Xüsusi
Ermənilər əsirlərimizin gözlərini ona görə çıxarırdı ki... – Deqati açıqladı
Hazırda Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum keçirilir. Dünyanın tanınmış alimlərinin iştirakı ilə regionun mədəni, siyasi və fəlsəfi istiqamətlərdə inkişafında Nizami yaradıcılığının təsiri müzakirə olunur.
Tədbirin fəxri qonaqlarından biri də dünya şöhrətli fotoqraf Reza Deqatidir.
Publika.az Reza Deqati ilə müsahibəni təqdim edir:
- Reza bəy, dahi Nizaminin büstünü işğaldan sonra lentə alan ilk fotoqrafsınız. Həmin məkanı tapmaq çətin olmadı?
- Zəngilan rayonu işğaldan azad olunandan sonra oradakı dağıntıları çəkməyə yollandım. Dedilər, burada bir ərazi var oraya Nizaminin adı verilib. Həmin qəsəbəyə girdik. Nizaminin abidəsini görüb heç də təəccüblənmədim. Çünki gözləri güllələnib dağıdılmışdı. Eyni hala Üzeyir bəyin, Bülbülün büstlərundə də rast gəlmişdim. Hətta bir qədər də geri qayıdaq. Xocalı faciəsi dövründə əsirlərimizin diri-diri gözlərini çıxarırdılar. Ağdam məscidində gördüyüm cəsədlərin çoxunun gözləri yox idi.
- Sizcə, bunun səbəbi nədir?
- Səbəbi psixoloji xəstəlik, etnik xofdur. Onlar azərbaycanlıların gözünə baxmaqdan qorxurlar. Ona görə nə qədər sülh olsa da, qələbənin sevincini yaşasaq da, bu məqamı unutmamalıyıq. Elə bu büstləri də olduğu kimi saxlamalıyıq. Çünki kökümüz nə qədər güclü olsa, bir o qədər toxunulmaz olacağıq.
- Reza bəy, əminəm ki, Nizami yaradıcılığına bələdsiniz.
- Əlbəttə. Mən Nizamini uşaqlıqdan oxuyuram. Özü də fars dilində. Nizami nəinki Azərbaycanın, bütün dünyanın dəyəridir, humanizmin simvoludur.
Leyla Sarabi
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama



































.jpg)

