Xüsusi
Bu cərrahi əməliyyat xərçəng yaradır? - Məşhur cərrah açıqladı (VİDEO)
Həm qüsursuz bədən quruluşuna sahib olmaq, həm də ac qalmamaq istəyirik. Bəzən isə vəziyyət o həddə çatır ki, artıq pəhrizin də köməyi olmur. Bu zaman tək çarə əməliyyat olur. Pəhriz saxlaya bilməyən insanlar birdəfəlik canını qurtarmaq istəyir. Lakin ölüm ehtimalı çox insanı tərəddüddə qoyur. Bəs mədəkiçiltmə əməliyyatı hansı halda edilməlidir?
Bu barədə ümumi cərrah, bariatrik-metabolik cərrah Taryel Ömərov “Publikanın həkimi” layihəsində danışıb. O bildirib ki, piylənməni aradan qaldırdıqda, onun gətirəcəyi xəstəliklərin də qarşısı alınır: “Müəyyən xərçəng növləri var ki, piylənmədən əziyyət çəkən insanlarda sağlam çəkili insanlara nisbətən daha çox rast gəlinir. Biz bu gün piylənməni bu və ya digər səbəblə aradan qaldırırıqsa, piylənmənin özüylə gətirdiyi xəstəlik də aradan qalxır. O vaxt piylənmə cərrahiyyəsini edirik ki, pasient idman və pəhrizdən nəticə ala bilmir. Bunun nəticəsində yanaşı gedən xəstəliklər yaranmağa başlayırsa, artıq əməliyyat göstəriş sayılır”.
Ömərovun sözlərinə görə, əməliyyatda uğursuzluq müxtəlif səbəblərdən ola bilər: “Uğursuz əməliyyatın səbəbi müxtəlif ola bilər. Əgər həkim ucbatından əməliyyatda problem olubsa, texniki olaraq səhv olubsa, bu, yaxın 1 il ərzində özünü biruzə verir. Bu müddətdən sonra pasient kökəlməyə başlayır”.
Cərrah eyni zamanda mədəkiçiltmə əməliyyatının faydalarından və risklərindən də danışıb.
Sevinc Xanqızı
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO












.jpg)








.png)





.jpg)











