Xüsusi
Zəngilan BU PLAN əsasında azad edildi: 24 saat ərzində... - DETALLAR/VİDEO
Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılır, düşmənə sarsıdıcı zərbələr endirilirdi. Elə müharibənin ilk saatlarında şimal istiqamətində Murovdağ yüksəkliyi, həmin gün isə 6 kəndimiz işğaldan azad olundu.
Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv edilərək böyük ərazilərimiz erməni işğalından qurtarıldı. Suqovuşan qəsəbəsində, Talış kəndində, Cəbrayıl rayonunun mərkəzində, Füzulidə, Xudafərin körpülərində və neçə-neçə ərazimizdə Azərbaycan bayrağı qaldırıldı. Qızğın döyüşlər zamanı düşmən Azərbaycan Ordusunun qarşısında dayana bilməyərək xeyli itki verməklə geri çəkildi. Oktyabrın 20-də isə uzun illərdir düşmən tapdağında qalan Zəngilanın mərkəzi və ətraf 6 kəndi işğaldan azad olundu.
Publika.az xatırladır ki, bu gün Azərbaycan əsgərinin Zəngilan şəhərinə ayaq basmasının 1 ili tamam olur. Ötən ilin bu günü zəngilanlıların 27 illik həsrətinə son qoyuldu. 1993-cü il oktyabrın 29-da işğal olunan, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salındığı Zəngilan şəhərinin azad olunmasında haqq bizimlə oldu, düşmən əsirliyində qalan doğma torpağımız Vətən oğullarını salamladı. Qədim odlar yurdunun müqəddəs sorağı Azərbaycan əsgərini qarşıladı... 27 illik nisgil, həsrət sona çatdı. Artıq zəngilanlıları yurd itkisi, Vətən həsrəti göynətmir. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun qüdrəti sayəsində Vətənin Zəngilan həsrətinə son qoyuldu.
Şad xəbəri Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyev verdi. Ölkə Prezidenti həmin gün xalqa müraciət etdi, Zəngilan şəhəri və rayonun 6 kəndi ilə yanaşı, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad edildiyini açıqladı. Azad olunan ərazilərin sakinlərinə səsləndi, öz missiyamızı yerinə yetirdiyimizi, düşmənə layiqli cavab verdiyimizi və rəşadətli ordumuzun işğalçıları cəzalandırdığını qeyd etdi.
Saat 16 radələrində isə işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığını göstərən videogörüntü yayımlandı.
Dövlət Sərhəd Xidmətinin zabiti Babək Ələkbərov ötən ilin bu günü Zəngilanın azad olunmasını Ali Baş Komandana məruzə etdi.
44 günlük Vətən müharibəsi başlayan zaman xüsusi fədakarlıq nümayiş etdirən Babək Ələkbərov və digər sərhədçilər Xudafərin azad olunduqdan sonra Zəngilan şəhərinin işğalçılardan təmizlənməsi ilə bağlı döyüş tapşırığı alırlar. Zəngilan rayonu hərbçilərimizin göstərdikləri şücaət sayəsində 24 saat ərzində düşmən işğalından tam azad olunur.
Sərhədçimiz qeyd edir ki, bununla bağlı döyüş planı elə hazırlanmışdı ki, düşmən həmin vaxt hücum etsə belə, çoxlu itki verəcəkdi. Vaxtında verilən düzgün qərarlar, Zəngilanın müdafiə planının hazırlanması və ermənilərin yenidən hücuma keçməyə çalışması düşmənin tamamilə məhv edilməsi kimi yadda qaldı.
Babək Ələkbərovun sözlərinə görə, Zəngilan istiqamətində bir çox yüksəkliklər götürüləndə, kəndlər azad ediləndə düşmən o əraziləri geri almağa çalışırmış. Amma bu, mümkün olmayıb. Sərhədçilərimiz yaralansalar belə, silaha sarılıb verilən tapşırığı uğurla yerinə yetiriblər və rayonu işğaldan azad ediblər.
30 ildir həsrətində olduğumuz, qovuşmaq üçün günləri iplə çəkdiyimiz doğma torpaqlarımızın bir qarışı da erməni əsarətində qalmadı. Vətənimizin mərd oğulları düşməni döyüş meydanında məhv etdi, 44 günlük Vətən savaşımızda böyük şücaət, qəhrəmanlıq nümayiş etdirdilər. Soyuq səngərdə işğalda olan torpaqlarımıza atacağı hər qələbə addımı üçün səbirsizlənən qəhrəman əsgərlərimiz Zəngilanı, Qubadlını, Şuşanı azad etdi. 27 ildir əlimizin çatmadığı, səsimizin yetmədiyi Zəngilanın suları yenidən duruldu. Yolları bağlı olan Vətənimiz ev sahibini qarşıladı. Qələbəni bizə bəxş edən ordumuzua, Ali Baş Komandanımıza bir ömür boyu minnətdarıq. Azadlığın mübarək, uğrunda qanlar tökülüb, canlar fəda edilən doğma Zəngilan!
Akqabay Mıradov
Montaj: Ramazan Vəliyev
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO