Xüsusi
Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sınaqları uğurla başa vurmuşuq”
Seroloji testlərin rolundan danışan Türkiyənin Akdeniz Universitetinin azərbaycanlı professoru Tərlan Məmmədov 20 nəfərə yaxın heyətlə üzərində çalışdığı bitki mənşəli vaksinlərdən artıq müsbət nəticələr əldə etdiyini bildirib.
Professor Publika.az-a verdiyi müsahibədə koronavirusun qarşısını ala biləcək vaksinin tamamilə təhlükəsiz olduğunu qeyd edib.
- Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Tərlan bəy, bu testlərin keçirilməsini necə qiymətləndirirsiniz?
- Ən önəmli məsələlərdən biri COVID-19-a yoluxmuş, lakin sonradan sağalan xəstələrdən götürülən qanda aparılan analizlərdir. Koronavirusa yoluxan xəstələrin bədənlərində antikorlar (anticism) sintez olunmalıdır. Seroloji testlər insan bədənində əmələ gələn antikorların səviyyəsini müəyyənləşdirmək üçün aparılır. Bu baxımdan belə testlərin aparılmasını mühüm addım kimi qiymətləndirirəm.
Əgər xəstəliyə yoluxan insanların bədənində antikor səviyyəsi yüksəkdirsə, onların yenidən virusa tutulmaq ehtimalı çox azdır. Çünki bədənlərində artıq yetəri qədər antikor meydana gəlib. Virus bədənə daxil olarsa, antikorlar dərhal onu neytrallaşdırmaq gücünə və qabiliyyətinə malikdir.
Elə xəstələr var ki, COVID-19-a yoluxub sağalsa da, onlarda antikorlar ya az, ya zəif olur, ya da meydana gəldikdən sonra parçalanıb yox olur. Bədənində antikor səviyyəsi az olan insanların yenidən virusa yoluxmaq ehtimalı daha yüksəkdir. Nəticə etibarı ilə seroloji testin aparılması antikor səviyyəsini öyrənməyə imkan verir.
- Professor, Türkiyədə bitki mənşəli vaksin hazırlanması üzərində aparılan elmi işləriniz hansı istiqamətdə davam edir?
- Bu istiqamətdə aparılan işlər uğurla davam etdirilir. Artıq bir neçə vaksin namizədi müvəffəqiyyətlə sintez olunub. Sintez olunmuş vaksin namizədlərini xəstəxanada müalicə alan COVID-19 xəstələrinin üzərində həyata keçirdik. Həmin antigenlər xəstələrdə çox yüksək həssaslıqla tanındı. Seroloji testlərin aparılması üçün Azərbaycanda antigenlərə də ehtiyac var, hazırda onlar xaricdən alınır. Çünki antikorun müəyyən edilməsi antigen vasitəsilə aparılır. Biz isə şirkət olaraq sintez olunan antigenləri artıq sata bilərik.
- Hazırladığınız vaksinlər etibarlılığı ilə seçilir?
- Onlar protein əsaslı vaksinlər olması ilə seçilir. Protein əsaslı vaksinlər təhlükəsizdir. Çünki bitkilərdən əldə etmişik, onlarda heç bir patogen yoxdur. Sadəcə burada proses daha uzun çəkir. Artıq heyvanlar üzərində də apardığımız sınaqları başa vurmuşuq.
COVID-19 xəstələrinin qan analizlərində antigenləri yoxlamışıq, yüksək həssaslıq var. Odur ki, digər vaksinlərlə müqayisədə tamamilə təhlükəsizdir.
- Rusiya alimlərinin hazırladığı vaksin artıq dünyada koronavirusa qarşı ilk dərman kimi qeydiyyata alınıb. Bu vaksinlərin təhlükəsizliyi və effektivliyi haqqında nə düşünürsünüz?
- Amerika və digər Avropa alimləri də açıqlamalarında qeyd etdi ki, qısa bir vaxtda vaksinin təhlükəsizliyini müəyyənləşdirmək çox çətindir. Vaksin qoruyucu gücə malik ola bilər, amma onun nə dərəcədə təhlükəsiz olması müalicədə ən önəmli suallardan biridir. Amerikanın Qida və Dərman Administrasiyası bütün vaksinlərin icazəsini alıb. Bir vaksinin icazəsi və bazara çıxarılması üçün 5 ildən artıq zaman məhdudiyyəti qoyulur. Vaksinin təhlükəsizliyinin çox diqqətlə öyrənilməsi və hesablanılmasına həssaslıqla yanaşırlar.
- Rusiya peyvəndi dünya dərman bazarına çıxa biləcəkmi? Dünyanın əsas dərman istehsalçıları Almaniya və Amerikadır, bu halda Rusiya peyvəndinin mövqeyini necə proqnozlaşdırmaq olar?
- Əlbəttə ki, müəyyən ölkələr vaksini ala bilər, amma inanmıram ki, Amerika və ya Avropa ölkələri ona maraq göstərsin. İnkişaf etməkdə olan ölkələr bəlkə də ala bilər. Ümumiyyətlə bu barədə danışmaq hələ tezdir, yaxın günlərdə müəyyənləşəcək. Hazırda koronavirusa qarşı vaksin yoxdur, insanlar səbirsizliklə vəziyyətdən çıxış yolu gözləyir. Bu məqamı nəzərə alsaq, Rusiya vaksini bu məqsədlə alına bilər.
Aytən Məftun
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA