İnanc və niyyət dəyişən an çəki problemi yox olacaq - Deniz Egece ilə - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

İnanc və niyyət dəyişən an çəki problemi yox olacaq - Deniz Egece ilə - MÜSAHİBƏ

Publika.az Türkiyənin dünya şöhrətli neyroloqu Deniz Egece ilə müsahibənin ikinci hissəsini təqdim edir.

- Hocam, idman vacibdir, elə deyil?

- Hərəkət vacibdir. Hərəkət yaşamaq deməkdir. Yaşamaq istəyən hər kəsə hərəkət etməyi tövsiyə edirəm. Yəni, çörəyə, suya ehtiyacımız olduğu kimi, düzgün tənəffüs terapevtinə ehtiyacımız var.

- Həm də deyirsiniz ki, pəhriz kökəldir. Bunu necə açıqlaya bilərsiniz?

- Pəhriz nədir? Qidalanmaq. Yaxşı, yaxud pis, istənilən halda qidalanmaq deməkdir. Yaxud kalori hesabatı aparmaq. Mütəmadi olaraq "onu yemək, bundan imtina etmək" kimi yanaşma qidalanma üzərinə yönələn fikirlərdir. Pəhriz saxladığınız müddətdə arıqlaya bilərsiniz, amma dayandığınız andan avtomatik olaraq kökəlməyə başlayacaqsınız. Səbəbi də budur ki, şüuraltında siz daim yeyib-içməklə bağlı məsələləri və detalları möhkəmləndirib, canlandırırsınız. İradəsizlik edib, pəhrizi dayandırdığınız zaman addım-addım kökəlməyə doğru gedəcəksiniz. İtirdiyiniz çəki daha böyük həcmdə geri qayıdacaq. Mən buna kitabımda "pəhriz dövrü" deyirəm. Mütləq şəkildə pəhriz insanı kökəldir.

- Həm də psixoloji baxımdan?

- Xeyr, şüuraltında. Neyronları və sinapse sistemi artırmış olursunuz. Bədən bir fizikadır. Bir girişi, bir çıxışı var. Qidalanma girişdir, hərəkət isə çıxış. Fikriniz qidalanmada olsa, diqqətiniz daim qidalanmada, düşüncələriniz də yeməkdə olacaq. Pəhriz sizə bunu yada salır, nə yeyəcəyinizi, nə içəcəyinizi mütəmadi olaraq gündəmdə tutursunuz, bu da şüuraltınızda və beyninizdə neyron arasındakı sinapı artıraraq sizin təhtəlşüurda yeyib-içməyə olan marağı və məlumatı artırdığı üçün canlı tutur. Harada və nə vaxt ki, şüuraltı istəksiz olur, avtomatik başqa məsələlərlə maraqlanır. Stress, aqresiya, depressiya vəziyyətində olduğunuzda şüuraltında avtomatik olan neyronları və sinapse artıqlığı bu məsələdə sizi istəksiz qidalanmaya yönləndirir. Bu səbəbdən ömrünüzün sonuna qədər həkim və cərrahiyyə əməliyyatı kimi vəziyyət mövcuddursa, bir və ya iki dəfə pəhriz saxlamaq məntiqlidir. Bu da sadəcə cərrahi müdaxilələr üçün tətbiq olunmalıdır, amma arıqlamaq üçün pəhriz əsla və əsla səhvdir.

Deniz Egece - YouTube

- Yəni pəhriz kökəldir?

- Qəti və dəqiq. Bu, elmi məsələdir. Şüuraltı çalışma sistemi bu şəkildədir və qəti halda diqqətiniz haradadırsa, nəticələriniz də orada yaranar. Ona görə də əvvəlcə pəhrizi dayandırmalıyıq.

- Bəs arıqlamaqda ən vacib detal nədir?

- Ən vacib detal uşaqlıqdan bəri şüurumuza hopan inanc və düşüncələrimizi yenidən qurmaq və təmizləməkdir. Çünki, bizim ictimai dəyərlərimiz də yemək-içmək, ziyafət, eləcə də əxlaqi, mədəni dəyərlər üzərində qurulub. Biz yeyib-içməklə qarşı tərəfə özümüzü ifadə edirik. Bu düşüncə tərzini bir an öncə dəyişdirmək lazımdır. İnanc və niyyətlərimizi dəyişdirdiyimiz an addım-addım çəki problemlərimizi ömürlük yox edərik. Etməli olduğumuz vacib məsələ diqqətimizi hərəkətə, ya da hərəkətli həyatımıza, marağımızı da bədənimizin daxili orqanlarına və bədənimizin digər orqanlarına verməkdir. Şikayət də, bəhanə də diqqətdir. Yaxud peşmanlığın özü də diqqət növüdür. Mütəmadi olaraq bədənimizdəki çəkiləri düşünsək, çəkilər qarnımızda və ya artıq piylərimizlə bağlı daim şikayət etsək, həmin çəkini bədənimizdə daimi saxlamağa davam edəcəyik. Diqqətimizi sahib olduğumuz nəfəsimizə, gözlərimizə, boyumuza, əzələlərimizə verməliyik. Əzələlərimizə sərf etdiyimiz zaman sonradan qazandığımız qonaq dediyim kiloların avtomatik şəkildə, nəzarətsiz qaldığı üçün yox olduğunu görərik.

- Artıq çəki qonaqdır?

- Əlbəttə. Anadangəlmə bizimlə gələn heç nə yoxdur. Təbiətdə də heç bir heyvanda çəki problemi yoxdur. Sadəcə evimizə aldığımız heyvanlar, yəni evimizdə baxdığımız heyvanlar kök ola bilər. İnsan kökdürsə və ya kökəlməyə meyillidirsə. Yoxsa təbiətdə heç bir kök heyvan görə bilməzsiniz. Təbiətdəki heyvanla insanların arasındakı tək fərq düşüncədir. Bizim düşüncəmizin hansı istiqamətdə toplanması çox önəmlidir.

İzmir Haberleri - Deniz Egece'den kilo sorununa online çözüm - Yerel  Haberler

- Sağlam və qeyri-sağlam qidalar yoxdur deyirsiniz?

- Bəli. Biz yetmiş beş faiz sudan ibarətik. Su da məlumatı özündə saxlayır. Su məlumat köçürməsini həyata keçirir. Nə kökəldir, nə də arıqladır. Bizim yediklərimizin, içdiklərimizin əksəriyyəti sudan ibarətdir, yəni tərkibində su var. Deməli, birbaşa yediklərimizə, içdiklərimizə qarşı düşüncələrimiz suda niyyətlərimizi kodlaşdırır və əks etdirir. Beləliklə, nə yesək, nə içsək, niyyətimiz bədənimizdə hərəkətə keçərək, dövr etmiş olur. Bu isə fizikada Kvant nəzəriyyəsində izah olunur. Atom hissəciklərinin altına baxıldıqda , müşahidə edən insanın düşüncələri və niyətləri o gözlədiyi şeyə təsir edər. Burada söhbət qarşılıqlı təsirdən gedir. Mən sizin haqqınızda nə düşünürəmsə, siz mənə o istiqamətdə xidmət edirsiniz. Bu bir fizika qanunudur. Bədən də bir fizikadır. Bədən fizika və fiziki hərəkətlərlə çalışır və bu səbəbdən niyyətlər insanın yemək və içmək haqqındakı inancının öz bədənində ortaya çıxmasını təmin edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm