Xüsusi
Trampa ölüm hökmü yazan, qardaşını zəhərləyib öldürən diktator
Son günlər Şimali Koreya lideri yenə diqqət mərkəzindədir. Hətta ölüm şayiələri ilə dünyanın diqqətini öz üzərinə çəkməyi bacardı.
Publika.az 2011-ci ildə atasının yerinə hakimiyyətə gələn Kim Çen In haqda bilinməyən ən qaranlıq faktları təqdim edir.
2013-cü ildə liderin əmri ilə əmisi Çan Son Txek ailəsi ilə birgə edam olunur. Bu qəddar qərarın kökündə isə Kim Çenin naməlum mənbələrdən əldə etdiyi çevriliş şayiəsi olur. Bəzi qohumlarının liderə verdiyi məlumata görə əmisi ona xəyanət planları qururmuş. Bir çoxları Kim Çenin dayısını ac itlərlə dolu qəfəsə atdırdığını, digərləri isə ailəsi ilə birgə güllələtdirdiyini bildirirdi. Edamdan sonra ölkə mediası liderin dayısına “bütün zamanların vətən xaini” damğasını da vurmuşdu.
2017-ci ildə isə Malayziya aeroportunda liderin qardaşı Kim Çen Nam zəhərlənərək öldürülür. Kim Çen In qardaşının qatilini tapıb cəzalandıracağını da bildirir. Bir müddət sonra Cənubi Koreya kəşfiyyatı bu qətlin liderin öz təşəbbüsü olduğunu bildirir. Səbəb isə təbii ki, rəqabət qorxusu idi.
Kim Çen eyş-işrət məclislərinin həvəskarıdır. Onun bütün siyasi və tibbi yoxlanışlardan keçmiş hərəmi də var. Hətta bu hərəmə 2016-cı ildə 3.5 milyon dollar xərclədiyi məlumdur. Qadınların əsas vəzifəsi ölkənin liderini əyləndirmək üçün hər an hazır olmaqdır. “Həzz komandası”nın üzvləri 4 min dollar maaş alır, əlavə işlərə görə isə məişət avadanlığı ilə təmin olunurlar.
Bütün xalqdan ibarət kölə və nökərlərinə rəğmən Kim Çen saçlarını heç kimə etibar etmir. Və məşhur saç düzümü özünə məxsusdur. Gizli mənbələrə görə liderin bərbər fobiyası var. Ola bilsin ki, uşaqlıqdan qaynaqlanan durumdur. Lakin qəribəsi odur ki, Kim Çenin uşaqlığı ilə bağlı heç bir məlumat yoxdur.
Şimali Koreya xalqının atası mütəmadi olaraq plastik cərrahiyyə xidmətlərindən istifadə edir. Deyilənə görə ən böyük arzusu zahirən babası Kım Ir Senə bənzəməkdir. Bir neçə il öncəki fotoşəkillərinə baxmaq kifayətdir ki, fərqi hiss edə biləsən.
2017-ci ilin payızında Donald Trampın Şimali Koreyanı məhv etmək təhdidinə diktator çox sərt cavab verərək, ABŞ prezidentinə rəmzi ölüm hökmü yazır.
Şimali Koreyadan qaçmış Hen Su Kim iddia edir ki, diktatorun uzunömürlülük klinikası var. Burada nə az, nə çox 130 həkim çalışır. Onların əsas vəzifəsi isə liderin sağlamlığının qeydinə qalmaq, ömrünü uzatmaqdır. Lakin siqaret vərdişi, diabet, hipertoniya xəstəliyi, həmçinin artıq çəkisi böyük çətinlik yaradır.
Şimali Koreya xalqının çətin güzəranına rəğmən diktator öz dəbdəbəli həyatından bir an belə olsun ayrılmayıb. Kim Çenin 17 sarayı, bahalı yaxtaları var. Hər il bahalı şərab və digər spirtli içkilərə 30 min dollar xərcləyir. Balıq kürüsü İrandan, yüksək keyfiyyətli donuz əti Danimarkadan, qovunu Çindən gəlir. Hər il diktatorun ailəsinin ərzaq tələbatı milyonlarla dollar təşkil edir. Hətta siqaretini də Fransa brendi olan İv Sen Lorandan alır ki, bir qutusu 55 dollar təşkil edir. Kim Çenin narkotik aludəçisi olduğu da bildirilir.
Leyla Sarabi
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı