10 milyonluq xalqın unikal həyat tərzi: tolerantlıq, dözümlülük və...
Bizi izləyin

Xüsusi

10 milyonluq xalqın unikal həyat tərzi: tolerantlıq, dözümlülük və...

6.3.15 Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Azərbaycan bu gün dünyada unikal dəyərlərə sahib tolerant ölkə kimi tanınır desək, yanılmarıq. Xalqımız yüz illər boyu bu coğrafiyada yaşayan müxtəlif dillərin, dinlərin, mədəniyyətlərin daşıyıcılarına tolerant münasibət sərgiləyib. Hətta tarixin müxtəlif çağlarında onlarla bir yumruğa dönüb. Vaxt olub ki, Azərbaycan ərazisində yaşayan xalqlar bir-birləri ilə sevinclərini bölüşüb, kədərlərini paylaşıblar. Ən nəhayət, vətənin dar günündə bir yumruğa dönərək yadellilərə, qara donlu kafirlərə qarşı mübarizə aparıblar.

Tarixi faktlar da göstərir ki, Azərbaycanda multikultural ənənələrin, çoxşaxəli dözümlülüyün kökləri çox qədimdir. Bu dəyərlər sisteminin yaşı yüz illərlə ölçülür. Tarixi mənbələrdə qeyd olunur ki, hələ eradan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan ərazilərinə pənah gətirdilər. Onlar burada yerli xalq tərəfindən rəğbətlə qarşılandılar. Ən əsası, özlərini burada daha rahat hiss edə bildilər. Eramızın birinci əsrinin ortalarında İsa peyğəmbərin davamçıları təqiblərdən qaçaraq ölkəmizin ərazilərinə sığındılar. Onlar burada Alban aftokefal kilsəsinin əsasını qoydular. 7-ci yüzildə İslam dininin Azərbaycanda yayılması ilə dini və mənəvi dözümlülük, tolerantlıq ənənələri daha da möhkəmləndi. Tarixi mənbələrdə həmin dövrlərdə müsəlmanların qeyri-müsəlmanlara, xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı hörmətlə yanaşması qeyd edilir.

Azərbaycan dövləti bu ölkədə yaşayan bütün dinlərin və mədəniyyətlərin daşıyıcılarına eyni münasibət sərgiləyir. Onların hüquqlarını qoruyur. Həmin milli azlıqların mənəvi ehtiyaclarının qayğısını hər zaman diqqətdə saxlayır. Dövlətimiz ölkə əhalisinin 95 faizdən çox hissəsini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yaşayan bütün ənənəvi dinlərin nümayəndələrinə diqqət göstərir. Bu istiqamətdə bəzi məqamları yada salmaq olar: 1920-ci ildə bağlanmış Jen Mironosits baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi. 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsi tikildi. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdə mövcud tolerant mühitlə bağlı bu fikirləri bölüşmüşdü: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Ölkəmizdə əhalinin təxminən 91 faizini təşkil edən azərbaycanlı-türklərdən əlavə, say nisbətinə görə sıralasaq, ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, tatlar, yəhudilər, udinlər, ermənilər və digər daha azsaylı xalqlar - ingiloylar, xınalıqlılar, lahıclılar, haputlular, əliklilər, ceklilər, qrızlılar, rutullular, kilitlilər yaşayır. Bu xalqların əksəriyyəti yalnız öz etnik tərkiblərindən ibarət olmaqla kompakt şəkildə ayrıca yaşayış məntəqələrində məskunlaşıblar. Hazırda ölkənin şimal və şimal-qərb bölgəsində etnik tərkibin əsas faizini təşkil edən Quba, Qusar, Xaçmaz, Oğuz, Qəbələ və digər rayonlarda bütövlükdə, yaxud böyük əksəriyyəti ləzgilərdən ibarət çoxlu sayda kənd mövcuddur.

src="/storage/files/upload/bb453e990d8e00b13f0951374f5d8ae93188f0a0.jpg" style="width: 586px; height: 318.356px;" class="fr-fic fr-dib">

Bu gün Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin Prezident İlham Əliyev tərəfindən bəyan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi Odlar diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirməsi, bu işdə ölkənin birinci xanımı, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi rola malik olması öz münbit nəticələrini göstərməkdədir.

Bundan başqa, Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolerantlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir. Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt olaraq, eyni zamanda milli keyfiyyət kimi də təqdim olunmaqdadır.

Onu da qeyd edək ki, hələ bundan 6 il öncə ölkə Prezidentinin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm İli" elan edilmişdi. İl boyu ölkədə bu istiqamətdə bir sıra beynəlxalq konfranslar, simpoziumlar təşkil olunmuşdu.

Bu dəyərlərin iflasa uğradığını və ya təsirsizləşdiyini iddia edən şəxslər Azərbaycana gələrək ölkəmizin praktikada bu modeli necə yaşatdığını görə bilərlər. Məhz bu kontekstdən yanaşaraq, biz ölkəmizdəki multikultural mühitin, dövlət-din münasibətləri modelinin yaxından öyrənilməsinin bütün dünyaya faydalı olacağına inanır və tolerant təcrübəmizi hər zaman bölüşməyə hazırıq.

src="/storage/files/upload/6dbf5ea97aaa0c903de7a0d5914ee753348a69e7.jpg" style="width: 615px; height: 334.356px;" class="fr-fic fr-dib">

Bir sözlə, ölkə Prezidentinin də vurğuladığı kimi, Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.

Milli Məclisin deputatı Rəşad Mahmudovun fikrincə, ölkəmizdə müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bugünədək sülh şəraitində birgə yaşayır. Deputat bildirib ki, bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olunur:

src="/storage/files/upload/47045a64cb851c39b82af199fb0fac6fb39e5522.jpg" style="width: 588px; height: 367.94px;" class="fr-fic fr-dib">

"İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıb. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Azərbaycan dünyəvi ölkədir. Azərbaycan Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır, təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda Azərbaycana dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də hörmətlə yanaşılır".

İordaniyalı akademik Mərvan Suda isə düşünür ki, Azərbaycanda dini tolerantlıq qürur mənbəyidir.

Azərbaycanda müxtəlif dinlərə və təriqətlərə mənsub olan insanlar uzun əsrlər boyu mehriban yaşayıblar və bu gün də ölkədəki tolerantlıq qürur mənbəyidir. Azərbaycanlıların yaratdıqları bu ab-hava bütün dünya üçün örnəkdir. Bu, eyni zamanda Azərbaycan cəmiyyətinin tərəqqisinin rəhnidir. 44 il öncə Sovet İttifaqında təhsil almış akademik bildirir ki, bir neçə il əvvəl Azərbaycanda səfərdə olduğu zaman öz həmkarları, media nümayəndələri ilə görüşlərində Bakıda və digər bölgələrdə xristianlara və yəhudilərə qarşı mehriban münasibətin şahidi olub: "Ermənilərin dəfələrlə qadın, uşaq və qoca demədən dinc insanları qətlə yetirməsi faktlarına rəğmən, azərbaycanlılar öz xeyirxah əməllərini, sülhsevərliyini və milli-mənəvi dəyərlərini qoruyub saxlayıblar".

src="/storage/files/upload/7425f6492db0d8cc584b4c91bafb4c04d82e236a.jpg" style="width: 565px; height: 424.059px;" class="fr-fic fr-dib">


src="/storage/files/upload/71676c70df9511093dc3ad17754c1143ff71a5c0.jpg" style="width: 583px; height: 364.375px;" class="fr-fic fr-dib">

Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, tarix boyu Azərbaycanda bir çox xalqlar, etnik qruplar məskunlaşıb, onlar arasında möhkəm dözümlülük əlaqələri olub: "Onlar öz milli xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayıblar. Milli, irqi və dini zəmində ayrı-seçkilik baş verməyib. Azərbaycan tarixin bütün dövrlərində dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb. Bura təkcə fərqli dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan ayrı-ayrı dini cərəyanların nümayəndələri də pənah gətiriblər. Onlar burada özlərini nəinki yad hiss etməyiblər, hətta yerli əhali ilə qaynayıb qarışıb, qohumluq əlaqələri qurublar. Eyni zamanda Azərbaycan xalqı ilə həmrəy olublar. Müasir dövrdə ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir, dövlət qayğısı ilə əhatə olunur".

Hazırda milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Məsələn, dövlət büdcəsindən maliyyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları möhkəmləndirilib. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu verilib. Səməd Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir. Qeyd etmək lazımdır ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan əməli işin nəticəsində artıq peşəkar şəkildə formalaşan ansambllar meydana gəlib. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/b15f9beedfbaf9e3835d6184404d67fa6add0345.jpg" style="width: 624px; height: 624px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm