Xüsusi
Facebook-un tarixində ilk: gəlirlər AZALDI
Facebookun tarixində ilk dəfə gəlirində azalma qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Facebook nümayəndələri ilin ikinci rübündə gəlirin 1 % azaldığını qeydə alıblar. Tarixi ilkdən sonra şirkətin gəlirləri 28,8 milyard ABŞ dollarına düşüb.
Analitiklər gəlirin üçüncü rübdə daha da azala biləcəyini vurğulayırlar. Onlar bunu qlobal iqtisadi tənəzzül ilə əlaqələndirirlər.
İqtisadi tənəzzül faktiki olaraq reklamçıları xərcləri azaltmağa məcbur edib. Həmçinin Facebookun reklam sektorunun inkişafının effektivliyinə “Apple”ın təqdim etdiyi yeni funksiya da təsir edə bilər.
Bu funksiya sayəsində “iPhone” istifadəçiləri Facebook kimi proqramlara məlumatlarını izləmək qadağası qoya bilər.
Yenilik 2021-ci ildə tətbiq edilib və “Meta” şirkətinə 10 milyard ABŞ dollarına başa gəlib.
“Meta”nın ümumi mənfəəti 36 % azalaraq 6,7 milyard ABŞ dolları olub.
Bununla belə, şirkət Facebook, messencer, instaqram və vatsapda aktiv istifadəçilərin sayının hər gün artdığını vurğulayıb.
Hər gün bu sosial şəbəkələrdən dünyada 2,88 milyard insan istifadə edir.
Tural Turan
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











