Xüsusi
Pediatrdan HƏYƏCAN TƏBİLİ: Uşaqlar arasında kifayət qədər yoluxma, ağırlaşma, hətta...
Ölkəmizdə koronavirus pandemiyasına görə dayandırılan əyani təhsil forması fevralın 1-dən müxtəlif saatlar və günlərdə olmaqla mərhələli şəkildə bərpa ediləcək.
Son günlər isə alimlər koronavirusun mutasiya keçirmiş yeni növünün uşaqlar arasında yayılma riski barədə xəbərdarlıq edirlər. Xarici mətbuatda yer alan informasiyaya görə, uşaqlar arasında yeni növ koronavirusa yoluxma bu rəqəmlərin xeyli artmasına səbəb ola bilər. Bu baxımdan əksər valideynlər övladlarının virusa yoluxacağından narahatdır. Əvvəllər virusu simptomsuz və ya yüngül keçirən uşaqlarda artıq ağırlaşma halları da yaşanır. Bu hallar isə vaksinasiya prosesinə cəlb edilməsi nəzərdə tutulmayan uşaqlar üçün böyük riskdir.
Pediatr Günay Rəsulova valideynləri düşündürən suallara Publika.az vasitəsilə cavab verib və uşaqların necə qorunmalı olduğundan danışıb.
- Doktor, artıq bəzi uşaqlarda virus əlamətli formada üzə çıxıb. Hazırda valideynləri “Övladımı məktəbə göndərim, yoxsa yox” sualı daha çox düşündürür. Müşahidələriniz nə deyir, virus uşaqlar üçün hansı təhlükəli həddə çatıb?
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, 19 yaşdan aşağı şəxslərdə koronavirus infeksiyası ilə bağlı olaraq və ya bu infeksiyanı hazırda keçirən, yaxud keçirdiyi müddətin 4-6 həftə sonrasında “Multiorgan inflammatorisk” sindromu görülüb. Bu sindromda bütün orqan və bədən sistemlərinin tutulması olur. Beləliklə COVID-19 infeksiyası dövründə və ya onu keçirəndən bir ay sonra bir həftədən çox davam edən yüksək qızdırma, uşaqlarda ürəkdə, daxili orqanlarda (ciyərdə, qaraciyərdə, mədə-bağırsaqda, böyrəkdə) əmələ gələn tutulmalarla bağlı olaraq meydana çıxan bəzi funksional pozğunluqlar görülür. Əlbəttə ki, bu sindrom çox ağırdır. Bu, hətta Kavasaki adlandırılan xəstəliyə də bənzəyir və buna oxşar əlamətlərlə özünü göstərir.
- Bu əlamətlər hansılardır?
- Uşaqlarda qızdırma, çiyələyə bənzər dilin olması, gözdə qızartı, səpkinin olması, ürəkdə və daxili orqanlarda dəyişikliklə müşahidə edilir. Ona görə də belə bir risk oluğu üçün valideynlər uşaqları məktəbə göndərsə də, çox ehtiyatlı olmalıdırlar və uşaqlara qorunma tədbirlərini öyrətməlidirlər. Uşaqlar qapalı yerlərdə maskadan istifadə etməli, tez-tez əlləri yumalı, dezinfeksiya etməli və digər şəxslər arasında sosial məsafənin qorunmasına ciddi fikir verməlidirlər.
- Pandemiyanın ilk vaxtlarında virus uşaqlarda simptomsuz müşahidə olunurdu. Bir çoxları uşaqların gizli daşıyıcı olduğunu bildirirdi. Son vaxtlarda simptomlu müşahidə olunur. Hazırda durum necədir, yoluxma kütləvidirmi?
- Pandemiyanın əvvəlində biz bu xəstəliyin nadir görüldüyünü və virusu uşaqların yüngül və simptomsuz keçirdiyini deyirdiksə, bu gün artıq bu fikir özünü doğrultmur. Uşaqlar arasında kifayət qədər yoluxma, ağırlaşma, hətta reanimasion tibbi xidmətin göstərilməsinə ehtiyac olduğu hallarla üzləşirik. Ona görə də hazırkı vəziyyət bizi arxayınlaşdırmamalıdır. Məktəbə getsək də, qorunmaq mütləqdir.
- İmmuniteti gücləndirmək üçün nələri məsləhət görürsünüz?
- Uşaqlara immuniteti qoruyan preparatları məsləhət görürük. Məsələn, sink, vitamin D, vitamin C ilə zəngin qidalar, normal yuxu, sağlam həyat tərzi, düzgün qidalanma, həmçinin spirtdən və digər əl dezinfeksiya vasitələrindən istifadə edilməsini, sosial məsafənin qorunmasını, əllərin tez-tez yuyulması kimi qorunma tədbirlərinin uşaqlara aşılanmasını mütləq hesab edirik.
- Koronavirusa yoluxma riski daha çox peyvənddən kənarda qalan uşaqlara aiddir? Peyvənd olunmayan uşaqlarda virusa yoluxma təhlükəsi nə qədərdir və onların kütləvi yerlərə getməsi risklidirmi?
- Əgər uşaq peyvənd olunmayıbsa, əlbəttə ki, onun digər infeksiyalar kimi koronavirus infeksiyasına da yoluxma riski daha çoxdur. COVID-19 əleyhinə peyvəndlərin uşaqlara tətbiqi nəzərdə tutulmur. Buna görə də yaxşı olardı ki, valideynlər uşaqları məktəbə aparmazdan öncə heç olmasa ümumi qrip peyvəndlərini vurdursunlar və ya uşaq peyvəndi təqvimində yer alan profilaktik peyvəndləri tamamlasınlar. Çünki peyvənd həm peyvənd olunduğu xəstəlikdən, həm də çarpaz olaraq digər virus infeksiyalarından qoruya bilir. Ona görə də uşaqların peyvənd vəziyyəti mütləq incələnməlidir.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...