Xüsusi
Professordan pandemiya ilə bağlı PROQNOZ: Düşünürdük ki, insandan-insana keçdikcə...
Spirtli içki qəbul etmək virusun qarşısını almır, əksinə, tez-tez alkoqol qəbulu qaraciyəri sıradan çıxara, yaxud da digər orqanlara zərər vura bilər.
Bu sözləri Publika.az-a müsahibəsində həkim-infeksionist Abidin Rəhimov deyib.
Professorla müsahibəni təqdim edirik:
- Abidin doktor, dünyada və ölkəmizdə koronavirus infeksiyasının artmasının səbəblərini nə ilə izah etmək olar?
- Virusun yoluxma sürəti insanların davranış qaydalarından asılıdır. Çoxları verilən tövsiyələri düzgün yerinə yetirmir. İctimai iaşə obyektlərində, mağazalarda dəfələrlə həm işçilərin, həm də insanların səhlənkarlığının şahidi oluram. Alıcılar mağazalara maskasız girib-çıxırlar, sosial məsafə saxlamırlar. Cavan insanların etinasız yanaşmasını xüsusilə qeyd etməliyəm. Başa düşmürlər ki, onların immuniteti yüksəkdir, virusa yoluxsalar da bir çox hallarda xəstəliyi yüngül keçirirlər. Amma belə asimptomatik xəstələr yaşlı nəsli yoluxdura bilərlər.
Virusun yoluxuculuq qabiliyyətinin sürətli olması onun xarakterik xüsusiyyətidir, qarşısını hələ ala bilməmişik, effektiv peyvənd istehsal olunmayıb. Həm də mövsümlə bağlı yenidən canlanma başlayıb. Peyvənd tapıldıqdan sonra onun qarşısını almaq mümkün olacaq.
- Xəstəliyi yüngül keçirməyin hər hansı yolu varmı?
- İmmunitetin yüksək olması, infeksiyanın vaxtında aşkarlanması və müalicənin tez başlaması lazımdır. Taxdığımız maskaların hamısı bizi 100 faiz qorumur. Başa düşürəm ki, maskanı 2 saatdan bir dəyişmək çətindir. Lakin bacardığımız qədər diqqətli olmalıyıq.
Güclü immunitet virusun orqanizmə təsirini azaldır. Xəstəliyi yüngül keçirmək virusun orqanizmə düşdüyü miqdardan da asılıdır. Maska, əl gigiyenası və sosial məsafə kimi qaydalar virusun qarşısını almaqda ən təsirli üsullardır. Nəzərə almalıyıq ki, yaşlı insanların immuniteti daha zəifdir.
Televiziya və bütün KİV-lər kifayət qədər maarifləndirici məlumatlar paylaşır, xəbərdarlıqlar edir. Buna baxmayaraq, gənclərimiz bilə-bilə bu qaydaları pozmağa davam edir. Virus nə qədər savadlı həkimlərimizin həyatına son qoysa da, təəssüf ki, hələ də şübhə ilə yanaşanlar var...
- İmmunitetin gücləndirilməsində hansı vitaminlər xüsusilə vacibdir?
- Tərkibində sink, beta qlükan, selen, D və C vitamini olan vitamin qruplarından istifadə etmək lazımdır. Ümumiyyətlə, yeməyimizə fikir vermək lazımdır, meyvə və göy-göyərti çox yeməliyik ki, immuniteti qaldıra bilək. Yemək və yuxu rejiminə əməl olunmasının da çox xeyri var.
- Professor, nə zamana kimi maska taxmağa davam edəcəyik?
- Peyvənd tapılmayana və tətbiq olunmayana qədər karantin qaydalarına əməl etməyə davam edəcəyik. Elə düşünürdük ki, insandan-insana keçdikcə virus zəifləyəcək. Virusun yaranmasından aylar ötməsinə baxmayaraq, zəiflədiyini demək olmaz. Bəzi xəstələr var ki, qızdırması olsa da, koronavirus tapılmır. Digər viruslar da baş qaldırıb. Amma qrip viruslarına yoluxan insanda immunitet aşağı düşdüyü üçün koronavirus infeksiyasına yoluxmaq ehtimalı daha da çoxalır. Özümüzü qorumalı və yeməyimizə fikir verməliyik. Spirtli içki qəbul etmək virusun qarşısını almır, əksinə, tez-tez alkoqol qəbulu qaraciyəri sıradan çıxara, yaxud da digər orqanlara zərər vura bilər.
- Xəstəliyin müalicə protokolları haqqında nə deyə bilərsiniz?
- Xəstələrin vəziyyətindən asılı olaraq müalicədə istifadə edilən dərmanlar da müxtəlifdir. Şəkərli xəstələrin, ürək-damar xəstələrinin və xroniki xəstəliyi olan insanların müalicəsi daha ağır keçir. Odur ki, risk qrupuna daxil olan insanlar maksimum ehtiyatlı olmalıdır. Özümüz özümüzün həkimi olmalıyıq, ağıllı rəftar etməliyik ki, həkimlərə də kömək edək. Yalnız bununla virusa qalib gələ bilərik.
Aytən Məftun
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...