Xüsusi
İsrail və Yunanıstanın Türkiyəyə yaxınlaşmasının pərdəarxası
Son günlər Yunanıstanla İsrail Türkiyə ilə bağlı əvvəlki siyasətlərinin yönünü 180 dərəcə dəyişmək qərarına gəldiklərini göstərdilər. Əvvəlcə İsrail prezidenti, onun ardınca isə Yunanıstanın baş naziri Ankaraya təşrif buyurdular. Türkiyə prezidentinin əllərindən ikiəlli yapışdılar. Bütün bunların fonunda Səudiyyə Ərəbistanı ilə Misir Türkiyəyə qarşı yeni koalisiya yaratdıqlarını duyurdular.
Afina və Təl-Əvivin Ukrana-Rusiya müharibəsi fonunda Ankara ilə dostluq münasibətlərinə can atmaları düşündürücüdür. Hər iki ölkə nələrin fonunda Ankara ilə münasibətlərinə korrektələr edirlər? Bu, nəyin sonu, nəyin başlanğıcıdır? Yunanıstan və İsrailin əsl məqsədləri nələrdir?
Suallarımızı Ağ Partiyanın başqanı Tural Abbaslıya ünvanladıq.
Ağ Partiya başqanı Publika.az-a müsahibəsində söylədi ki, əslində hər şeyin başlanğıcı İkinci Qarabağ müharibəsindən və onun nəticələrindən sonra qoyuldu. Söhbət həm də yeni dünya düzəninin formalaşmasından gedir.
src="/storage/files/upload/ffdc2727f32f509e26cb3531b6546428234da9f1.jpg" style="width: 548px; height: 308.182px;" class="fr-fic fr-dib">
- Tural bəy, son günlər Yunanıstan və İsrailin Türkiyə ilə yaxınlaşdığını görürük. Ukrayna-Rusiya hadisələrindən sonra bu yaxınlaşma yeni dünya düzənindən və balansın dəyişməsindən xəbər verir, yoxsa ortada başqa səbəblər var?
- Son dönəmlərdə Rusiya-Ukrayna müharibəsi dünyada bir çox balansın kökündən dəyişməsinə gətirib çıxarıb. Eyni zamanda, mövcud düzənlərə yenidən qiymət verilməsi üçün bu müharibə bir şərait yaratdı. Biz həmişə deyirik ki, 44 günlük Qarabağ müharibəsi dünya düzəninin yenidən formalaşdırılmasının təməlini qoydu. Çünki burada Avropa, Rusiya, Amerika, Türkiyə, İran və onların “maşası” rolunda çıxış edən bəzi ölkələr də iştirak etdilər. Bu baxımdan yeni dünya düzəninin formalaşdırılmasının ilkin işartıları, nişanələri məhz İkinci Qarabağ müharibəsində baş verdi. Hətta ondan sonra da biz dedik ki, yeni dünya düzəni formalaşacaq. Dünyada yeni güc mərkəzlərinin, təzə qütblərin formalaşa biləcəyini söyləmişdik. Bütün bunların fonunda Rusiyanın Ukraynaya təcavüzkar hücumunu gördük. Rusiya Ukraynanı işğal etməyə cəhd göstərdi. Hətta deyərdim ki, Rusiya Ukrayna ərazilərini faktiki olaraq işğal edir. Bu da dünya dəyərlərinə, dünya düzəninə yenidən qiymət vermək üçün bir daha düşündürdü.
- Balansın dəyişməsi nə vaxtdan başladı? İkinci Qarabağ savaşının nəticələri yeni dünya düzəninin formalaşmasına nə kimi təsirlər göstərdi?
- Təbii ki, bütün bu hadisələr – istər İkinci Qarabağ savaşı, istər İraqda, Liviyada, Suriyada baş verən müharibələr, istərsə də Ukraynada hazırda baş verən müharibədə müasir Türkiyənin rolunun hansı səviyyədə olması bir daha ortaya çıxdı və görsəndi. Artıq Türkiyə 10 il əvvəlki Türkiyə deyil. İndi Türkiyə yeni geosiyasi oyunçudur və yeni dünya düzəninə yön verən ölkələrdən biridir. Bunu istər Rusiya, istər Avropa Birliyi, istərsə də Amerika Birləşmiş Ştatları faktiki olaraq qəbul etmiş vəziyyətdədirlər. Onlar da başa düşürlər ki, artıq Türkiyə əvvəlki Türkiyə deyil. Buna bir çox bariz nümunə göstərmək mümkündür. Bir çox dünya əhəmiyyətli konfliktlərdə Türkiyə artıq vasitəçi kimi çıxış edir. Bu problemlərin həllində öz vasitəçilik imkanlarını ortaya qoyur. Hətta Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra bu günə qədər tərəflər arasında ən yüksək səviyyəli görüş xarici işlər nazirləri səviyyəsində məhz Türkiyədə gerçəkləşib. Hətta Ukraya Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyi şəhərlərin adını sıralayarkən orada İstanbulun da adını çəkirdi. Eləcə də Rusiyanın siyasi elitasına qulaq asanda görürük ki, Türkiyənin adını hər zaman hörmətlə hallandırıblar. Ankaranın bu proseslərdə obyektiv mövqe tutduğunu səsləndirirlər.
- Yəni, Afina və Təl-Əviv Ankara ilə münasibətləri yumşaltmağın vaxtının çatdığını, Türkiyəsiz bölgədə heç nəyə nail olmayacaqlarını artıq başa düşürlər?
- Bütün bunların fonunda İsraillə Yunanıstan da öz siyasətlərinə yenidən baxdılar, onu yenidən qiymətləndirdilər. Bilirik ki, Türkiyənin Aralıq dənizindəki maraqları bəzən Yunanıstanla, bir sıra hallarda isə İsraillə toqquşurdu. Oradakı yataqların kəşfinin aparılması, yataqların işlənilməsi kimi məsələlərdə bu baş verirdi. Mən düşünürəm ki, Yunanıstan, yeri gələndə elə İsrail də onların ənənəvi müttəfiqlərinin Ukraynanı necə tək qoyduqlarını gördülər. Eyni zamanda, bu prosesdən özləri üçün bir dərs, nəticə çıxardılar. Düşündülər ki, bu gün Ukraynanı tək qoyan Qərb, NATO sabah Türkiyə ilə onların mümkün qarşıdurmasında onların yanında duracaqmı?! Məncə, həm İsrail, həm də Yunanıstan son addımları ilə özlərini sığortalayırlar. Eyni zamanda, yeni formalaşan dünya düzənində doğru tərəfdə olmağa çalışırlar. Düşünürəm ki, bu həm Təl-Əviv, həm də Afina üçün doğru qərardır. Çünki Yunanıstan uzun əsrlər Osmanlının tərkibində olub. Elə İsrailin indiki əraziləri də 1918-ci ilə qədər Osmanlı dövlətinin ərazisi idi. Yəni, bu iki dövlətin Türkiyənin ətrafında toplanmasından təbii heç nə yoxdur. Düşünürəm ki, bundan sonra da hər 3 mərkəz arasındakı yaxınlaşma daha da inkişaf edə bilər.
- Bütün bunlarla yanaşı, Yunanıstanla İsrailin Türkiyə ilə yaxınlaşdığını görüb Misirlə Səudiyyə Ərəbistanının Türkiyəyə qarşı ittifaq qurmaq haqqında razılığa gəldiklərini də eşitdik. Qahirə ilə Ər-Riyad Ankaranın önündə ciddi sədd yarada biləcəkmi?
- Bəli, burada Misir və Səudiyyə Ərəbistanı məsələləri də var. Misir və Səudiyyə Ərəbistanı müxtəlif zamanlarda Amerikanın, Avropanın Türkiyəyə qarşı istifadə etdiyi ölkələrdəndir. Adətən burada müsəlman əhalisi yaşadığı üçün Türkiyə üçün daha təsirli olur. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanı neftlə zəngindir və milyardlarla dollar pulu var. Bu amil də adıçəkilən məsələdə rol oynayır. Düşünmürəm ki, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin Türkiyəyə qarşı istifadə olunması uzun sürəcək. Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri də Türkiyəyə qarşı aktiv mövqedə idi. Sonuncu dəfə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərində qarşılanma mərasimi çox yüksək səviyyədə gerçəkləşdirildi. Dövlət səviyyəsində təyyarələr qaldırıldı. Türkiyə bayrağını səmada cızdılar. Bütün küçələri Türkiyə bayraqları, Ərdoğanın şəkilləri bəzəyirdi. Düşünürəm ki, Misir və Səudiyyə Ərəbistanı da Türkiyəyə qarşı müvəqqəti qaldırılan ölkələrdir. Ankaranın güclənməsi ilə bu istiqamətdə dəyişikliklər də müşahidə olunacaq. Türkiyənin siyasəti gücləndikcə bu dövlətlər də əvvəl-axır Ankaraya siyasi anlamda biət edəcəklər. Biz sevinməliyik ki, bizim ən təbii, ən yaxın müttəfiqimiz olan dost və qardaş Türkiyə dövləti artıq dünya gücləri sırasına keçir. Artıq regionda və dünyada söz sahibi olan ölkələrdən birinə çevrilir. Əgər bu yolla gedilsə, proseslər bu cür inkişaf etsə, o zaman Türkiyə altıncı olacaq. Ərdoğan da məşhur ifadəsində söyləyirdi ki, “dünya beşdən böyükdür”. Yəni, Türkiyə də “Böyük altılıq”da olacaq. Nəhayət, biz Türkiyənin timsalında dünyada haqqın, ədalətin təmsilçisini görəcəyik.
- Rəsmi Bakı üçün Ankaranın güclənməsi indiki mərhələdə hansı anlama gəlir?
- Düşünürəm ki, bu proseslər Azərbaycanın da maraqlarına tam şəkildə cavab verir. Azərbaycan hər mənada – iqtisadi, siyasi, hərbi – Türkiyəmizin yanında olmalıdır. Bakı Ankaranın mövqelərinin güclənməsinə və dünyadakı statusunun artmasına hər cür yardım göstərməlidir.
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı