• USD 1,7000 0,00% EUR 1,9947 +0,49%
    • GBP 2,1826 -0,17% RUB 0,0215 0,00%

Dahi yazıçının nəticəsi: “Bu məsuliyyətdən qurtula bilmirəm” - ÖZƏL/VİDEO

  • Xüsusi
  • 1 Sentyabr 2020 14:02
  • 2 533 Baxış
Dahi yazıçının nəticəsi: “Bu məsuliyyətdən qurtula bilmirəm” - ÖZƏL/VİDEO

Video əlavə olunub.

xxx

O, dünyanın ən məşhur kişi jurnalı “Play boy”un üz qabığına çılpaq çəkilməyən ilk fotomodeldir. Kino industriyasının parlaq simalarından biridir. Ən əsası isə dahi Ernest Heminqueyin nəticəsidir.

Publika.az Dri Luiza Heminqueyin özəl müsahibəsini təqdim edir:

- Əziz Dri, nəhəng babanın soyundan olmaq taleyinizi hansı səmtə yönəltdi?

- Deyə bilmərəm ki, mənfi təsir edib. Uşaqlıqdan bəri döydüyüm bütün qapılar üzümə problemsiz açılıb. Bəlkə Heminquey soyadının daşıyıcısı olmasaydım da, eyni taleyi yaşayacaqdım. Bəlkə də Dri Heminquey olmasaydım, insanların mənə münasibəti dəyişərdi. Bugünkü uğurlarımı əldə etməzdim. Digər tərəfdən isə üzərimə böyük məsuliyyət çöküb və mən bundan qurtula bilmirəm. Sanki beynimdə bir yaddaş kodlaşdırılıb ki, bu ailənin sıradan üzvü olmadığımı dünyaya sübut etməliyəm.

- Bir gün oyanıb, dahi Ernest Heminqueyin nəticəsi olduğunuzu anladınız? Yoxsa bu həqiqəti illər boyu damla-damla dərk etdiniz?

- Əslində babamın əsl kimliyini uzun illər sonra anladım. İşlə bağlı səfərlərimin sayı artdıqca, daha çox insanla ünsiyyətdə olmağa başladım. Bəli, çox gözəl dərk edirəm ki, Ernest təkcə ulu babam deyil. Həmçinin möhtəşəm yazıçıdır.

- Bəs siz özünüz onun yaradıcılığından zövq alırsınız?

- Məktəb illərində Ernest Heminqueyin həyat və yaradıcılığı haqda dərslərimiz olurdu. Amma açıq deyim, onu sevimli yazıçım hesab etməmişəm. Yeniyetməlik dövrümdə də əsərlərinin, qəhrəmanlarının mənimlə özəl bağlılığı olmayıb. Lakin bütün bu faktlar bu gün Heminqueylə qürur duymağıma mane ola bilməz. Onun əslində kim olduğunu, dünya ədəbiyyatında hansı yeri tutduğunu iti dərk edirəm.

- Ananız Meriel Heminquey də aktrisadır. Peşə seçiminizdə onun xüsusi təsiri olub?

- Uşaqlığım anamın çəkiliş meydançalarında keçib. Bu dinamika məni özünə elə aşiq etdi ki, artıq başqa cür həyat təsəvvür edə bilmirdim. Anamın rol aldığı filmlərə baxdıqca, həm ifasına, həm də kino sənətinə bağlandım. Bu gün fəxr edirəm ki, Vudi Allen kimi rejissorun filmində oynamışam. Xaraktercə də anama çox bənzədiyimi düşünürəm. Onun kimi inadkar və azad ruhluyam. Bu cəhətlərim hər ikimizin xoşuna gəlir. Həm də anam heç vaxt istəməyib ki, onun ad-sanına görə irəli gedim. Yolumu kəsməyib. Amma əlimdən tutub irəli də çəkməyib.

- Dünyaya yayılan nüfuzlu soyadını, məşhur anasını bir kənara qoysaq, Dri Luiza kimdir?

- Musiqini, mütaliəni sevirəm. Həyat amalım yaratmaqdır. Həmişə yaşılam. İncəsənəti duyan insanlarla ünsiyyətdən, iş birliyindən zövq alıram. Öz yaradıcılığıma həssas yanaşıram. Rol aldığım filmlərə, reklam çarxlarına baxan insanlar məndən, obrazımdan zövq almalıdırlar. Bax, bu məni xoşbəxt edir. Hətta düşünürəm ki, ailəm, soyadım yalnız mənim üçün önəmli olmalıdır. Məni sevənləri yalnız mənim fəaliyyətim cəlb etməlidir.

- Uzun illər “Paco Rabanne” kimi dünya şöhrətli ətir brendlərinin siması olmusunuz. Əminəm ki, ətirlərin fəlsəfəsi ilə maraqlanırsınız.

- Hər bir ətir çox dərin yaddaş yükünə malikdir. Məsələn, mən yasəmən ətrini çox sevirəm. Hər dəfə qoxlayanda keçmişimə, ən gözəl xatirələrimə qayıdıram.

Dree Hemingway's Feet << wikiFeet

- Dri, ən çox nələrdən zövq alırsınız?

- Sənətim üçün riskə getməyi sevirəm. Məncə, məni də, bütün dünya insanlarını da xoşbəxt, gözəl edən başlıca amil bəzək-düzək deyil, təbəssümdür. Qəddarlıq, kin kimi zəhərləri həyatımdan çıxarmışam. Ən əsası sənətimi əyləncəyə çevirməyə nail olmuşam. Təbiətə çox bağlıyam. Fizika başlıca maraq dairəmdir. Bir də pişikləri çox sevirəm.

- Bir gün yazıçı olmağa qərar vermək ehtimalınız var?

- Gündəliyimdə yalnız özüm üçün qeydlər edirəm. Amma bu təkcə mənə aiddir. Başqaları oxusun deyə yazıb-yaratmaq fikrinə çox yadam.

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR