Xüsusi
Xanım Qafarovanın qızı Türkiyəyə səs salan FİLMDƏ: “Ona daş atırdılar, çox təsirləndim” - VİDEO
2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər, Mahsun Kırmızıgülün Türkiyəyə səs salan “Mucize 2: Aşk” filmində rol alıb.
Ötən həftə filmin Türkiyədə keçirilən təntənəli qalasında iştirak edən Gövhər Qafarova layihə barədə təəssüratlarını Publika.az-la bölüşüb:
“Filmdə Mahsun Kırmızıgülün qızı rolunu oynamışam. Oradakı bir çox aktyorlar da məni Mahsun Kırmızıgülün qızına bənzədirdilər. Kiçik epizod olsa da, peşəkar aktyorlarla işləmək mənim üçün maraqlı oldu. Hər kəs mənə qayğı göstərirdi, “Azərbaycandan gələn qız” deyə müraciət edirdi. Aktrisa olmaq barədə qəti qərara gəlməmişəm, hələ uşağam. Əslində aktrisalıqla sənət kimi yox, hobbi olaraq məşğul ola bilərəm. Mahsun bəy də mənə dedi ki, istedadlısan”.
Anası Xanım Qafarova haqqında xatirələrini bölüşən Gövhər bildirib ki, həyatda ən böyük dayağı nənəsi ilə xalasıdır:
“Xalamla nənəm o boşluğu doldurmağa çalışırlar. Xalamı qucaqlayanda anamın qoxusunu alıram”.
Qeyd edək ki, Gövhər “Mucize 2” filminə Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Group”un rəhbəri Mübariz Mənsimovun dəstəyi ilə çəkilib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
