Xüsusi
İki ayağını itirən tanınmış azərbaycanlı xanımdan həyat dərsi: Allahdan ən çox istəyim... - MÜSAHİBƏ - FOTO
Mənim dünyamda qadın hüdudsuz güc, solmayan günəş deməkdir. Bir yanı tükənsə də, digər tərəfindən dünyaya enerji paylayır. Ən çox da öz kölgəsində nəfəsini dərib, yoluna davam edən. Yorulanda öz əlindən tutub qaldıran, ən çox da özünü xoşbəxt etmək istəyəndir qadın.
Uşaq ikən itirdiyi ayaqları üzərində bu gün də dimdik durmağı bacaran, hətta üstəlik dikdaban ayaqqabı geyinib ehtiyacı olanlarının köməyinə qaçacaq qədər vəfalıdır qadın.
Publika.az-ın həmsöhbəti Vəfa Aktuz qadın olmağın, insan olmağın düsturunu yazır.
- Vəfa xanım, illərdir, yüzlərlə insana həm hüquqi, həm də mənəvi dəstək olursunuz.
- Bildiyiniz kimi mən 2008-ci ildə Azərbaycanda “Gülüstan” kimsəsiz uşaq və qadınlara yardım ictimai birliyi qurmuşdum. Birlik bu gün də fəaliyyət göstərir və mən sədriyəm. Təşkilat yarananda hər kəs elə düşünürdü ki, adından da məlum olduğu kimi sadəcə maddi və mənəvi yardıma möhtac uşaq və qadınların himayəsi ilə məşğuluq. Lakin kimsəsiz kəliməsinin çox geniş anlamı var. Kimsəsiz olmaq sadəcə ətrafinda onu sevən insanların olmaması və maddi durumunun aşağı olmasına dəlalət deyil. İnsan var ki, ətrafında yüzlərlə sevəni var, lakin iç dünyasında kimsəsizdir. Daxili aləmini kimsə bilmir, qəlbində yalnızdır. Maddi imkanı var lakin könlü o qədər kasıbdır ki, zənginliyinə baxmayaraq nəfsi pis yola düşməyə vadar edir. Bu istiqamətdə mən qadın həbsxana müəssisəsində uzun illər layihələr həyata keçirmişəm. Eyni zamada Bakı küçələrində fahişəliklə məşğul olan qadınlarla mütəmadi görüşürdüm ve çox şükür ki, gözəl nəticə əldə edirdik. Leyla xanım, biz azərbaycanlılarda mənəviyyat hissi yüksəkdir. Bəli, mən də bu xalqın nümayəndəsiyəm, lakin bir az fərqliyəm. Bu yaşımadək heç vaxt yanılmamışam. Bir yola çıxıramsa, bu işi Allahın rızasını, rəhmətini qazanmaqçün edirəm. Rəbbim mərhəmətini endirir, odur ki, ən çətin situasiyaları, müşkül məsələlərin həllini tapmaq mənə xüsusi zövq verir. Bir insanın ümidi olmaq dünya qədər dəyərlidir.
src="/storage/files/upload/272104283_633432071265060_2906329518354117085_n.jpg?_nc_cat=100&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=jNxbcOHeuSkAX-wohm4&tn=DPBfl42kEc2_9w8W&_nc_ht=scontent.fgyd4-3.fna&oh=03_AVLlKF7wOThTIyKU1FGwsVyH_ThlDU1d9_JFSpxNeWhyUQ&oe=6213D0A4" alt="Aucune description disponible." class="fr-fic fr-dii" style="width: 826px; height: 1101.33px;">
- Hətta Türkiyə vətəndaşı ilə ailə qurub Azərbaycandan getməyiniz də fəaliyyətinizə mane olmadı...
- Ailə qurduqdan sonra İstanbula köçdük burada da boş dura bilməzdim. Türkiyə ərazisinin tələbə yataqxanalarında universitet tələbələrinə ünvanlanmış motivasiya seminarları və konfranslar verirəm. Amma əlbəttə ki, əsas məsələm insanlara insanca yanaşmaqdır.
- Nə gözəl ifadə etdiniz...
- Bunun açıqlaması odur ki, insan hər zaman möhtac varlıqdır. Güclü olduğu qədər zəifdir. Mən həmişə gücü, ümidi tükənmişlərin yanında olmağa çalışıram. Peyğəmbərimiz Həzrəti Məhəmmədin bir hədisi-şərifi var. Buyurur ki, kim gündüzü qaranlığa keçmiş insanların həyatında bir şam yandırarsa, Allah da onun axirətində gecəyə çevrilən gündüzünü aydınlıq edər.
- Xüsusən də bu gün qadınlarmızın çoxu çıxılmaz durumdadırlar. Amma səslərini cəmiyyətə çatdıra bilmirlər.
- Yəqin xəbərdarsınız ki, bəzi qadınları fabrikdə, zavodda çalışmaq adı ilə gətirib, insan alverinə qurban gedirlər. Yaxud öz vətənində yol verdiyi bir səhv ucbatından el-obasından buraya qaçıb, yaşlı şəxslərlə evlənirlər. Bu evlilik boyu zorakılığa məruz qalırlar, ailədaxili şiddət, ölüm hallarınadək gedib çıxır. Hazırda bu istiqamətdə bir çox işlər görürəm. 50-yə yaxın qadınımızı dövlət orqanlarının köməyilə Azərbaycana göndərmişik. Özü də təkcə azərbaycanlılar deyil, qırğız, özbək və sair millətlərdən olan çoxlu sayda qadınları bu acınacaqlı durumdan xilas edirik. Bu işimi fövqəladə bacarıq saymıram, çünki bəzi insanlar yaradılışdan zəifdirlər. Düşdüyü çuxurdan çıxmağı bacarmır. Bəlkə də bacarar, amma el qınağından qorxur. Bu qorxu böyüdükcə getdiyi yolu da azır, bir çox səhvlərə yol verir. Doğrudur, insan hər zaman ümid ve qorxu arasında olmalıdır.
src="/storage/files/upload/272243215_332205938789194_8214478074029990457_n.jpg?_nc_cat=109&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=SV8rJ1Mv7PcAX-PgaE0&_nc_ht=scontent.fgyd4-2.fna&oh=03_AVKVPRgITZCaLKhy8oFFEqu7s3vDJov4ZXaoVpNJ-00BWw&oe=62153B41" alt="Aucune description disponible." class="fr-fic fr-dii" style="width: 826px; height: 620.01px;">
- Bildiyim qədərilə Türkiyənin siyasi həyatında da yanından iştirak edirsiniz.
- İşlədiyim istiqamətlər o qədər genişdir ki, haradan başlayacağımı bilmirəm. 2018-ci ildə AK partiyada millət vəkili namizədliyimi irəli sürmüşdüm. Müsbət nəticə olmasa da, siyasətə qatılmağım üçün uğurlu addım oldu. Hazırda Türkiyənin Yenidən Rifah Partiyasının beynəlxalq münasibətlər üzrə başqan müaviniyəm. Eyni zamanda "Dörd Ünsur" dərnəyinin rəhbəriyəm.
- Vəfa xanım, bütün cəmiyyətlərin sizin kimi ruhən, cismən güclü qadınlara ehtiyacı var. Bəlkə sıfırdan başlamaqdan qorxan xanımlarımıza sözlərinizlə şəfa olasınız?
- Leyla xanım, qadın böyük qüvvədir. Qadın cəmiyyəti abad da edər, bərbad da... Çox gözəl sual verdiniz. Əslində elə deyil, sadəcə güclü olmalıyam başqa seçim yoxdur. Bilirsiniz, mənim içimdə ikinci Vəfa da var. Üç il öncə bədənimin bir neçə hissəsində qızartı və qaşınma var idi. Öncə ciddiyə almadım, daha sonra bu vəziyyət ağırlaşdıqca, həkimə getmək ehtiyacı hiss etdim. Həkim dedi, həddən artıq üzüntü və stress nəticəsində yaranmış haldır. Gülərək cavab verdim ki, əsla stress, ya da üzüntü keçirmirəm. Evə qayıdarkən yolun bir küncündə oturub düşündüm ki, ruhumu çox yormuşam. İçimdəki Vəfa tükənib. Nə qədər cismim mübarizə aparsa da, gerçəkləri heç bir şəkildə gizlətmək olmur. Zəif insan olmaq mənim prinsiplərimə, həyat tərzimə tamamilə tərsdir. Çünki həyat mübarizədən ibarətdir. Əlbəttə, bu yaşadığımız həyatda hər şey istədiyimiz kimi gedə bilməz, getməməlidir. Çünki Allah bu həyatı gözəl yaradıb. Elə ağacları misal çəkim, qəhvəyi rengin yaşılla sintezidir. Onu gözəl edən də budur. Halbuki adi halda yaşılla qəhvəyi tamamən uyğunsuz rənglərdir.
Yaxud atom ilə molekul, biri müsbət, digəri neqativ, gecə və gündüz, qışlaq, yay və s...
src="/storage/files/upload/271650285_327695379240355_701691357123521765_n.jpg?_nc_cat=101&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=N_YyVz9n3lcAX9mNYy_&_nc_ht=scontent.fgyd4-2.fna&oh=03_AVJTGrlG62ZLNSBWG9Mt8vP-osrYSmPLmpZGwsPqVXOQTQ&oe=62138919" alt="Aucune description disponible." class="fr-fic fr-dii" style="width: 825px; height: 618.75px;">
- Sizin haqqınızda oxucularımıza qısa məlumat vermək istərdim. Uşaq ikən faciə nəticəsində hər iki ayağınızdan məhrum olsanız da bu gün hamımızdan möhkəm addımlarla irəliləyirsiniz. Özü də dikdaban ayaqqabı ilə…
- Uşaqlıqda yaşadığım bir çox hadisə məni ayaqda tutmağa səbəb oldu. Hündürdaban ayaqqabı hekayəsini Diaspora Komitəsinin haqqımda hazırladığı süjetdə izlədiniz. Allahdan ən çox istədiyim şey hündürdaban ayaqqabı geyinə bilmək idi. Bir hekayə danışım, təxminən 17 yaşım olardı. İki rəfiqəmlə evdən çıxıb, gəzməyə gedirdik. Binanın önündə ayağım sürüşdü, yıxıldım. Sağ ayağımın protezi çıxdı. Həmin ərazidə də gənc oğlanlar, ümumiyyətlə, fərqli yaşdan olan insanlar vardı. Doğrudur, hamı əlilliyimin olduğunu bilirdi, amma yıxılanadək heç kim bu qədər yaxından şahidlik etməmişdi. Düşünün, gənc qız üçün nə qədər çətin imtahandır. Utandım və rəfiqəmə dedim ki, protezi gətir mənə. O da hıçqıraraq ağlayır, insanların məni bu halda gördüyü üçün çox üzülürdü. Protezimi gətir deyə təkrar etdim. Tez ayağıma geyindim. Hamının gözü önündə ayağa durdum, yola davam etdik. İnanırsınız, yol boyu nəfəs ala bilmirdim. O qədər sarsılmışdım ki... Rəfiqələrim deyirdilər, kaş ki evə dönərdik. Səni də utandırdıq. Dedim, mən o halda belə ağır hadisədən sonra evə qayıtsaydım, əsla insanların üzünə baxa bilməzdim. Allah mənə bir daha göstərdi ki, güclü ol! Çünki başqa seçimin yoxdur. Elə o məqamda Nəsiminin misraları yadıma düşdü.
Nəsimidən soruşdular ki, yarınla xoşmusan? Xoş oldum-olmadım, o yar mənim, kimə nə?! dedi.
- Bəli, o həyat dediyimiz də, o qədər adlandırdığımız da, keçdiyimiz bütün çətin yollar da bizimdir. Bunlardan kimə nə?!
- Bu hadisə məni son dərəcə sarsıtsa da, ayaqda dik durmağım üçün növbəti dərsim idi. İnanın ki, yüzlərlə-minlərlə belə insan - qadın, kişi yaşayır yer üzündə… Məsələ sadəcə beynimizdə itən hər hansı üzvümüz, parçamız, hissəmiz deyil. İnsan var, doğmasını, sevdiyi işini itirməyi qəbul edə bilməyib, intihara təşəbbüs edir. Amma həyatda qalıb mübarizə aparmaq üçün o qədər səbəbimiz var ki... Rəbbim bir qapını açmadan digərini bağlamır. Hündürdaban ayaqqabı sevdamın kökünü sonradan anladım. Qəzadan sonra ayaqlarımı kəsdilər, xəstəxanada yatırdım. Dikdaban ayaqqabı geyinən tibb bacısının məni hər gün ziyarət etməsi, qayğı göstərməsi içimdə yeni ümidlər cücərdirdi. O tıqqıltı mənim üçün mərhəmətin səsi idi. Bəlkə bu səbəbdəndir ki, dikdaban ayaqqabı geyinib insanlara xoşbəxtlik bəxş etməyə can atırdım. O səs məni hər zaman yaxşılığa aparacaq, insanlar gəlişimi sevinclə gözləyəcəklər. Həyat çox qəribədir. Əsas olaylara bizim necə və hansı istiqamətdən baxmağımızdır. Əslində xanımlar dikdaban ayaqqabını daha baxımlı və cazibədar görünmək üçün geyinirlər. “Mən burdayam!” deməyin ən uğurlu yoludur. Mənə görə isə dikdaban “Mən hər zaman sənin yanındayam” deməkdir.
src="/storage/files/upload/271801182_306092941536287_542752941924163320_n.jpg?_nc_cat=110&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=cvmK9ij2C4MAX8hfKVe&tn=DPBfl42kEc2_9w8W&_nc_ht=scontent.fgyd4-3.fna&oh=03_AVKGTRCx9ed-yf7kWSQ4p-hkkqCDGGH7hm0Q8szdsUXo8A&oe=6217344B" alt="Aucune description disponible." class="fr-fic fr-dii" style="width: 815px; height: 1086.67px;">
- Bu gün həm də Türkiyədə müalicə alan Vətən müharibəsi qazilərimizin də yanındasınız...
- Türkiyədə müalicə alan əzizlərim, başımın tacıdır qazilərimiz. Onlarla mütəmadi olaraq görüşürəm. Əlimdən gələni də, gəlməyəni də etməyə çalışıram. Bəzən mənə sual verirlər ki, qazilərimizi ziyarətə hansı komitə, yaxud qurumun nümayəndəsi kimi gedirsiniz. Bu sual məni çox üzür. Axı o qardaşlarımızın torpağa düşən hər damla qanının haqqını ödəyə bilmərik. Hər biri məsum olduqları qədər də güclüdürlər. Onlar mənim igidlərim, ən yaxın dostlarımdır. Çox ciddi mənəvi və maddi sıxıntı yaşadıqları məqamlar da olur. Ümid edirəm, Rəbbim ən qısa zamanda onları sağlamlıqlarına qovuşduracaq. Çünki biz sevdiyimiz insanların taleyindən nəsibimizi alırıq. Onları dünyaya gətirən analar da mənim doğmalarım, qəhrəmanlarımdır. Övladlarının sağlamlığına görə ikiqat üzülürlər. Allah heç bir bəndəni övladı ilə imtahana çəkməsin. Görsəniz o müqəddəs analar oğullarına necə canla-başla xidmət edirlər... İnanın mənə hər övlad dünyaya gətirən qadın ana deyil. Körpəsi əlil olduğu üçün onu uşaq evinə atanlar da var, övladına həyatını fəda edən cənnət qoxulu qadınlar da...
src="/storage/files/upload/270793823_4525511254238996_2888857806427109641_n.jpg?_nc_cat=101&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=RAJERCtJnmgAX9zJImp&_nc_ht=scontent.fgyd4-2.fna&oh=03_AVLI17ByA1_ZRqpC_ZW04nQsySUtt0CS6Pu4dgeQkcaw3g&oe=621735DC" alt="Aucune description disponible." class="fr-fic fr-dii" style="width: 826px; height: 1101px;">
- Siz də çox gözəl anasınız…
- Mən də acizanə anayam. İki qız övladı böyüdürəm. Çalışıram ki, onlara mərhəmət, vicdan, dürüstlük və vəfa hissini aşılayım. Çünki sadaladıqlarım insan xarakterinin təməlidir. Bünövrə sağlam olmalıdır. Bu ünsürləri özündə formalaşdırmağa insan həkim olsa da, hakim olsa da nə işə yarayar?!
Leyla Sarabi
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz