Xüsusi
Xərçəng əməliyyatlarındakı mühüm yenilik Azərbayanda da həyata keçirildi - FOTO
“Leyla Medical Center”in Cərrahiyyə Şöbəsinin Rəhbəri, Op.Dr. Ümumi Cərrah və onkoloq Elgün Səmədov Publika.az-a xərçəng xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlarda əldə olunmuş yeniliklərdən danışıb.
O, bildirib ki, “Leyla Medical Center”də İndosiyanin yaşılı (ICG) ilə icra olunan əməliyyat ölkəmizdə və regionda mədə xərçəngi sahəsində metod olaraq həqiqətən bir ilk sayılır.
- Elgün doktor? Azərbaycanda geniş yayılmış onkoloji xəstəliklər hansılardır və səbəbləri nə ilə izah olunur?
- Onkoloji xəstəliklər ölkəmizdə kifayət qədər geniş yayılıb. Ürəyin işemik xəstəliklərindən sonra ölümün əsas səbəbi kimi onkoloji xəstəliklər göstərilir. Azərbaycanda xüsusilə süd vəzi, ağciyər, mədə və yoğun bağırsaq xərçəng növlərinə daha çox rast gəlinir. Son illərdə müasir təbabətin inkişafı, müalicənin genişlənməsi, bəzi müayinələrin və müalicə diaqnostikaların regionlarda əlçatan olması sayəsində xərçəngin erkən aşakarlanması və bununla bağlı olaraq ölümlərin azalması istiqamətində müsbət nəticələr əldə edilib.
Səbəblərinə gəlincə, ilk növbədə yaşam, gen və qida faktoru göstərilir. Əgər regionda radiasiya və qida toksikası varsa, zərərli genlərin tez-tez üzə çıxması müşahidə olunursa və ya genetik pozulmalar olursa, bütün bunlar xərçəng xəstəliyinin yaranmasına zəmin hazırlayır.
- Yeni növ koronavirus infeksiyasının onkoloji xəstələrə mənfi təsirləri haqqında nə deyə bilərsiniz? Pandemiya ərzində nə kimi fəsadlarla qarşılaşdınız?
- Pandemiyanın ilk aylarında onun müalicəsi ətrafında hətta həkimlər arasında da təşviş və həyəcan var idi. Buna səbəb COVİD-19 virusu ilə yeni tanışlığımız idi. Bilmirdik ki, pandemiyada nəyi məhdudlaşdırmaq lazımdır, nəyi yox. Digər xəstəliklərə qarşı reaksiyası barədə də konkret bir fikir bildirə bilmədiyimiz üçün həqiqətən çox ciddi sıxıntılar yaşandı. Hazırda əldə olunan məlumatlara əsasən yeni növ koronavirus infeksiyası onkoloji xəstəliklərə birbaşa təsiri olmasa da, xəstəxanaların dolması və əhalinin karantin sistemində olması onkoloji xəstəliklərin vaxtında aşkarlanmasına müəyyən problemlər yarada bilər. Vaxtında aşkarlanmayan xərçəng xəstəliyinin müalicəsi gecikir, müalicələrin metod və müddəti uzanmış olur, eyni zamanda sağalma prosesi çətinləşir. Odur ki, pandemiyanın birbaşa olmasa da, bilavasitə təsiri var.
- Hər onkoloji xəstə cərrahi əməliyyat olunurmu və ya hansı mərhələdə əməliyyata ehtiyac görülmür?
- Onkoloji xəstəliklər yarandığı orqanlara görə təsnif olunur və əməliyyat buna əsasən təyin olunur. Süd vəzi, mədə-bağırsaq və tiroid vəzi xərçəngi ilkin mərhələdə olduğu müddətdə onların müalicəsi onsuz da cərrahi yolla həyata keçirlir. Bu zaman kimyaterapiyaya belə ehtiyac qalmır.
- Dünyanın səhiyyə siyasəti bu məsələdə hansı fikri yürüdür?
- Dünya səhiyyə siyasətinin məntiqi odur ki, əhalinin sağlamlığının qeydinə qalsın, cavan və ya iş qabiliyyəti olan xəstələrini itirməsin. Eyni zamanda səhiyyə xərcləri az olsun. Onu da qeyd edim ki, onkoloji xəstələrin müalicəsi inanılmaz dərəcədə çox pul tələb edir. Odur ki, burda ilkin diaqnostika xüsusilə önəm daşıyır. Xəstəliklər ilkin mərhələdə aşkarlanırsa, günümüzdə çox kiçik, minimal invaziv və ya laproskopik əməliyyatlarla xəstə problemlərdən qurtulur.
- Laparoskopiya ilə açıq əməliyyatın fərqi nədir?
- Təbii ki, fərq var. Bizim xəstəyə verəcəyimiz faydadan söhbət gedir. Əvvəllər əməliyyatlar açıq olunurdu, bundan sonra bir çox fəsadlar meydana gəlirdi ki, təkrar əməliyyata zərurət yaradırdı. Xəstənin əsas xəstəliyinin fonunda əlavə problemlər üzə çıxırdı, onları müalicə etmək məcburiyyətində qalırdıq. Laparoskopik əməliyyatlar yarandıqca artıq xırda kəsiklərdən istifadə olunur. Əgər əvəllər xəstə 7-8 günə xəstəxanada yatırdısa, qapalı əməliyyat etməklə 4-5 gündən sonra evə göndərilir. Həmçinin ağrıkəsicidən də laparoskopiyada çox istifadə olunmur.
Açıq əməliyyatdan sonra yara yeri infeksiyası, yırtıq, bitişmənin olması daha çox baş verirdisə, günümüzdə laparoskopik əməliyyatların verdiyi imkanlar sayəsində sadaladığım narahatlıqlar demək olar ki, görünmür. Artıq ölkəmizdə də laparoskopik əməliyyatlar yüksək səviyyədə həyata keçirirlir və kifayət qədər istifadə olunur.
- Eşitdiyimizə görə “Leyla Medical Center”də İndosiyanın yaşılı (ICG) ilə əməliyyat aparılıb və bu regionda ilkdir, doğrudur? Əməliyyat necə keçdi?
- İndosiyanın yaşılı (ICG) ilə icra olunan əməliyyat ölkəmizdə mədə xərçəngində metod olaraq həqiqətən bir ilkdir. Laparoskopik mədə xərçəngini bundan öncə etmişik, bundan sonra da edəcəyik, bir çox mərkəzdə bizdən başqa da edənlər olub. Amma İndosiyanin yaşılı (ICG) ilə mədə xərçənginin əməliyyat olunması və xüsusi həssaslıqla limfa düyünlərinin təmizlənməsi təbii ki, ölkəmizdə bir bir ilk sayıla bilər. Regionu yaxından izləyən bir həkim kimi deyirəm, olubsa da, yaxın müddətə təsadüf edə bilər.
- İndosiyanın yaşılının (ICG) digər metodlardan fərqi və üstünlüyü nədir?
- İndosiyanın yaşıl maddəsini əməliyyat öncəsi şiş bölgəsinə verməklə şişin ətrafında olan zədələnmiş limfa düyünlərini laparoskop cihazı ilə görürük, əgər metastaz varsa, sağlam toxuma ilə xəstə toxumanı fərqləndirə bilirik. Sağlam və xəstə toxunamaların fərqinə vardığımız üçün əməliyyat zamanı işin öhdəsindən daha asan gəlirik. Və sonra xəstəliyin təkrarlanma, unudulmuş limfa düyünün qalma ehtimalını sıfıra endirmiş oluruq. Bu metodu yoğun bağırsaq xərçənginin əməliyyatında da istifadə edirik. Yoğun bağırsağın anostomozlarını bir-birinə birləşdirdiyimiz halda müxtəlif səbəblərdən qaçırtma ehtimalı var. Bunun səbəblərindən biri işemiyadır, yəni qansız qalması. İndosiyanın yaşılı üsulu sayəsində də biz o ehtimalı da sıfıra endirmiş oluruq.
İndosiyanın yaşılına hazırda alternativ bir metod yoxdur. Odur ki, onu digərləri ilə qarışdıra bilmərik. Sadəcə klassik, gözlə gördüyümüz metodlarla bunu etdikdə sağlam toxuma ilə xəstə toxuma arasındakı fərqi sezə bilirik. Amma bu metodu istifadə olunduğu zaman xəstə toxumalar yaşıla çevrildiyi üçün zədələnmiş limfa düyünlərini də aradan qaldırırıq.
- Həkim, demək olarmı ki, ICG metodunun həyata keçirilməsi Azərbaycanda xərçəngin müalicəsi yolunda əldə edilən əsas uğurlardan biridir?
- Azərbaycan cərrahiyyəsinin bir uğuru adlandırmaq daha doğru olar. Bu, o deməkdir ki, Azərbaycan dünya cərrahiyyəsini bir addım daha yaxından təqib etməyə başlayıb. Ümidlə demək olar ki, Azərbaycan cərrahiyyəsinin gələcəyi yaxşı olacaq. Çünki bu metodlar dünyada istifadə olunub, sınanmış üsullardır. Sınanmış metodların ölkəmizdə istifadəsi alqışlanılmalıdır.
Xərçənglə mübarizədə isə ən böyük uğur o olardı ki, vaxtında aşkarlanması üçün müəyyən tədbirlər görülsün. Bu tədbirlər tədricən reallaşmaqdadır.
- Klinikaya cərrahi xəstəliklərlə bağlı müraciətlər çoxdurmu və onların müalicəsində irəliləyiş əldə olunurmu?
- Cərrahi xəstəliklərin sayı hər il artır, təbii ki, “Leyla Medical Center”ə müraciət edən xəstə sayı çoxdur. Onların çoxu iltihabi xəstəliklər, öd daşı və yırtıq təşkil etdiyi halda, digər qismini onkoloji xəstələr təşkil edir. Bunları vaxtında diaqnoz qoymaqla, aşkarlamaqla və müayinləri tamamlamaqla keyfiyyətli tibbi xidmət və müdaxiləni klinikamızda həyata keçiririk.
- Bu yaxınlarda ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirus peyvəndi istehsal edən, Almaniyanın “BioNTech”in icraçı direktoru Uğur Şahin elan etdi ki, 20 ildən sonra xərçənglə mübarizədə inqilab olacaq. O, iddia edir ki, COVID-19 peyvəndinin inkişafı nəticəsində xəstəliyin müalicəsi yolları mümkün olacaq. Siz bu barədə nə deyə bilərsiniz?
- Xərçənglə koronavirus infeksiyasını eyni tutmaq lazım deyil. Xərçəng öz gedişatına görə çox mürəkkəb bir xəstəlikdir. Dünya səhiyyəsi onun müalicəsini tapmaq üçün əlindən gələni edir. Gələcəkdə xərçəngin peyvəndi ola bilər, hətta indi də var demək olar. Hepatit B-nin əvvəllər peyvəndi yox idi, sonradan inkişaf etdirildi. Amma biz bilirik ki, Hepatit-B virus infeksiyasından sonra qaraciyər sirrozu və orda qaraciyərin özünəməxsus şiş toxuması əmələ gələ bilir. Amma Hepatit B-nin peyvəndi xəstləyin fəsadlarının qarşısı ala bilir, onun nəticəsində sirroz olmayacaq və şiş əmələ gəlməyəcək. Demək ki, artıq xərçəngin peyvəndi var.
Bu, genikoloji xəstəliklərdə də belədir, əgər yüksək risk varsa, xüsusi peyvənd vurmaqla həmin xəstəliyin ehtimalını minimuna endiririk. Mədə, mədəaltı vəzi və yoğun bağırsaq xərçənginin isə hər hansı peyvəndi yoxdur. Amma gələcəkdə mümkündür ki, olsun.
- Ümumiyyətlə onkoloji xəstəliklərin müalicəsində hansı yeniliklər bizi gözləyir?
- Xərçəng gizli şəkildə inkişaf edən xəstəlikdir, odur ki, əsas yeniliklər xərçəng xəstəliklərinin maksimum erkən dövrdə aşkarlanması istiqaməti ilə bağlıdır. Bundan ötrü qan və genetik analizlər, həmçinin digər müayinə metodları təmkinləşdirilir. Məsələn, endoskopların təkminləşdirilməsi mədədə gedən prosesləri erkən mərhələdə aşkarlanmasına kömək edir.
- Cərrahiyyədə yeni, istifadə olunmamış metodlar varmı və nə vaxt geniş şəkildə tətbq edilcəyini düşünürsünüz?
- Təbii ki, var, hazırda müxtəlif metodlar üzərində tədqiqatlar davam edir. Məsələn, İndosiyanın yaşılının son 10-15 ilə qədər mədə xərçəngində istifadəsi yox idi, bu üsul artıq istifadəyə mindi.
Robotlarla icra olunan əməliyyatlar da yeniliklər sayılır. Aparılan tədqiqatları həkimlər yaxından izləyir, nəticələri elmi sübutunu tapdıqdan sonra biz də həmin metodları tətbiq etməyə başlayırıq.
- Son olaraq xəstələrə nə tövsiyyə edərdiniz?
- Ən böyük arzum odur ki, xəstəliklər olmasın. Lakin hər hansı cüzi şikayət varsa, səhhətinizə biganə qalmamağı, dərhal həkimə müraciət etməyi və xəstəliyin vaxtında aşkarlanmağını arzu edərdim. Xəstəlikləri yalnız erkən mərhələdə aşkarlamaqla effektiv şəkildə mübarizə apara bilərik.
- Müsahibə və dolğun məlumat üçün təşəkkür edirəm, Elgün həkim.
- Minnətdaram.
Aytən Məftun
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi