Təvazökar Zükerberq milyardları nəyə xərcləyir?
Bizi izləyin

Xüsusi

Təvazökar Zükerberq milyardları nəyə xərcləyir?

Feysbukun qurucusu Mark Zukerberq dünyanın ən güclü və varlı insanlarından biridir. “Forbes”in məlumatına görə, Markın sərvəti 64,7 milyard dollardır və o, bu vəsaitin böyük hissəsini xeyriyyəçiliyə xərcləyir. Amma daşınmaz əmlaka, xüsusən də Havay adalarına və avtomobillərə investisiya qoyur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “İnsider” nəşri milyarderin xərclərinin siyahısını hazırlayıb.

Keçən il Zukerberqin sərvəti 100 milyard dolları ötmüşdü, lakin bu ilin əvvəlindən Meta xidmətlərindəki nasazlıqlar, eləcə də feysbukun aktiv istifadəçilərinin sayının azaldığını bildirən hesabatın dərc olunmasından sonra sahibkarın sərvəti xeyli azaldı. Buna baxmayaraq, milyarder hələ də qənaət rejiminə keçməyib. Zukerberq sərvətini dəbdəbəli geyimlər və ya yüksək səviyyəli mərasimlərdə nümayiş etdirməsə də, tropik cənnət sayılan Havay adalarında daşınmaz əmlaka çox pul xərcləyir. O, həyat yoldaşı Prisçilla Çan ilə birlikdə uşaqların təhsilinə və tibbi tədqiqatlara da ciddi sərmayə qoyur.

Geyimə nə qədər xərcləyir?

Марк Цукерберг

Bir çox digər Silikon Vadisi sakinləri kimi, Zukerberq də parlaq kostyumlara üstünlük vermir, o, demək olar ki, hər zaman sadə cins şalvar, boz köynək və sviterdə gəzir. Lakin məlum olub ki, bu geyimlər düşündüyümüzdən qat-qat bahadır. Məsələn, Zukerberq məşhur boz köynəklərini “Brunello Cucinelli”dən sifariş edir və onların hər birinin qiyməti təxminən 300-400 dollardır.

Hansı markalı avtomobil sürür?

Zukerberq nisbətən ucuz avtomobil sürür. O, qiyməti 30.000 dollardan aşağı olan Acura TSX və Honda Fit avtomobillərini idarə edərkən görüntülənib. 2014-cü ildə dünyanın üçüncü ən zəngin adamı olanda o, qara rəngli mexaniki transmissiyalı Volkswagen GTI almışdı, onun da qiyməti təxminən 30 min dollardır. Lakin sonra məlum olub ki, sahibkar “Pagani Huayra” italyan markalı idman avtomobilinə ciddi pul - təxminən 1,3 milyon dollar xərcləyib.

Bu ilin iyul ayında Zukerberq biri solğun mavi, biri qara olan iki yenilənmiş vintaj “Ford Bronkos” avtomobillərinin fotosunu paylaşdı. Bu modellərin qiyməti məlum deyil, lakin köhnə avtomobillərin ucuz hobbi olmadığı heç kimə sirr deyil. Saytlarda “1970 Ford Bronco”-nun qiyməti 70.000-100.000 dollar arasında dəyişir, lakin daha bahalı nümunələr də var.

Daşınmaz əmlak

Ancaq milyarder daşınmaz əmlaka daha çox həvəslə xərcləyir. 2011-ci ilin may ayında o, 7 milyon dollara Palo Altoda 500 kvadrat metrlik ev alıb. Növbəti il Zukerberq evinin ətrafındakı tikililəri də almağa başladı, onları yenidən bərpa etmək niyyəti ilə 30 milyon dollardan çox pul xərclədi. İddialara görə, o, qonşu evləri ona görə alır ki, ailə məhrəmliyini qoruya bilsin.

Марк Цукерберг

Onun San-Fransiskoda da malikanəsi olub. 2013-cü ildə o, 500 kvadrat metrlik bir ev alıb, istixana və mətbəxin təmiri də daxil olmaqla təmirə 1 milyon dollardan çox pul xərcləyib. Yeri gəlmişkən, keçən ay onun bu malikanəni 31 milyon dollara satması ilin San-Fransiskoda ən böyük yaşayış daşınmaz əmlak sövdələşməsi oldu.

2014-cü ildə milyarderin daşınmaz əmlak portfeli Kauai adasındakı mülklərlə tamamlandı: 144 hektarlıq keçmiş şəkər qamışı plantasiyası və təxminən 160 hektar ağ qumlu Pilaa çimərliyi. Havayda torpaq və daşınmaz əmlak alqı-satqısı qalmaqallarla müşayiət olunub. Belə ki, 2016-cı ildə Zükerberq mülkünün ətrafına təxminən iki metr hündürlükdə divar çəkməsi qonşularını qəzəbləndirmişdi. 2017-ci ildə mülkündəki torpaq sahələrinə sahiblik iddiası qaldıran Havay ailələrini məhkəməyə vermişdi. Sonradan o, iddiasını geri götürsə də, yerli sakinlər onu “neokolonializm”də ittiham ediblər.

Bu, Zukerberqi dayandırmadı. 2021-ci ilin mart ayında o, Kauaidə təxminən 243 hektar torpaq almaq üçün 53 milyon dollar xərcləyib, dekabrda isə 17 milyon dollara yaxınlıqdakı daha 44 hektar torpaq sahəsi alıb.

Sahibkar Havay adalarında istirahət etməyi və hobbiləri ilə məşğul olmağı xoşlayır. Məsələn, 12 min dollar dəyərində elektrik sörfinq taxtasında əylənən Markın bu fotosu Kauai sahillərində çəkilib. Foto sonradan meme çevrilib. Bundan əlavə, o, öz ərazisində kaman və nizə idman növləri ilə məşğul olur. Zukerberqin iş səyahətləri xərclər Meta hesabınadır. Zükerberq və ailəsinin təhlükəsizliyini təmin etmək 2020-ci ildə şirkətə 23 milyon dollara başa gəlib.

Марк Цукерберг

2018-ci ildə Zukerberq Tahoe gölünün sahilində 59 milyon dollara başa gələn iki ev tikdirib. Zukerberqin göldəki iki mülkü arasında təxminən 200 metrlik sahil xətti də var.

Xeyriyyə məqsədlərinə nə qədər pul ayırır?

Zukerberq də Bill Qeyts, Uorren Baffet və sərvətlərinin böyük hissəsini xeyriyyəçiliyə bağışlamağa söz vermiş 200-dən çox milyonçu və milyarderlər cərgəsinə qoşulub. O, həyatı boyu feysbuk səhmlərinin 99%-ni satmağı planlaşdırır.

Марк Цукерберг с женой и детьми

O, sərmayələrini 2015-ci ildə həyat yoldaşı ilə birgə qurduğu “The Chan Zuckerberg Initiative” (CZI) xeyriyyə təşkilatına yatırır. Bu illər ərzində fond 3 milyard dollara yaxın qrant ayırıb. Məsələn, 2020-ci ildə təşkilat Kauai məşğulluq proqramına 4,2 milyon dollar sərmayə qoyub və koronavirusla mübarizəyə kömək etmək üçün bölgəyə 1 milyon dollar ayırıb. Fond həmçinin tibbi tədqiqatları maliyyələşdirir. CZI müxtəlif xəstəliklərin müalicəsinin axtarışına başlamaq, həmçinin genomika, yoluxucu xəstəliklər və implantasiya edilə bilən cihazlar sahələrində araşdırmalar aparmaq üçün “Biohub” adlı qeyri-kommersiya təşkilatını qurub.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm