Xüsusi
Uşağı qorxutmaq bu problemə səbəb olur - Həkimdən XƏBƏRDARLIQ (VİDEO)
Kəkələmə xəstəlik olmasa da, ciddi bir problemdir. Həm uşaqlarda, həm də böyüklərdə bir sıra psixoloji narahatlıqlara da gətirib çıxarır.
Defektoloq-loqoped Esmira Qafarova “Publikanın həkimi” layihəsində bu barədə danışıb.
O bildirib ki, kəkələmə müəyyən psixoloji problemlər yarada bilir:
“Artıq cəmiyyətdə yalnız uşaqlar deyil, böyüklər də bu problemlərlə rastlaşırlar və bunu özlərinə böyük kompleks edirlər. Kəkələmə xəstəlik deyil. Tibbi tərəfdən heç bir problemi yoxdur. Amma kəkələmə özü ilə yanaşı, psixoloji problemlər yarada bilər. Buna görə də evinizdə, sinfinizdə kəkələyən uşaq varsa, ona ilk növbədə psixoloji yardım edin. Loqoped burada ikinci şəxsdir. Əvvəlcə uşağın həyəcanı, daha sonra psixoloji vəziyyətini, irsi faktorları yoxlatdırırıq. Kəkələmədə kompleks yanaşma vacibdir”.
Kəkələmənin yaranma səbəblərindən danışan loqoped hər yaşda kəkələməni düzəltməyin mümkünlüyünü də vurğulayıb:
“Valideynlər uşağın sürətli danışığına diqqət etmirlər. Bəzən bu kəkələmənin başlanğıcı ola bilər. Bu problemlər valideynlərin də psixoloji zorakılığı, onu anlamama, onun problemlərinə biganə yanaşmasından irəli gələ bilər. Orta məktəblərdə müəllimlər kəkələyən uşaqlarla davranışına fikir verməlidirlər.
Eyni zamanda, uşaqların bir neçə dil öyrənmə ilə yüklənməsi nəticəsində də kəkələmə yaranır. Belə ki, öz dilində düşünür, başqa dildə cavab verir, nəticədə kəkələyir. Uşaqlarımızın özünə görə yanaşmalı, daha sonra dil seçimini etməliyik. Uşağı qorxutmaq, ailədaxili münaqişələr də kəkələməyə səbəb olur”.
Sevinc Xanqızı
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
