Xüsusi
“Gənclər düşərgəsi”nin üzvü Eltun: - Şuşa doğrudan əfsanəvi məkan imiş
Şuşa ilin ən əhəmiyyətli tədbirlərinə ev sahibliyi edir. Sanki 30 ilə yaxın ayrılıq müddətində o da bu günləri həsrətlə gözləyib. Sanki qucağına qaçan doğma sakinlərini bağrına basmağa tələsir.
Bu gün hamının müqəddəs ziyarəti, ən çox can atdığı məkandır Şuşa.
Elə dünyanın dörd yanında yaşayan Azərbaycan gənclərini Şuşada görüşdürən “Gənclər düşərgəsi” kimi… Həmsöhbətimiz Eltun Abbaszadə Rumınyanı Şuşada təmsil edən istedadlı gəncimizdir. O, həm də gələcəyin kompüter dizayneridir.

- Rumınyada yaşayıram, kompüter mühəndisli üzrə təhsil alıram. Beyləqanda doğulmuşam. Amma uşaq ikən ailəmlə Bakıya köçdük. Məktəbdə oxuyanda rəqslə də məşğul olurdum. Xarici ölkələrə qastrol səfərlərinə gedirdik. Onda anladım ki, xarici ölkələrin birində təhsil alıb vətənimi tanıtmaq istəyirəm. Belə də oldu. 2018-ci ildə Rumınyada təhsil almaq üçün sənədlərimi təqdim etdim və arzuma çatdım.
- Məqsədiniz həmişə Rumınya olub?
- Əslində uşaq vaxtı Amsterdam şəhərini çox sevirdim. Ən böyük arzum orada yaşamaq, təhsil almaq, hətta ailə qurmaq idi. Rumınya hekayəmin başlanğıcı bir az çətin oldu. Çünki yeni bir ölkədə məskunlaşmışdım. Fərqli mühitlər, mədəniyyətlər, həyat tərzləri təbii ki, adaptəyə mane olurdu. Amma qısa zamanda müxtəlif ölkələrin gəncləri ilə eyni evi, sinif otağını, gündəlik həyatı bölüşdükcə anladım ki, biz əslində fərqli deyilik, müxtəlifik. Onlara ölkəm barədə danışmağa başladım. Ümumiyyətlə özüm üçün də xarici dostlarımın çox olmağı böyük üstünlükdür. Bunu yaşıdlarıma da tövsiyə edirəm. Həm dünyagörüşü, həm də xarici dilləri mükəmməl öyrənmək şansıdır.

- Texnologiya, İT sahəsi zəmanəmizin əsas tələbidir. Siz də sırf bu baxımdan yolunuzu bu sahəyə yönəltdiniz?
- Texnologiyaya böyük marağım vardı. Kimin kacetində, kompüterində problem yaranırdısa, mənim üstümə gəlirdi ki, düzəldə bilərsən? Hətta bəzən görəndə ki, hər şey qaydasındadır, özüm evdəkilərin telefonunu yararsız hala salırdım ki, yenidən düzəldim. Bu gün anlayıram ki, gələcəyimiz, elə indimiz də texnologiya dövrüdür. 21 əsr informasiya texnologiyası dövrüdür. Dünyanın hər yerində bu sahəyə tələbat var. Gələcəyimi sırf bu sahə üzərində quracam. Özümü gördüyüm yeganə sahə kompüter mühəndisliyi idi. Bu sahəni dərindən bilən mütəxəssislərə ölkəmizin ehtiyacı var. Bizim də məqsədimiz qazandığımız biliyi Azərbaycanın inkişafı yolunda tətbiq etməkdir.
- Rumıniyada təhsil alan azərbaycanlı gənclərin dostluğu, birliyi barədə danışmağınızı istərdim...
- Rusiya Ukraynada müharibəyə başlayandan sonra həmvətənlərimizin təxliyyəsi üçün əlimizdən gələni etməyə çalışdıq. 20 gün ərzində ölkəmizin Rumınyadakı səfirliyində gücümüz yetən və yetməyən hər şeyi etdik ki, bacı və qardaşlarımızı təhlükədən, qaynar nöqtədən uzaqlaşdırıb, təhlükəsiz yerlərdə məşkunlaşmalarına yardımçı olaq.

- Diaspor gənclərinin yay düşərgəsindən hansı təəssüratla ayrıldınız?
- Şuşanın əfsanəvi məkan olduğunu həmişə eşitmişdim. Amma mən işğal dövründə doğulmuşam. Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Ordumuz gücü, şəhidlərimizin canı, qanı bahasına yenidən Qarabağa, Şuşaya qayıtdıq. Bu il Diaspor Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada baş tutan yay düşərgəsinə getmək bizə də nəsib oldu. Şuşanın həqiqətən əfsanəvi məkan olduğunu gözümlə gördük. Dünyanın dörd bir yanından gəlan tələbələrlə birgə gözəl zaman keçirdik. Ən əsası isə Şuşanın tarixi abidələrini, dağıdılmış məbədlərini, vandalizmə məruz qalmış təbiətini gözümüzlə gördük. Bu tanışlığın xüsusən də mədəniyyət paytaxtımız Şuşada təşkil olunması təbliğat baxımından çox əhəmiyyətlidir.
Leyla Sarabi
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














