Hollandiyada erməni yalanlarını ifşa edən 15 yaşlı soydaşımız: Vətən müharibəsində... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Hollandiyada erməni yalanlarını ifşa edən 15 yaşlı soydaşımız: Vətən müharibəsində... - MÜSAHİBƏ

Bu günlərdə holland mediasında 15 yaşlı həmvətənimiz Aidə Mirhəşimlinin çıxışı haqda reportajlar nümyaiş olunub.

Hollandiya kimi ermənipərəsət ölkədə Qarabağ həqiqətlərini cəsarətlə təbliğ edən Aidənin atası Elxan Mirhəşimli Publika.az-a açıqlamasında qızının uğurundan danışıb.

Elxan bəy bildirib ki, qızı hələ kiçik yaşlarından Hollandiyada təşkil olunan“Qarabağa ədalət“ mitinq və tədbirlərində çıxış edib, Vətən sevgisi ilə böyüyüb.

- 2001-ci ildən Hollandiyada yaşayıram. 2002-ci ildə təsadüfən holland qazetində Qarabağ haqda məqalə ilə rastlaşdım. Yazı başdan-başa erməni yalanlarından ibarət idi. Bir azərbaycanlı kimi biganə qala bilməzdim və həmin gündən informasiya mubarizəsinə qoşuldum. Holland icmasını Qarabağ həqiqətləri mövzusunda maarifləndirməyə başladım. 2012-ci ildə isə "Niderland Azərbaycan Evi" təşkilatını yaratmaq fikrinə düşdüm. 2014-cü il 11 fevral tarixində təşkilatımızı Hollandiyada rəsmi olaraq qeydiyyatdan keçirdim.

Məqsədimiz Azərbaycan mədəniyətini, tarixini, hollandlara tanıtmaq, xalqlarımız arasında inteqrasiyanı güclədirib, dostluq əlaqələrini qurmaqdır. Azərbaycanın xarici siyasətini Avropada dəstəkləyib, Qarabağ həqiqətlərini, tariximizi tanıtmaq üçün çalışırıq.

Yerli siyasi partiya və təşkilatlarla əməkdaşlıq edir, Holland Parlamentində mütəmadi görüşlər keçiririk. Sevindirici haldır ki, artıq Hollandiyada bizi Azərbaycan lobbisi kimi tanımağa başlayıblar. Yerli təşkilatlar məktublarında da, görüşlərində də bizə belə müraciət edirlər. İnanın, 44 günlük vətən müharibəsində evim sanki informasiya qərərgahı idi. Var gücümüzlə arxa cəbhədə informasiya muharibəsinə qoşulmuşduq. Elə zəfərimizin əsas səbəbi də bu oldu. Dünya azərbaycanlıları dəmir yumruq kimi birləşib haqqın səsini ucaltmağa nail oldular. Qələbə sevincini bizə yaşadanlara ürəkdən təşəkkür edirəm.

- Qızınız Aidə bir çox təşkilatların apara bilmədiyi təbliğatın öhdəsindən uğurla gəlir. Aidənı yaxından tanımaq istərdim.

- Aidə 2006-cı ildə Hollandiyada anadan olub. Uşaq vaxtından mitinqlərimizdə, tədbirlərimizdə yanımda olub. Qarabağ, Xocalı soyqırımı haqda geniş məlumata malikdir. Aidənin ən böyük arzusu Hollandiyada jurnalist olub, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Dəfələrlə təhsil aldığı məktəbdə şagirdlər qarşısında Qarabağ mövzusunda çıxış edib, ölkəmiz haqda geniş məlumat verib.

2020-ci ilin noyabr ayında məktəblər arası sərbəst mövzu üzrə inşa yarışmasına start verildi. Şagirdlər özləri mövzunu oxuyub, səsvermə yolu ilə qalibi müəyyən edirdilər. Aidə Qarabağ mövzusunu özü seçdi. Xocalı soyqrımı və holland mediyasının birtərəfli ermənipərəst mövqeyini tənqid edib, yandırılmış evlər, erməni barbarlarının dinc əhalimizə qarşı törətdikləri vəhşiliklər və digər problemlər barədə məlumat verdi. Məktəb üzrə səsvermədə 1-ci yerə çıxdı.

İkinci mərhələdə yaşadığımız vilayətin 8 məktəbindən 8 şagird finala vəsiqə qazandı. Final iştirakçıları münsiflər heyəti qarşısında çıxış etdi. Hər məktəbdən 500 şagird, onlarla müəllim heyətini nəzərə alsaq, Aidənin Qarabağ Xocalı çıxışı informasiya propaqandası baxımından çox önəmli idi. Bu çıxış Hollandiyanın yerli televiziya kanalları və yazılı mətbuatında da yayımlandı.

Bu günlərdə Hollandiyada yaşayan bir erməni həkim azərbaycanlılar haqqında xoşagəlməz sözlər söyləmişdi. Aidə çıxışında bu faktı misal çəkdi. Söylədi ki, heç birimiz gözlənilməz qəzalardan sığortalanmamışıq. Bir gün başına bədbəxt hadisə gəlsə, avtomobil qəzasına uğrasa, həyatını həmin həkimə əmanət edə bilərmi?! Erməni həkim azərbaycanlı üçün daha böyük təhlükə deyilmi?! Sırf buna görə jurnalist olub, həqiqətləri dünyaya qərəzsiz çatdırmaq arzusunu da bildirdi. Holland mətbuatında qızımın çıxışından dəfələrlə bəhs olundu.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm