Xüsusi
Azərbaycanlı körpələri öldürən erməni həkim yüksək vəzifədə... - Liagre DANIŞDI
Xankəndi doğum evində erməni həkimlərin öldürdükləri azərbaycanlı körpələrdən bəhs edən filmə baxdım. Çox qəhərləndim.
Bu sözləri Publika.az-a müsahibəsində fransız iş adamı Antoine Liagre bildirib.
Publika.az Antoine Liagre ilə söhbəti təqdim edir.
- Antuan, sizinlə yaxından tanış olmaq istərdim.
- 40 yaşım var. Fransanın tarixi ərazisi Normandiyada katolik ailəsində doğulmuşam. 2 qardaşım, 1 bacım var. Özüm kənd təsərrüfatı sahəsi üzrə mütəxəssisəm. Əsasən market şəbəkələri ilə çalışıram. Məhsulların keyfiyyətinin yoxlanılması ilə məşğulam. Tarixlə bağlı ədəbiyyatlar oxuyuram, səyahət həyatımın ayrılmaz hissəsidir. Təhsil aldığım dövrdə Şərqi Avropa və Afrika ölkələrinə səyahət etməyi sevirdim. Hətta 2 il Burkina-Faso və Kambocada yaşayıb, könüllü fəaliyyət göstərmişəm. Düşünürəm ki, Afrikada da yaşamağım həm peşəkar, həm də mənəvi cəhətdən mənə çox üstünlük gətirib. Müxtəlif həyat şərtləri altında sağ qalmağa çalışan insanları müşahidə etmək, yardımsevərlik duyğularımı gücləndirmək üçün vacib rol oynayıb. 2016-cı ildən bu yana isə İsveçrədə yaşayıram.
- Xanımınız həmyerlimdir.
- Doğrudur. Xanımım azərbaycanlıdır, həmçinin malakan, yəhudi kökləri də var. Yəni ailəmizdə həm dinlər, həm də millətlərin müxtəlifliyi hökm sürür. Bu, çox gözəldir, maraqlı palitradır.
- Bu tolerantlığınız yəqin ki, tarixə, dünya xalqlarının güzəranına olan dərin bağlılığınızın bəhrəsidir.
- Uşaqlığım gözəl keçib. Valideynlərim bizə çox vaxt həsr edirdilər. Öz ailələri haqda danışardılar. Onlar ölkələrinə 20-ci əsrdə geri dönməyə nail olmuşdular. Bəlkə də buna görədir ki, tarixə qarşı həmişə marağım olub. Mən bunu məktəbdə yaxşı qiymət almaq üçün deyil, özüm üçün edirdim. Çünki mənə görə tarix, fəlsəfə müxtəlif insanların həyat şəraitini, itirdiklərinin, qazandıqlarının dəyərini anlamaq baxımından önəmlidir. Məncə, tarixi yaxşı bilməyən şəxs ətrafında baş verənlərə də doğru qiymət verə bilməz.
- Erməni yalanlarını ictimai şəkildə ifşa edənlərdən biri də sizsiniz. Əminəm ki, bunun səbəbi xanımınız deyil, vicdanınızdır.
- Biz fransızlar xristianıq. Təbii ki, bu səbəbdən həm Fransada, həm də İraq, yaxud Suriyada yaşayan xristianların taleyi bizi xüsusi maraqlandırır. Bu haqda müzakirələrimiz olur. Mən də əksər fransızlar kimi, ermənilərin tarix boyu haqsızlığa məruz qaldığına, hətta Osmanlı imperiyası dövründə soyqırımının baş verdiyinə inanırdım. Günlərin bir günü fransız tarixçi Maksim Quənlə tanış oldum. O, mənə məsələnin əsl üzünü tarixi faktlarla, dəqiq mənbələrlə sübut etdi. Şokda idim, çünki belə böyük yalan danışan millətin səmimiyyətinə də, məsumiyyətinə də inamım ölmüşdü.
- Əminəm ki, ölkəmizə səfərinizdən sonra buna lap əmin oldunuz. Ümumiyyətlə, Azərbaycan haqda təəssüratlarınızı bilmək istərdim.
- 3 dəfə Azərbaycanda olmuşam. Təəssüf ki, pandemiya dövründən sonra getmək imkanım olmayıb. Fransada doğulub İsveçrədə yaşayan insan kimi Azərbaycanı daha Şərq yönümlü ölkə hesab edirdim. Lakin əksi ilə qarşılaşdım. Həm müasir, həm də tarixinə sadiq, eyni zamanda mədəniyyəti zəngin və çoxşaxəli ölkədir. Məscidlərə, kilsələrə, sinaqoqlara getdim, Şəkidə oldum. Özümü yad ölkədə hiss etmədim. Qadınları, ümumiyyətlə insanları kifayət qədər müasirdir. İncəsənətinizdən əlavə, mətbəxinizi də xüsusi qeyd etməliyəm. Yeməkləriniz çox gözəldir. Hətta bilirəm ki, ermənilər mətbəx və musiqi nümunələrinizi də öz adlarına çıxarmaq üçün illərdir çalışırlar.
- Bu günlərdə sosial hesabınızda şəxsən mənim ailəm üçün də kədərli mövzu olan Xankəndi doğum evində erməni həkimlərin törətdiyi vəhşi əməllərlə bağlı paylaşım etdiniz.
- Təsadüfən litvalı jurnalistin hazırladığı sənədli filmə baxdım. Film Xankəndi doğum evində erməni həkimlərin öldürdükləri azərbaycanlı körpələrdən bəhs edir. Çox qəhərləndim. Yeni doğulmuş körpəyə qarşı bu aqressiyanın səbəbi nə ola bilər axı?! Baxın, əsl soyqırımı budur və bunu törədənlər cəzasız qalmamalıdır. Həmin həkimin hazırda öz ölkəsində yüksək vəzifədə çalışdığını eşitmişəm. İnanıram ki, bu mövzuda da ədalət yerini tapacaq.
Leyla Sarabi
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz