Xüsusi
Çörək haqqında BÜTÜN DOĞRULAR - RƏY
Azərbaycanlıların çörəyə olan sevgisi məlumdur. Xəmir və plovdan başqa, çoxumuz heç bir yeməyi onsuz təsəvvür edə bilmirik. Onu da bilirik ki, ağ çörəkdən, ümumiyyətlə un məhsullarından həddən artıq istifadə özü ilə birlikdə köklüyə və bir çox xəstəliyə yol açır. Mütəxəssislərin bir qismi çörəyi menyudan tamamilə çıxarmağı təklif edir. Bəzən də sosial şəbəkələrdə heç bir elmi təsdiqi, ekspert rəyi və ya mənbə olmasa da, istənilən şəxsin bu mövzuda “həyəcan təbili çalan” paylaşımları bizi qorxuya salır. Bir neçə gün əvvəl sosial media qruplarında belə bir məlumat yayıldı ki, bağırsaqların zədələnməsi və toksinlərin qana sızması nəticəsində yaranan “Leaky gut” sindromu kütləvi şəkildə artıb. Buna isə çörək səbəb olub.
Publika.az əhali arasında narahatlıq yaradan sualları aydınlaşdırıb və eskpertlərin bu mövzuda dəqiq və doğru fikirlərini öyrənib.
Qastrotentroloq Tərlan Qasımov qeyd edib ki, çörəyin qut sindromuna səbəb olması inandırıcı deyil:
“Bu iddialar təsdiqini tapmayıb. Lakin hazırda mağaza piştaxtalarında gördüyümüz çörəklər həqiqətən bir çox cəhətdən zərərlidir. Çörək əvvəlki texnologiya ilə bişirilmədiyi üçün ziyanlı təsirləri olur. Məsələn, adi köpdən şikayət edən bir neçə xəstəmiz olub. Araşdırdıq və heç bir xəstəlik görmədik, sonra bir müddət çörəkdən istifadəni dayandırmağı tövsiyə etdik. Çörəkdən imtina etdikdən sonra qarındakı köp də aradan qalxdı. Bəsit olsa da, real faktdır. Çörəyin şəkər xəstəliyinə səbəb olma ehtimalı var. Hər halda insanlara düzgün qaydada bişirilmiş çörək almağı tövsiyə edirəm. Belə çörək satılan yer tanıyırsınızsa, ordan alıb qədərində yemək olar".
Həkim-terapevt, diyetoloq Fuad Məcidov insanlara rasiondan çörəyi tamamilə kəsməyi tövsiyə edib:
“Bəzən irad bildirirlər ki, çörək nemətdir, niyə onu qadağan edirsən. Çörəklə işim yoxdur, əzizlərim, indi çörəklər cilalanmış undan hazırlanır, buğdanın tərkibində olan liflər yox olur. Bəli, bu çörək bizim üçün zərərlidir. Tərkibində qlüten var, qlüten isə allergiya verən xüsusi proteinli maddədir. Fikir versəniz, görərsiniz ki, 6-7 yaşlı uşaqlarda allergik fon artıb, yaddaş pozulub, əsəbilik, stress artıb. Bu, undan hazırlanan məhsulların hesabına baş verir. İnsanlara məsləhət görürəm ki, diqqətli olsunlar. Ən azından ağ çörək yeməsinlər.
Qarğıdalı unundan hazırlanan qlütensiz çörəklər ola bilər. Qlütensiz un alıb evdə özünüz də bişirə bilərsiniz. Kişilər gün ərzində bu çörəkdən 150-200 qram, qadınlar isə 85-100 qram yeməlidir. Çünki qadın, kişi orqanizmi və metabolizmi fərqlidir. Və ya köhnə dəyirmanlardan üyüdülmüş və tam təmizlənməmiş kəpəkli un ala bilərsiniz. Bu unun tərkibi lif və minerallarla zəngindir. Ağ undan hazırlanan çörək bizi nə tox tutur, nə də fayda verir. Gərək iki böyük ağ çörək yeyəsən ki, doya biləsən. Bu da qanda şəkərin miqdarını qaldırır, ürək və beynin işini pozur”.
Revmatoloq Zakir Quliyev qeyd edib ki, qut xəstəliyi oynaqları tutan iltihabi revatizm xəstəliyidir və çörəklə heç bir əlaqəsi yoxdur:
“Bunun səbəbi qandakı sidik turşusunun miqdarının artmasıdır. Sidik turşusunun miqdarı artdıqda bu xəstəlik daha da kəskinləşir. Bəzi qidalar var ki, qanda sidik turşusunun miqdarını artırırlar. Odur ki, biz xəstələrə həmin qidaların istifadəsini məhdudlaşdırırıq. Xüsusilə qırmızı ət məhsullarını, kolbasa, sosiska və ya qaraciyəri bu xəstələrə tövsiyə etmirik. Ağ çörəyi çox rahatlıqla yeyə bilərlər, amma çovdar çörəyini çox tövsiyə etmirik, çünki o da miqdarını artıra bilər. Eyni zamanda yağ faizi az olan südlər istifadə oluna bilər, çox yağlı süd və alkoqol qut xəstələri üçün zərərlidir”.
Həkim-diyetoloq Ləman Süleymanova qeyd edib ki, çörək bədənin ehtiyacı olduğu bir qidadır və istifadəsi qədərində olmalıdır:
“Bəzən insanlar arıqlamaq üçün çörəkdən ümumiyyətlə imtina edirlər, bu, yanlış addımdır. Diyetoloq olsam belə, tərtib etdiyim pəhriz proqramlarına çörəyi də daxil edirəm. Çörəkdən, yağdan, duzdan imtina etmək müvəqqətidir. Orqanizmdəki müəyyən hormonların fəaliyyəti üçün həmin qidalar çox vacibdir. Çörəyi bir-iki il rasiondan çıxarmaq olar, amma bu, sonradan insanın beyin sisteminə elə təsir edir ki, çörəyə qarşı aşırı tələbat başlayır, vəhşi bir istək oyanır. Bu, nəinki itirilmiş çəkinin artıqlaması ilə geri qayıtmasına, hətta müəyyən xəstəliklərin yaranmasına yol açır. Odur ki, rasionumuz hər bir qida ilə - zülal, yağ, karbohidrat, vitamin və minerallarla zəngin olmalıdır. Sağlam qidalanmalıyıq ki, zehni qabiliyyətimiz yaxşı işləsin və ya fikizi cəhətdən daha aktiv olaq. Bir qidadan həddən artıq istifadə etdikdə sözsüz ki, bu, bir neçə xəstəliklərə gətirib çıxara bilər. Bu, təbii ki, çəki artımı ilə müşahidə olunur, mədə-bağırsaq xəstəlikləri, təzyiq artır, qanda şəkər səviyyəsi yüksəlir və s. çox yemək və az hərəkət etmək bizə mənfi təsir göstərir”.
Ekspert eyni zamanda çörəklərin keyfiyyət məsələsinə də toxunub:
“Bəzi işbazlar əsasən da pəhriz çörək növlərinin uzun müddət saxlanılması üçün tərkibinə xüsusi maddələr və rənglər əlavə edirlər ki, çörək daha qaralmış olsun. Belə bir çörəkdən uzun müddət istifadə etmək bir sıra problemlər əmələ gətirir. Zərərli maddələrin orqanizmdə aşırı dərəcədə toplanması ödem yaradır, mədə-bağırsaq və müəyyən iltihabi xəstəliklərə də yol aça bilər.
Qut xəstəliyi oynaqlarla əlaqəli problemdir, biləklərdə və ayaqlarda ağrılar olur. Bunun özü də orqanizmdə olan bir maddənin aktivliyi nəticəsində baş verir. Genetik modifikasiya olunmuş və ya zərərli maddələr əlavə olunmuş məhsulların istifadəsi, hətta çox qəhvə içən insanlarda da kanserogen maddələr aktivləşir. Kanserogen maddələrin isə aktivləşməsi müəyyən iltihabi proseslərin başlamasına təkan verir, eləcə də maye balansına təsir göstərir və həddən artıq ödem yaradır”.
Aytən Məftun
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi