Xüsusi
Bakıda koronavirus HƏYƏCANI: qoruyucu maska və spirt YOXA ÇIXDI, qiymətləri isə...
2019-cu ilin son ayında Çinin Uhan əyalətində ortaya çıxan karonavirusa yoluxanların sayı dünya miqyasında 79 mini keçib və ölənlərin sayı 2 345 nəfərə çatıb. Virus 30-a yaxın ölkədə yayılıb. Buraya Azərbaycanın qonşuları olan Gürcüstan və İran da daxildir. Virus Azərbaycanda yayılmasa da, insanlar yenə də müəyyən üsullarla özlərini, sağlamlıqlarını zəmanətə almağa çalışır. Virus qrip tipli olduğu üçün qoruyucu maskalar və spirt kimi tibbi ləvazimatlara ehtiyac duyulur. Bu səbəblə də əhali apteklərə üz tutur. Bununla bağlı vəziyyətin hansı yerdə olduğunu öyrənmək üçün biz də öz növbəmizdə apteklərə yollandıq.
Apteklərdən Publika.az-a verilən məlumata görə, vətəndaşlar qoruyucu maskanı beş-beş alır. Hazırda müraciət etdiyimiz 7-8 aptekin hər birində maskaların bitdiyi bildirildi. Tələbatın çoxluğu ilə əlaqədar maskaların qiymətində 2-3 dəfə artım müşahidə olunur. Bu da depolardan maskanın daha baha qiymətə təklif olunması ilə əlaqələndirilib. Eyni zamanda spirtin də qiymətində 30 faizədək artım olduğu deyildi.
Apteklərə müraciət edən vətəndaşlar ya maskaların yoxluğundan, ya da qiymətlərin süni olaraq artırılmasından şikayətlənir.





Tağı Həsənov,
Foto: Pərviz Həşimi
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO



















.jpg)

.png)






.jpg)










