Xüsusi
Ağalılar İŞLƏ necə təmin olunur? - Sakinlər DANIŞIR
İşğaldan azad olunan Zəngilanın Ağalı kəndinə ilk köç karvanının yerləşməsindən bir həftə ötür.
Bəs doğma yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlər, onların azyaşlı övladları Ağalı kəndinə adaptasiya ola biliblərmi?
Ümumiyyətlə, Ağalıya qayıdan sakinlərin işlə təminatı hansı səviyyədədir?
Bununla bağlı Ağalıya ilk qayıdan sakinlərlə əlaqə saxlayıb fikirlərini öyrənməyə çalışdıq.
Ağalı sakini Vəliyyədin Paşayev Publika.az-a açıqlamasında bildirdi ki, elə ilk gündən özü və ailə üzvləri doğma kəndlərinə adaptasiya olublar: “Necə uyğunlaşmayaq, 30 il həsrətlə qayıdacağımız günü gözlədiyimiz kəndimizdir. Elə ilk gündən buraya uyğunlaşmışıq. Hər şey çox gözəldir. Azyaşlılar da uyğunlaşıblar, deyib-gülürlər, oynayırlar, həyətdə qaçışırlar. Mən hələ köçdən əvvəl kənddə idim. Hazırda kəndimizdə fəaliyyət göstərən tikinti şirkətində işləyirəm. Digər insanlar hələ ki, işləmir. Amma söz veriblər, ən qısa zamanda işlə təmin olunacaqlar”.
Kənd sakini Telman Mirzəyev də Ağalıya elə ilk saatlardan buradakı mühitə adaptasiya olduğunu söyləyir:
“Əlbəttə, hər kəs adaptasiya olub. Buranın gözəl və səfalı təbiətinə, təmiz havasına uyğunlaşmamaq mümkündürmü?! Tək mən yox, ailəm də, buraya köçənlərin hamısı, hətta uşaqlar da sevinirlər. Elə ilk saatlardan adaptasiya olublar. İşsiz sakinlərin işlə təmin olunacaqlarını deyiblər. İşlə təmin olunanların da sayı kifayət qədərdir. Məsələn, mən məktəbdə təsərrüfat müdiriyəm. Həyat yoldaşım baxçada işləyəcək. Hamıya iş verirlər”.
Tural Turan
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











