ERE TV-nin şefi: "Missiyamız tək müsəlmanların deyil, dünya insanının problemini göstərməkdir"
Bizi izləyin

Xüsusi

ERE TV-nin şefi: "Missiyamız tək müsəlmanların deyil, dünya insanının problemini göstərməkdir"

Bu günlərdə Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirildi. Mərasim zamanı FRA Nor Seround adlı təxribatçı erməni təşkilatının daşnak gəncləri Mərkəzə hücum edib.

Mövzu ilə bağlı Ere TV-nin yaradıcısı və direktoru Amri Çökri ilə həmsöhbət olduq.
Publika.az Fransanın Ere televiziyasının direktoru Amri Çokri ilə müsahibəni təqdim edir.

- Əziz Amri, neçə ildir Fransada yaşayırsınız?

- Artıq 30 ildir Parisdə yaşayıram. 21 yaşımdan Fransa mənim ikinci vətənim sayılır.

- Ere TV-nin yaradıcısı və direktorusunuz...

- Bəli. Sırf təsadüf nəticəsində audiovizual sənayedə çalışmağa başladım. Əslində tam fərqlı sahədə karyera qurmuşdum. 2016-cı ildə kanalın əsasını qoyduq. 2017-ci ildə isə yayım hüququ qazandıq.

Aucune description disponible.

- Ere TV Fransa müsəlmanlarını təmsil edir, elədir?

- Doğrudur. İlham mənbəyimiz fransız dilli müsəlmanlardır. Əsas məqsədimiz humanizmi yaymaqdır. Telekanalımız xalqların birgə yaşaması üçün vacib şərt olan informasiya və mədəniyyətin vəhdətini düzgün şəkildə təblig etməyə çalışır. Kanalımız tam müstəqil fəaliyyətə can atır. Çalışırıq ki, təbliğat məsələlərində obyektiv olaq.

Yuxarıda da söylədiyim kimi, bəli biz müsəlman aləmindən ilhamlanırıq. Lakin buraxılışlarımız, efirimzdə yayımlanan hər bir layihə, konsertlər dünyanın bütün dinlərinə sitayış edən insanların, cəmiyyətin bütün təbəqələrinin maraq dairəsinə uyğun hazırlanır. Biz ailənin bütün üzvlərini ekran qarşısına toplamaq istəyirik. Tək müsəlmanların deyil, dünya insanının probleminin həllini tapmaq üçün ictimailəşdiririk. Yeniliklər, informasiya qərəzsizliyi bizim işimizdir.

- Amri Çokri həm də Azərbaycanın yaxın dostudur.

- Bu dostluğun əsası Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevi kanalımıza dəvət etdikdən sonra qoyuldu. Cənab səfir müsahibədən sora bizə təklif etdi ki, Azərbaycan haqda reportaj hazırlayaq, bu gözəl ölkəni daha geniş təbliğ edək.

- Azərbaycana səfərinizdən hansı təəssüratlarınız qalıb?

- Ümumiyyətlə, səfər müddətində əmin olduq ki, ölkəniz həm tarixi, həm mədəni cəhətdən olduqca zəngindir. Təbiətinizin möhtəşəm peyzajları, isti, qonaqpərvər insanlarınız, müxtəlif etnik qrupların, dinlərin vəhdəti Azərbaycanın ən böyük üstünlüyüdür. Bu, təkcə baxımlı, ətraflı süjet deyildi. Həmçinin bir çox ölkələr üçün örnək idi. Həqiqətən həmin süjet geniş marağa səbəb oldu.

- Qarabağın ürəyi Şuşa haqda da möhtəşəm sənədli film hazırladınız.

- Elədir. Səfər zamanı Qarabağa yollanmaq imkanı qazandıq. Şuşaya gedən yolun hər iki tərəfi dağıdılmış küçələr, evlərlə dolu idi. Bu fakt bizi çox üzdü. Axı təbiətə qarşı necə belə amansız davranmaq olar?! Əslində biz Şuşanı tamamilə başqa rakursdan göstərmək istəyirdik, amma gördüklərimizi obyektiv şəkildə çəkib nümayiş etdirdik.

Aucune description disponible.

- Bu yaxınlarda filmin təqdimatı baş tutdu. Xoşagəlməz hal yaşandı...

- Elədir. Azərbaycanın Fransadakı səfirliyinin binasında filmin təqdimat mərasimi baş tutdu. Erməni lobbisi binaya hücum edib, bəzi əməkdaşlarımıza xəsarət yetirdi. Təbii ki, qanun çərçivəsində cavablarını alıb geri qayıtdılar. Yenə deyirəm, bizim missiyamız yalanı deyil, qərəzsiz həqiqəti dünyaya yaymaqdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm