Xüsusi
Yapon pianoçu: - Himninizi yenidən ifa etməyi arzulayıram
Bu günlərdə paytaxtımızın qonağı olan dünya şəhrətli yapon pianoçu-bəstəkar Tempei Nakamuranın ifası yaddaşımıza birdəfəlik həkk olundu. Çünki məşhur musiqiçi Azərbaycanın dövlət himnini pianoda ifa edərək hər birimizin qəlbinə yenidən yol tapdı. Nakamura musiqinin sərhədsiz, millətlərin qardaş olduğunu pianonun dili ilə bir daha sübuta yetirdi.
Nakamura gərgin templə çalışmağına, qastrol səfərlərinə baxmayaraq bizimlə həmsöhbət oldu.
- Maestro, ifanızdan zövq alırıq. Yəqin barmaqlarınızla klavişlərin tanışlığı kiçik yaşlarınıza təsadüf edir.
- 6 yaşımdan piano dərsləri almağa başlamışam. 12 yaşımadək sevərək ifa edirdim. Amma bir məqamda musiqidən uzaqlaşdım. Sanki hobbi idi. Bir müddət sonra doğma şəhərimdə zəlzələ baş verdi. Bilirsiniz də Yaponiya seysmik ərazidir. Bizim evimiz tamamilə dağıldı. Osaka şəhərinə köçmək məcburiyyətində qaldım. 17 yaşındaydım. Çox yaxşı müəllimə rast geldim. Bu görüş həyatıma yön verdi və mən pianoçu olmağa qərar verdim. Düşünürəm ki, taleyimin ən ciddi və doğru addımını atdım.

- Sənətiniz mirasdır?
- Xeyr. Ailəmizdə musiqiçi yalnız mənəm. Amma peşələrimizin fərqli olmağına baxmayaraq ailəmlə ümumi marağımız çoxdur. Kyoto şəhərində daha çox zaman keçirirəm. Ümumiyyətlə, biz ailə dəyərlərinə çox önəm veririk. Hər il mütləq valideynlərim, bacım və qardaşımla səyahətə çıxırıq.
- Yaponiya bizdən ötrü fərqli sivilizasiya, tarix və mədəniyyət ölkəsidir...
- Yaponiyanın tarixinə, mədəniyyətinə bağlıyam. Özümü başqa ölkədə təsəvvür edə bilmirəm. Bura mənim vətənimdir və yaradıcılığımın ilham mənbəyidir. Hər dəfə ölkəmin bir gözəl regionuna gedib orada qalıram. Yeni əsərlərim doğulur.

- Yəqin ki, bu baxımdan tükənmirsiniz?
- Tükəndiyimiz vaxtlar da olur. Yaradıcı insanlar üçün bu, qaçılmazdır. Məsələn pandemiya dönmində bütün konsertlərimiz təxirə salındı. Evdən küçəyə çıxmağımıza belə limitli saatlarda icazə verildi. Təbii ki, gərginlik, narahatlıq, ətrafımızdakı insanların ölümü kədərli idi. Bu baxımdan mən də ruh düşkünlüyü yaşadım. Bəzən bu da lazımdır ki, yeni daddığımız duyğuların cəmindən əsərlər yaradaq. Amma bu il mənim üçün olduqca məhsuldar oldu. Bir çox ölkələrdə, həmçinin Azərbaycanda gözəl konsert proqramları ilə çıxış etdim.
- Bəli, xüsusilə də himnimizi ifa etməyiniz hamımıza zövq verdi...
- Xalqınızı çox sevdim. Həm olduqca qonaqpərvər, həm də musiqini qəlbinizlə hiss etməyi bacaran insanlarsınız. İfa etdiyim bütün əsərlərə konsert salonundakı dinləyicilərin xoş reaksiyasını duymaq, bu enerjini mənə də ötürdüyünüzü görmək peşəmə sevgimi artırdı. Adətlərinizə, tarixinizə sadiqsiniz. Bu, belə də olmalıdır. Gələn il Bakıda növbəti konsertimi verib, himninizi yenidən ifa etməyi arzulayıram.
Leyla Sarabi
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi































.jpg)
.jpg)




