Xüsusi
Makronun tədbirlərinin təşkilatçısı olan azərbaycanlı xanım: İlk dəfədir ki...
Həmyerlimiz Ülkər Müller Fransanın nüfuzlu layihələrində çalışaraq ölkənin birinci xanımı Bricit Makronun da iştirak etdiyi tədbirlərin təşkilatçısı kimi fəaliyyət göstərməyə başlayıb. Uzun müddətdir ki, Fransada yaşayıb çalışan Ülkər xanım bugünədək Azərbaycanın, tariximizin Fransada qərəzsiz tanıdılması üçün bir sıra işlər görüb.
Publika.az Ülkər Müllerlə müsahibəni təqdim edir.
- Ülkər xanım, fəaliyyətiniz barədə bizə ətraflı bəhs etməyinizi istərdim…
- İki il yarımdır ki, Fransanın dekorativ-tətbiqi sənət federasiyası olan "Ateliers d'Art de France"da çalışıram. Federasiyanın təşkil etdiyi iki beynəlxalq sərginin ictimaiyyətlə əlaqələr üzrə meneceriyəm. Biennal Beynəlxalq İrs Sərgisinin təşkilatçılarındanam. Artıq sərgimizi gerçələşdirmişik. Bu tədbir hər il maddi və qeyri-maddi mədəni irsin qorunması, restavrasiyası və tanıdılması üzrə ixtisaslaşmış şirkətləri, sənətkarları və QHT-ləri bir araya gətirir.
Onu da nəzərinizə çatdırım ki, sərgi Fransa prezident administrasiyası, Mədəniyyət Nazirliyi və UNESCO-nun dəstəyi və nəzarəti ilə keçirilir. Hər il 300-dən çox sərgi iştirakçısı, 20 mindən çox ziyarətçi qəbul edir. Sərginin ictimaiyyətlə əlaqələr işi tamamilə mənə həvalə olunmuşdu. İstər mətbuatla, istərsə də digər şirkətlərlə əməkdaşlıqla, video və foto işıqlandırma məsələlərilə bağlı bütün işlər mənim nəzarətimdə idi.
Bu tədbirlərdən əlavə, həm də federasiyanın dekorativ-tətbiqi sənətə həsr olunmuş qalereya və konsept şəbəkəsinin reklam işi ilə də məşğulam. Sərgilər bitəndən sonra Biennal tədbirinin hazırlıqlarına başlayacam.

- Bricit Makronla ünsiyyət qurmaq imkanınız oldu?
- Bilirsiniz, bu, komanda işidir. Bricit Makronun, nazir Alen Qrisetin kommunikasiya üzrə işçiləri ilə çalışdım. Gəlişin düzgün təşkil edilməsi, qüsursuz işıqlandırılması, onların sərgi boyu məlumatlandırılması və s.
İlk dəfədir ki, belə məsuliyyətli işi mənə həvalə edirdilər. Çox sevinirəm. Əsas işim isə mənə tapşırılan layihə və tədbirlərin yaxşı tanıdılmasıdır ki, belə vacib şəxslər tədbirdə iştirak etsinlər. Gələcəkdə daha böyük layihələrdə çalışmağı arzulayıram.
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

