Suqovuşan “Böyük qayıdış”a hazırlaşır
Bizi izləyin

Xüsusi

Suqovuşan “Böyük qayıdış”a hazırlaşır

6.3.7. İşğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış”

Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı, düşmən üzərində zəfər çaldı. Prezident İlham Əliyev 30 ilə yaxındır ki, səbr edib gözlədiyimiz, ancaq uğrunda əzmimizi, ümidimizi, qətiyyətimizi itirmədiyimiz, dünyanın susduğu ədalətsizliyə - Qarabağın işğalına düşünülmüş siyasət və yüksək sərkərdəlik qətiyyəti ilə son qoydu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində Qarabağ azadlığına qovuşdu. Hazırda Qarabağın dirçəldilməsi üçün böyük işlər görülür, yenidənqurma işləri uğurla davam etdirilir. Ölkə başçısının şəxsən iştirakı ilə işğaldan azad olunan ərazilərimizdə yeni obyektlərin, yolların və başqa mühüm infrastruktur layihələrinin açılışı olub və yeni layihələrin təməlinin qoyulması davam edir. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti mərhələli şəkildə bərpa ediləcək. Azad olunmuş torpaqların təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb edilib. Qarabağın əsl cənnət məkanına çevrilməsi, onun yenidən doğulması, yenidən canlanması, dirçəlməsi, bunların fonunda “Böyük qayıdış”ı bu gün Prezident İlham Əliyev əsas prioritet məsələ hesab edir.

Qarabağa “Böyük qayıdış” layihəsinin prioriteti keçmiş məcburi köçkünlərin əzəli torpaqlarında yaşayışını təmin etmək və Qarabağa öz yurddaşları ilə yeni həyat verməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən 30 il ərzində dağıdılan, viran qoyulan tarixi torpaqlarımızın bərpası və yenidən qurulması ilə bağlı növbəti mesajlarını xalqımıza Novruz bayramı ərəfəsində azad olunmuş ərazilərdən verdi. Dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan sonra Azərbaycan xalqını təbrik etdi, bir sıra mühüm infrastruktur layihələrinin təməlini qoydu. Prezident İlham Əliyev bildirdi ki, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır: “Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq”.

Dövlət başçısı Suqovuşan qəsəbəsindəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə, tam orta məktəbin binasının əsaslı təmiri ilə tanış oldu, ikimərtəbəli yeni məscidin təməlini qoydu. Eyni zamanda Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışında iştirak etdi, turizm kompleksinin təməlinin qoydu, qəsəbədə avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışında iştirak etdi.

Suqovuşanın timsalında işğaldan azad olunmuş digər ərazilərimizdə də “Böyük qayıdış” üçün mühüm layihələr reallaşdırılır.src="/storage/files/upload/d30f18ccb8e7fbab907f0a5257b78e8579eafb3d.jpg" style="width: 689px; height: 459.333px;" class="fr-fic fr-dib fr-fil">Milli Məclisin deputatı Azər Badamov Publika.az">Publika.az-a bildirib ki, dövlət başçısının iştirakı ilə Suqovuşanda qeyd edilən Novruz bayramı növbəti illərdə digər rayonlarımızda da qeyd ediləcək, orada bayram tonqalları yandırılacaq.

Deputat hesab edir ki, bu o deməkdir ki, biz qayıtmışıq və öz torpaqlarımızda milli-tarixi bayramlarımızı qeyd edirik: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan dövləti var. Bugünkü Azərbaycan düşmənin hər bir təxribatına cavab vermək iqtidarındadır. Azərbaycan heç kimin köməyi olmadan ermənilərin 30 ildə viran qoyduğu əraziləri yenidən dirçəltmək və qaçqınlarını öz doğma yurdlarına qaytarmaq gücündə olduğunu göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər bir səfəri bu ərazilərə yeni ruh, dirçəliş gətirir. O cümlədən dövlət başçısının Suqovuşana səfəri çərçivəsində 35 kilovoltluq yüksək gərginlikli müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı oldu. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə qurulan elektrik şəbəkəsi ən müasir texnologiyalara əsaslanır. Suqovuşanda öz yurdlarına qayıdacaq vətəndaşlarımız üçün ən müasir evlər tikilir. Yeni qurulan yaşayış məhəlləsindəki ilk ev də onu deməyimizə imkan verir ki, bu ərazilərdə yaradılacaq şərait və infrastruktur qayıdacaq insanların yaşayışını ən yüksək səviyyədə təmin edəcək. İşğal olunmuş ərazilərimizdən qaçqın düşərək 30 il ərazində əziyyət çəkən vətəndaşlarımız ən müasir yerlərdə yaşamaq imkanını əldə edəcəklər. Bu ərazilərdə təhsil infrastrukturunun formalaşdırılması dövlətin qarşısında duran prioritetlərdəndir. Ona görə də Suqovuşana insanlar qayıtmamış qəsəbədəki ikimərtəbəli orta məktəbin binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb”.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki 67 məsciddən 63-ü ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu məscidlərin yenidənqurma və bərpa işlərində Heydər Əliyev Fondu yaxından iştirak edir: “İşğaldan azad olunmuş ərazilərimizin müdafiə qabiliyyətinin artırılması üçün yeni hərbi hissələr yaradılır. Bir müddət əvvəl Prezident İlham Əliyev Hadrutda Komando Briqadasının açılışını edib. İndi isə Suqovuşanda “N” saylı hərbi hissənin açılışı oldu. Yeni tikilən hərbi hissələrdə əsgər və zabitlərimizin yüksək səviyyədə xidmətinin təşkili üçün hər bir şərait yaradılır. Ordu quruculuğunun gücləndirilməsi gələcəkdə də davam etdiriləcək”.

Azər Badamov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə böyük turizm potensialı mövcuddur: “Bu potensialdan səmərəli şəkildə istifadə olunması ölkəmizin iqtisadi gücünü artırır. Ona görə də Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu ərazilərdə turizm marşrutlarının müəyyən olunması və infrastrukturun formalaşdırılması istiqamətində tapşırıqlar verilib. Dövlət başçısı Suqovuşan qəsəbəsinə səfəri çərçivəsində bu ərazilərdə idmanın inkişafı ilə bağlı tapşırıqlar verdi. Sevindirici haldır ki, Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantısının rəsmi açılışı bu ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində atılan ilk addımlarımızdandır.

İşğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri kompleks şəkildə planauyğun həyata keçirilir. İcra olunan layihələrin əhatə dairəsinin geniş olması və sürətlə aparılması bu ərazilərə tezliklə qayıdışımızın olacağından xəbər verir. Azərbaycanın uzaqgörən dövlət başçısının şəxsən nəzarəti və tapşırıqları ilə bu ərazilər tezliklə ən müasir şəkildə yenidən qurularaq istifadəyə veriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya müasir şəkildə yenidən qurulmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını təqdim etməklə Azərbaycanın gücünü və bu torpaqların azərbaycanlılara məxsus olduğunu bir daha göstərəcəyik”.

Ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət də hər zaman yüksək səviyyədə olub. Bunu işğaldan azad olunmuş ərazilərdə bərpa olunan və təməli qoyulan məscidlərin timsalında da görmək olar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər çərçivəsində yeni tikiləcək məscidin təməlini qoydular. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. 2 mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən, məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

src="/storage/files/upload/831a24fa4423c3fda1091dae060274103b675203.jpg" style="width: 777px; height: 518px;" class="fr-fic fr-dib fr-fil">

İlahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir: “Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Qarabağa və Şərqi Zəngəzura səfər zamanı yeni dini ibadət yerlərinin təməlinin qoyulması artıq ənənə halını alıb. Suqovuşan qəsəbəsində məscidin təməlinin qoyulması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür.

Xalqları, dövlətləri ayaqda saxlayan onun ənənələri və dəyərləridir. Əsası Ulu öndər tərəfindən qoyulan həmin siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir”.

Millət vəkili işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlərin statistikasına da diqqət çəkib: “İşğal zamanı vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin - Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu vəhşilik ermənilərin Azərbaycan xalqına nifrətinin və kin-küdurətinin miqyasını tam əks etdirir”.

Qarabağa daha bir qayıdış - Turizm

Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var. Ancaq 30 ilə yaxın işğal nəticəsində Qarabağda bütün sərvətlərimiz istismar olunub, talanıb. Ermənilər hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmayıblar. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilib, dağıdılıb və qədim tarixə malik olan qiymətli əşyalar ölkəmizdən çıxarılıb. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparıb. Tarixi-mədəni abidələrimiz talan edilib, bütün infrastruktur məhv edilib, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri vəhşicəsinə uçurulub, ziyarətgahlar darmadağın edilib. Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən, dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlayan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdirilir.

Füzuli Hava Limanı artıq fəaliyyətə başlayıb, Zəngilan və Laçın hava limanlarının da yaxın vaxtlarda fəaliyyətə başlaması istisna olunmur. Bu isə Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaq.

Novruz bayramında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyuldu.

src="/storage/files/upload/e5e5b0a43bc12d4f14e7ec425dfae1e0c5ddf9dd.jpg" style="width: 768px; height: 537.507px;" class="fr-fic fr-dib fr-fil">

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Qarabağ turizm potensialına görə fərqlənən bölgələrimizdəndir. Əlverişli iqlimi və relyefi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur həm də tarixi ilə turistlər üçün cəlbedicidir: “Suqovşan da böyük turizm potensialı baxımından fərqlənən bölgələrimizdəndir. İşğaldan azad olunmuş Kəlbəcər rayonu, Şuşa şəhəri Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən hesab edilir. Çünki bu ərazilərin yay, qış, tarixi, dini, mədəni həmçinin müalicəvi turizm potensialı böyükdür. Eləcə də digər azad edilmiş ərazilərdə turizm potensialı yüksək qiymətləndirilir. Məsələn, ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır. Güman olunur ki, bu, bərpa prosesindən sonra ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərəcək.

Pandemiyadan əvvəl, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3.2 milyon nəfərədək yüksəlmişdi. İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir. Eyni zamanda daxili turizmin gəlirlərinin yüksələcəyi və ümumi daxili məhsuldakı payın artacağı proqnozlaşdırılır. Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/cb26a986bd82b8c64cd91f70dd0d3ef316488f6d.jpeg" style="width: 706px; height: 706px;" class="fr-fic fr-dib fr-fil">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm