Xüsusi
Bütün bu uğurlar İlham Əliyevin 18 illik fəaliyyətinin nəticəsidir - MÜSAHİBƏ
"Prezident İlham Əliyev Azərbaycanı qalib dövlətə, bizi isə qalib xalqa çevirdi. Zədələnən qürurumuz bərpa olundu. Beləliklə, Azərbaycan 2020-ci ildən sonra öz intibahının daha fərqli, daha yüksək inkişaf mərhələsinə daxil oldu".
Bu sözləri Publika.az-a müsahibəsində Prezident İlham Əliyevin 18 illik prezidentlik dövrünü dəyərləndirən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onunla müsahibəni təqdim edirik:
- Prezident İlham Əliyevin 18 illik idarəçiliyi dövründə Azərbaycan güclü, dünya siyasətində öz yeri və rolu olan, aparıcı mövqelərə yüksələn dövlətə çevrildi. Bu kontekstdə dövlət başçısının prezidentliyi dövrünə qısa nəzər salmağınızı rica edirəm. Yəni Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə haradan hara gəlib?
- 2013-cü ildə ulu öndər Heydər Əliyevin siyasətinə və dövlətçiliyimizi ulu öndərimizin müəyyən etdiyi siyasi kursa söykənərək daha yüksək zirvələrə qaldırmaq üçün cənab Prezident İlham Əliyev olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. O zaman kifayət qədər mürəkkəb bir dövr idi, Azərbaycan dövləti ulu öndərimiz tərəfindən qurulub möhkəmlənmişdi, lakin hələ onun güclənməsinə müəyyən qədər vaxt lazım idi. Eyni zamanda qarşıda beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, həm də ölkə daxilində mövqeləri daha da gücləndirmək və ulu öndərin zamanında olduğu kimi sonrakı illərdə də xalqımızın inam və etimadını qazanmaq kimi çətin vəzifə duran vaxtda, qısa zaman kəsiyində 42 yaşlı, lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli yerə sahib olan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. Dərhal ciddi əhəmiyyət daşıyan proqramlara imza atdı, struktur dəyişiklikləri apardı, eyni zamanda əsası ulu öndərimiz tərəfindən qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin başa çatması və istifadəyə verilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə əslində, Azərbaycana xarici valyutanın axınını təmin etdi, həmçinin Avropanın ən etibarlı partnyorlarından birinə çevrildi. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox önəmli rol oynadı.
Həqiqətən də 18 illlik qısa zaman kəsiyində Azərbaycan dövləti çox böyük uğurlara imza atdı. Əslində, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan bir vaxtda bu ağır sosial yükü çiynində daşıyaraq onları həm də çadır şəhərciklərindən müasir evlərə köçürmək, həyat şəraitlərini yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi qüdrətini gücləndirmək üçün olduqca düşünülmüş və təkamülə söykənən islahatların daha ciddi şəkildə aparılması digər tərəfdən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq səviyyədə diplomatik müstəvidə mübarizəni uğurla aparması oldu. Nəzərə alsaq ki, beynəlxalq güclər Ermənistanın yanında idi və Azərbaycana qarşı ikili standartlar var idi. Fərqli şəkildə işğala məruz qalan torpaqlarımızın erməniləşməsi üçün ən müxtəlif səviyyələrdə ermənilərə yardımlar göstərilirdi. Belə bir çətin dövrdə həm də bunu gündəlikdə saxlamaq, müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda, həm xarici, həm də daxili auditoriyalarda ən qətiyyətli, cəsarətli bəyanatlar vermək, bu bəyanatları hər kəsin diqqətinə çatdırmaq, Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir qondarma dövlətin yaradılmasına imkan verməyəcək kimi bəyanatları səsləndirərək bunun arxasında dayanmaq və ordunu ən müasir orduya çevirmək bu illər ərzində qarşısına qoyduğu ən ciddi vəzifə idi və bu vəzifələrin davamlı olaraq yerinə yetirilməsi 2020-ci ildə Azərbaycanı qələbəyə qovuşdurdu. Ölkəmiz 30 ilə yaxın bir müddəti əhatə edən erməni işğalına, ümumiyyətlə 200 ildən bəri üzərimizə gələn ermənilərə qarşı böyük qələbə, zəfər savaşında Ali Baş Komandan kimi özünü yüksək səviyyədə təsdiq etdi və Azərbaycanı qalib dövlətə, bizi isə qalib xalqa çevirdi. Zədələnən qürurumuz bərpa olundu. Beləliklə, Azərbaycan 2020-ci ildən sonra öz inkişafının daha fərqli, daha yüksək inkişaf mərhələsinə daxil oldu.
- Fəzail müəllim, ordu quruculuğunu qeyd etdiniz. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması xalqımızın qarşısında duran ən vacib məsələ idi ki, buna da Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində nail olduq. Zəfərimizdə Ali Baş Komandanın orduda həyata keçirdiyi dərin isalahatların nə kimi rolu oldu?
- Ordu quruculuğu ən çox zaman aparan və daha çox diqqət ayrılmasına ehtiyac duyulan və yaradılması son dərəcə mürəkkəb olan bir prosesdir. 2003-cü ildən sonra İlham Əliyevin Prezident olaraq ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu idi. Baxmayaraq ki, bizə qarşı ciddi maneələr var idi, baxmayaraq ki, ordunu qurmaq, onu möhkəmləndirmək üçün ən müxtəlif şəkildə maneçiliklər törədilirdi. Həm daxili anti-milli qüvvələr tərəfindən, həm də ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində onların ordumuzun inkişafına mane olmaq üçün etdikləri cəhdlərə baxmayaraq 18 il ərazində dünyanın 50 ən güclü ordusundan biri olan müasir Azərbaycan Ordusu formalaşdırıldı. 2020-ci ildə 44 günlük Zəfər savaşımızda Ali Baş Komandanımız, müzəffər sərkərdəmiz, xilaskar Prezidentimiz dünya hərb tarixinə yeniliklər gətirdi. İndi Azərbaycanın 44 günlük savaşı dünyanın hətta ən inkişaf etmiş ölkələri tərəfindən öyrənilməkdədir və bu savaşın ayrı-ayrı detalları diqqətə alınmaqda və dərsliklərə saxlınmaqdadır. Azərbaycan bu gün dünyanın ən güclü orduları sıralarında ən yüksək yerlərdən birini tutur. Bütün bunlar Ali Baş Komandanın uğurlu siyasəti və sərkərdəlik məharəti ilə reallaşa bildi.
- İlham Əliyevin prezidentliyi dövründə yetişən vətənpərvər gənc nəsilin Vətən müharibəsindəki qələbə payı ilə bağlı fikirlərinizi öyrənmək istərdim.
- Əslində, 44 günlük Vətən müharibəsində cənab Prezident 2003-cü ildən başlayaraq möhkəmləndirdiyi dövlətlə, qurduğu güclü ordu ilə, yaratdığı və formalaşdırdığı həmrəyliyi özündə ehtiva edən cəmiyyətlə və vətənpərvər gənclərlə qalib gəldi. Bu döyüşdə ən böyük yük gənclərimizin çiyninə düşdü. O gənclərimiz ki, cənab Prezidentimiz bir sıra vacib missiyaları öhdəsinə götürəndə onların bəlkə də 4-5 yaşları var idi. Onların əslində gəncliyi Prezidentimizin yaratdığı, formalaşdırdığı və həyata keçirdiyi güclü Azərbaycan dövləti və cəmiyyəti içərisində formalaşdı. Bu, vətənpərvərliyi əsas stimul kimi önə çəkən və onun reallaşmasında müstəsna və əvəzsiz rol oynayan Prezident İlham Əliyevin davranışları, ən müxtəlif platformalarda yüksək vətənpərvərliyi özündə ifadə edən çıxışları, ailəsi ilə birlikdə Vətənimizə, dövlətimizə, torpağımıza, xalqımıza sədaqəti idi. Bütün bu nümunələr əlbəttə ki, vətənpərvər, dövlətə və torpağa bağlı gənclərimizi formalaşdırdı və bu gənclərimiz 44 günük zəfər savaşında böyük tarix yazıdılar. Özlərini də, xalqımızı da Azərbaycan tarixinə qəhrəmanlıqları ilə əbədiləşdirdilər. Bu zəfər tarixi heç şübhəsiz ki, gənclərimizin vətənpərvərliyi, mərdliyi, igidliyi və qəhrəmanlığı hesabına əldə olundu. Bu zəfər döyüşündə bizim uğurumuzun başlıca təminatçısı Vətən uğrunda canından keçməyə hazır olan gənclərimiz idi ki, onlar şəhid oldular, torpağımızı qanları ilə suladılar, qalib oldular, qazi oldular, döyüşdülər. Fərq etməz, hamısı şəhid və ya qazi də olmasalar da, yenə də cəbhədə döyüşən hər bir Vətən övladı özünün igidliyini və qəhrəmanlığını göstərdi ki, bütün bunlar ölkə Prezidentinin uzun illərdən bəri formalaşdırdığı cəmiyyətin səpdiyi toxumların vermiş olduğu bəhrə idi və bu bəhrə artıq gələcək nəsillər üçün də bir örnəkdi.
- Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də Milli Məclisdə andiçmə mərasimindəki nitqində ölkənin inkişaf hədəfləri ilə bağlı mesajlar verdi. Dövlət idarəçiliyi, kadr siyasəti, qanunçuluğun təmin edilməsi, bürokratiya, korrupsiya, rüşvətxorluğun aradan qaldırılması və digər sahələrdə islahatların vacibliyini qeyd etdi. Bu 3 il ərzində qeyd olunanlar nə dərcədə reallaşdırıldı?
- 2018-ci ilin aprel ayında cənab Prezidentimiz xalqımızın bir daha yüksək etimadını və inamını qazanaraq dövlət başçısı seçildi. Artıq hər Prezident seçkiləri ərəfəsində, özünün xalqla təmaslarında, çıxışlarında söyləmiş olduğu fikirlər, həm də andiçmə mərasimində önə çəkmiş olduğu problemlər ətrafında görünən bu idi ki, cənab Prezident yeni bir Azərbaycan uğrunda əhəmiyyətli mərhələyə qədəm qoymaq niyyətindədir. Prezident seçildikdən dərhal sonra ciddi xarakter daşıyan və cəmiyyətin bütün tərəflərini əhatə edən islahatlar həyata keçirməyə başladı, islahatlara start verildi. Hökumət demək olar ki, dəyişdirildi, yeni və gənc, yüksək təhsilə malik olan, vətənpərvər, korrupsiya və rüşvətxorluqdan uzaq olan şəxslər yüksək vəzifəyə gətirildi. Hökumət yenidən formalaşdırıldı. Eyni zamanda Prezident Administrasiyasında ciddi struktur dəyişikliyi həyata keçirildi. Davam edən iqtisadi, sosial, siyasi və hüquqi islahatlar daha da dərinləşdirildi. Korrupsiyasız, rüşvətsiz təmiz Azərbaycan formalaşdı. Vətənpərvər insanların ölkəmizdə özünü təsdiq etmək və biliyini nümayiş etdirmək üçün açılmış olan geniş imkanlar və bu xüsusda milli hissləri ilə, dövlətə sədaqəti ilə fərqlənən gənclərimizə bütün sahələrdə geniş meydan vermək son dərəcə önəmli bir şərt idi və biz bunun bəhrəsini gələcəkdə daha geniş şəkildə görəcəyik. Parlamentə seçkilər keçirildi, bununla bağlı da islahatlar və yenilənmələr özünü göstərdi.
Bu gün Azərbaycanın ən böyük uğuru 2018-ci ildən başlamış olan və cəmiyyətin bütün təbəqələrini əhatə edən, dərin və geniş xarakter daşıyan islahatların vermiş olduğu bəhrələrdir. Bu, Azərbaycanı yaxın zaman kəsiyində daha ciddi mərhələyə, uğurları özündə ehtiva edən bir mərhələyə çıxaracaq. Biz bu yolla artıq gedirik, qarşımızdakı ən böyük maneə işğalda olan torpaqlarımızın azad edilməsi idi ki, bu da həyata keçirildi. Bundan sonra da biz dövlətimizlə, cənab Prezidentimizlə bərabər olmalı, bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməliyik. Bütün potensialımızı Azərbaycan dövlətinin güclənməsinə və xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə səfərbər etməliyik və bu istiqamətdə hər birimiz öz töhfəmizi verməliyik.
Akqabay Mıradov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI