Xüsusi
Bu xəstəlikləri müalicə etməsəniz, görün nələr baş verir - Həkimdən ŞOK
“Qış aylarında hava soyuduğu, qapalı mühitlərdə istilik sistemləri qoşulduğu üçün havanın nəmliyi, temperaturun dəyişməsi faktorları dəriyə də təsir edir. Dəri quruması, qabıq verməsi nəticəsində altda qalan ekzema, psoriaz və kontakt dermatit kimi dəri xəstəlikləri inkişaf etməyə, daha da kəskinləşməyə başlayır”.
Bu sözləri “Publikanın həkimi” layihəsinin qonağı dermatoloq Azər Şamilov deyib. Onun sözlərinə görə, problemin kökündə dəri quruluğu dayanır və bunun qarşısını almaq üçün dermatoloqa müraciət etmək lazımdır:
“Az maye qəbul etmək, dəri nəmliyinin, yağlanmasının, eyni zamanda bədənimizdə tərləmələrin azalması quruluğun əsas səbəblərindəndir. Qapalı mühitdə çalışan insanlar daim eyni temperatur altında qaldığından, kondisionerlərin, istilik sistemlərinin təsirindən də dəri qurumağa başlayır. Dərinizə uyğun olaraq nəmləndirici kremlər, şampun və lasionlar təyin olunmalı və periodik olaraq dəyişdirilməlidir”.
.jpg)
Dermatoloq bildirib ki, dəri xəstəlikləri xroniki olsa da, müalicə etmədikdə, ciddi fəsadlarla nəticələnə bilər:
“Dəri xəstəlikləri xroniki xarakterlidir. Ekzema və psoriaz bir neçə səbəbdən yaranan, tamamilə sağalmayan xəstəliklər hesab olunur. Buna baxmayaraq, müalicə etməyim, onsuz sağalmır fikri daha böyük fəsadlara səbəb ola bilər. Psoriazın müalicəsi getməzsə, bəzən II qrup əlilliyə gətirib çıxara bilər. Ekzema isə görünüş cəhətdən çox xoşagəlməz görüntüyə səbəb ola bilər. Kontakt dermatit xəstəliyi zamanı insan müalicə almazsa, çatlamalar, qızarmalar artır, insanın həyat şəraiti bərbad vəziyyətə gələr”.
Sevinc Xanqızı
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
