Nə qədər ki, qadınlar daş-qaş hərisidir, biz pulsuz qalmarıq - TÜRK ZƏRGƏR
Bizi izləyin

Xüsusi

Nə qədər ki, qadınlar daş-qaş hərisidir, biz pulsuz qalmarıq - TÜRK ZƏRGƏR

Zinət əşyalarına maraq qədim dövrlərdən var. İnsanlar qiymətli metallardan hazırlanmış bəzək nümunələrinin sehrinə inanırdılar. Bu möcüzəni yaradan zərgərlər isə bir növ öz dövrlərinin sehrbaz obrazı idilər. Bəs dövrümüzdə bu sənət sahiblərinin güzəranı necədir? Onların əməyinə, göz nuruna tələbat varmı?

Bu və digər suallara qardaş Türkiyənin tanınmış zərgəri Samet usta ilə cavab axtaracağıq.

- Samet bəy, sizi tanımaq istərdik.

- 37 yaşım var. Üsküdarda doğulmuşam. Yeniyetməlik dövründə dərslərimi yaxşı oxumurdum. Düşündüm ki, təhsildə irəli gedə bilməyəcəm. Özümə gələcəyimi təmin edəcək peşə seçim. Atamın dostu zərgər idi. Mən də 16 yaşındaydım. Qərara gəldik ki, bir neçə gün yanında çalışım. İşimi bəyənərsə, davam edim. Belə də oldu. Artıq 20 ildən çoxdur ki, zərgərəm.

src="/storage/files/upload/b411e514e1344a174ba2e3814f956cb7ec86aaba.jpg" style="width: 300px;" class="fr-fic fr-dib fr-fil">

- İşinizə necə tərif verərdiniz?

- Zərgərin işi təkcə qızıl bəzək əşyaları hazırlamaq deyil. Bu işi sevgi ilə, zövqlə görməlisən. Ölçüləri, ara məsafələrini dəqiq hesablamalısan. Zərgərliyə adi dekorativ tətbiqi sənət kimi baxmaq doğru deyil. Burada dövrəyə kimya, fizika, riyaziyyat, incəsənət, həm də poeziya girir. Çünki sən işin texniki tərəfindən əlavə, yeni nəfəs yaradırsan. Zərgərlik sənə verilən sifarişi pul qarşılığında hazırlayıb müştəriyə təqdim etmək deyil. Onun tələblərindən elə onun özünə məxsus sənət əsəri ərsəyə gətirməkdir. Belə incə məqamlar çoxdur. Bəzən də rəssam mənə artıq eskizi göndərir və mən onun üzərində işləyirəm.

- Ailəlisiniz?

- Bəli, iki övladım var. Hazırda Antalyada yaşayıb çalışıram.

- Zərgər xanımı olmaq çoxlu qızıl əşyalarına sahib olmaqdır?

- Xanımım Avropada, Almaniyada dünyaya gəlib, orada böyüyüb. Ona görə zinət əşyalarına xüsusi rəğbət bəsləmir. Amma təbii ki, ona özəl olaraq hazırladığım üzüklər, sırğalar var.

- Bəs müştərilərinizin böyük hissəsini kimlər təşkil edir?

- Əksər hallarda rus qadınlar gəlir yanıma. Antalya rus turistlərin ən çox üz tutduğu istirahət məkanıdır. Odur ki, gələndə mütləq özlərinə yeni zinət əşyası zövqü yaşadırlar. Hətta türk qadınlardan çox ruslarla çalışıram.

src="/storage/files/upload/98f2e727100f8e75059eecc2ede35f8651159934.jpg" style="width: 300px;" class="fr-fic fr-dib fr-fil">

- Bugünədək sizi ən çox təəccübləndirən sifarişiniz hansı olub?

- Bir gün rus kişi gəlmişdi. Yanında çox böyük iti vardı. İtinə çox böyük qızıl xalta sifariş verdi. Olduqca bahalı əşya idi, amma sevimli iti üçün hədiyyə olduğunu dedi. Yəni buna bənzər hallar az olmur.

- Qəribədir. Bəs peşənizdə sizi qane etməyən nələrdir?

- Tarix boyu zərgərlik incəsənətin ayrılmaz hissəsi olub. Ehtimal olunur ki, zərgər peşəsi ilk dəfə qədim Misirdə yaranıb. Piramidalarda aparılan arxeoloji qazıntılar zamanı bir-birindən zərif zərgərlik məmulatları tapılmışdı. Nəzərə alsaq ki, Misir fironları eramızdan əvvəl üçüncü minillikdə hökmranlıq ediblər, demək, ilk zinət əşyalarının 5000-dən çox yaşı var. Hətta Osmanlı imperiyası dönəmində də zərgərlik ali sənət növü sayılıb. Lakin son illər Türkiyədə bu peşə adiləşib. Bu, məni narahat edir. Çünki özümü sıradan zərgər hesab etmirəm. Ölkəmizdə mənim kimi minlərlə sənətkar var ki, əməyinin bəhrəsini tam ala bilmir.

- İşin maddi tərəfini kənara qoysaq, peşəniz sizə nə qazandırıb?

- Mən bərəkətimi, həyatdan aldığım zövqü peşəmə borcluyam. Övladlarımın gələcəyini rahat təmin etməyi planlaşdırıramsa, bu, əl əməyim sayəsindədir. Bu gün nail olduğum bütün uğurlarım zərgərlik sayəsindədir.

- Tanınmış brendlərin məmulatlarının eynisini hazırlayırsınız?

- Əlbəttə.

- Bəs əsas fərq nədə olur?

- Qiymətindən başqa heç nədə! Baxın, mən həmin brendin zinət əşyasını fantastik qiymətə deyil, müştərinin büdcəsinə uyğun hazırlayıram. Etiraf edim ki, həmin firmaların təyin etdiyi qiymətin çoxu öz ad-sanı sayəsindədir. Yoxsa mənim kimi sıravi zərgərlərin hazırladığından heç nə ilə fərqlənmir. Əslində, mən o böyük məbləği öz müştərimdən tələb edə bilmərəm. Çünki xəmirimdə halallıq var.

src="/storage/files/upload/4549acc9e14420db3b7d22697672b4de6dcfb8c7.jpg" style="width: 300px;" class="fr-fic fr-dib fr-fil">

- Ev, avtomobil, yoxsa qızıl?

- Hər birinin öz yeri var. Amma mən qızıl deyərdim. Evdə qızılın olmağı sizin sığortanızdır. Ağır günləriniz üçün sərmayədir.

- Sizcə, qızıla olan maraq illər sonra azala bilər?

- Qadınlar var olduqca, biz zərgərlər pulsuz qalmayacağıq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm