Xüsusi
Bu səfirliklərimizin təhlükəsizliyi gücləndirilməlidir - Musabəyov
“Azərbaycanın Britaniyadakı səfirliyinə zorla daxil olaraq oradan bayrağı çıxarmaq, onu təhqir etmək, yerə atmaq fövqəladə bir hadisədir. Düşünürəm ki, bu zorakılığı həyata keçirənlər ciddi cəzalara məruz qalmalıdırlar. Bu ona görə edilməlidir ki, digərləri bu kimi addımlardan çəkinsinlər. Başqalarının ağlına bu cür qələtlər ümumiyyətlə gəlməsin”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat bildirib ki, elə səfirliklərimiz var ki, onların mühafizəsini Azərbaycandan göndərilən xüsusi mühafizəçilər təşkil edirlər:
“Bu cür hərəkətlərin gerçəkləşmə ehtimalı böyük olan digər səfirliklərimizin də mühafizəsi gücləndirilməlidir. Bu, olduqca vacibdir. Digər səfirliklərimizin mühafizəsini həm Azərbaycandan göndərilən mühafizə işçiləri, həm də yerli polisin köməyindən istifadə olunmaqla gücləndirilə bilər. Hər zaman bu cür təhlükələr, risklər olmur. Amma vəziyyətə görə, bu cür gücləndirmə tədbirlərinin gerçəkləşdirilməsi vacibdir. Fikrimcə, istisna təhlükə halları yarandıqda səfirliklərimizin mühafizəsi gücləndirilməlidir”.
Rasim Musabəyovun sözlərinə görə, Vyana Konvensiyasına zidd olaraq Azərbaycanın Londondakı elçiliyinin binası hücuma məruz qalması təəssüfedici bir durumdur:
“Bundan başqa, digər səfirliklərə də bu cür yaramaz hərəkətlər həyata keçirilir. Yada salaq ki, ABŞ-ın Tehrandakı səfirliyinə də hücum təşkil edilmişdi. Həmin vaxt səfirliyin işçiləri də uzun müddət girov saxlanmışdı. Hətta səfirliyin arxivi dağıdılmışdı. Təəsssüf ki, ara-sıra bu cür hadisələr baş verir. Bir çox hallarda Azərbaycanın səfirliklərinin qarşısında ermənilər etiraz aksiyaları keçirirlər. Eyni zamanda, hansısa müxalif qruplar etiraz edirlər. Təkcə Azərbaycanın yox, Birləşmiş Ştatların, Fransanın, Britaniyanın və digər ölkələrin də səfirlikləri bu cür hücumlara məruz qalır”.
Tural Turan
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











