növbəti qonağı 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi, 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova səsləndirib.
Azərbaycan şahmatına 3 beynəlxalq dərəcəli qrossmeyster bəxş edən Məmmədyarovlar ailəsinin ən böyük övladı olan Zeynəb qardaşı Şəhriyar və bacısı Türkan ilə münasibətlərindən, yeganə müəllimi olan atası Həmid Məmmədyarovun ustalığına qədər bir çox ailə sirlərini bölüşüb: “Şəhriyarla birlikdə məşğul oluruq. Ancaq bacım da, mən də onunla oynamağı sevmirik. O, öyrətməyi sevir. Lakin Şəhriyarla oynamaq elə də maraqlı olmur. Çünki çox uduzuruq. Bəzən heç-heçə bizə qalibiyyətə bərabər olur. Lakin biz tək deyilik. Dünyada elə bir qadın şahmatçı yoxdur ki, qardaşımla oynayıb müsbət nəticə əldə edə bilsin. Yəni biz nadir deyilik”.
Zümrüd Kərimova
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video




























.jpg)











