Xüsusi
Siyasi partiyalar yenidən dövlət qeydiyyatına alınacaq? - ŞOK DETALLAR
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəsi bir sıra qalmaqallı açıqlamalarla müşayiət olunmaqdadır. Milli Məclisdə siyasi partiya yetkililəri və millət vəkillərinin iştirakı ilə dinləmələri keçirilən yeni qanun layihəsi ilə bağlı daha bir iddia ortaya atılıb. Bildirilir ki, yeni qanun layihəsində partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsi də öz əksini tapıb.
Bəs müxalifət partiyalarının qanun layihəsinin bu müddəasına münasibəti necədir? Partiyaların yenidən qeydiyyatdan keçməsi nəyi dəyişəcək? Ümumiyyətlə, bu addım nəyə hesablanıb?
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Publika.az-a açıqlamasında bildirib ki, yeni qanun layihəsi hələ tam hazır deyil, sonuncu variant hazır olduqdan sonra bu barədə fikir söyləmək mümkündür:

“Ölkədə rəsmi qeydiyyatdan keçmiş 60-a yaxın partiya mövcuddur. Onların böyük əksəriyyəti heç siyasi fəaliyyət göstərmir. İnsanların da çoxu həmin partiyaları ümumiyyətlə, tanımır. Real olaraq 7-8, təxminən 10-a yaxın partiya müəyyən fəaliyyətlə məşğuldur. Çox böyük ehtimalla bu qanun ola bilər ki, bu pərakəndəlik durumunu nəzərə alaraq siyasi partiyaların indiki qeydiyyat prosedurunu daha da qəlizləşdirsin. Bir çox partiyaların yenidən qeydiyyatdan keçmək imkanı olmadığı üçün mövcud siyasi partiyaların kəskin şəkildə azalması mümkündür. Söhbət partiyaların sayının az və ya çox olmasından yox, daha çox ideoloji partiyaların fəaliyyətindən getməlidir. Yeni qanun layihəsi də ölkədə normal siyasi mühitin formalaşmasına, ideoloji partiyaların yaranmasına xidmət etməlidir”.
AĞ Partiyasının başqanı Tural Abbaslı isə bildirib ki, haqqında bəhs olunan məsələ söz-söhbət deyil, konkret olaraq qanunvericilikdə qeyd olunub:
“Yeni qanun qəbul edildikdən sonra, siyasi partiyalar yeni qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etməlidir Həmin sənəddə 10 min nəfərdən çox partiya üzvünün məlumatları və yeni rəqəmlər öz əksini tapmalıdır. Müddət isə 90 gündür. 90 gün ərzində sənədlərini təqdim etməyən partiyanın qeydiyyatı ləğv ediləcək. Bu nüans qanunvericilikdə konkret olaraq qeyd olunub. Düşünürəm ki, bu məqam hər bir halda siyasi partiyalar üçün zərərlidir. Əvvəla, bu gün AĞ Partiyanın 10 minlik üzv problemi yoxdur. Biz bu rəqəmlərə 2 il ərzində zorla çatmışıq. Amma digər partiyalar da deyirlər ki, bizim üzv problemimiz yoxdur. Söhbət prosedurların çətinliyindən gedir. Təsəvvür edin, 90 gün ərzində 10 min üzvün PİN nömərsini, identifikasiya kodunu, ünvanını və digər şəxsi məlumatlarını özündə əks etdirən sənədləri toplayıb Ədliyyə Nazirliyinə təqdim etməlisən".

Tural Abbaslının fikrincə, bu da üzvlər arasında basqı yarada bilər:
"Bu partiyaya yeni üzvlərin gəlməsinin qarşısını alacaq. İnsanlarda təbii olaraq qorxu yarana bilər. Çünki kimlərinsə qohumlarından kimsə hüquq-mühafizə orqanlarında işləyir, digəri yeni təyinatını gözləyir və s. Onların adlarının müxalifət partiyaları siyahısında çıxması bu cinaha axını azaldacaq. 90 gün ərzində sənədləri verməyəndə də qeydiyyat ləğv olunur. Dolayısı ilə qanun geriyə işləyir. Bir partiya iki dəfə qeydiyyatdan keçməməlidir. Biz iki il əvvəl qeydiyyatdan keçmişik, yeni qanuna görə indi bir də bu proseduru keçmək məcburiyyətindəyik. Bundan sonra yeni qanun qəbul olunsa, yenə də bu təkrarlanacaq?! Qanunun keçmişə aidiyyatı olmamalıdır. Bu, hüquqda da belədir, qanunun keçmişə təsiri yoxdur. Bu, çox çətin prosedurdur, nəinki 10 min, heç 2 min adamın məlumatlarını da 90 gün müddətinə nazirliyə təqdim etmək mümkün deyil. Üstəlik, 6 aydan bir partiyalar siyahıdakı dəyişikliklərlə bağlı məlumat verməlidir. Yəni, partiyaların işi-gücü üzvlərini güdmək olacaq; öldümü, sağdımı, vətəndaşlığınımı dəyişdimi… Bunlar partiya üçün əlavə yükdür. Yəni, bu cür tendensiyalar partiyaları sıradan çıxara bilər".
Tural Turan
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video













.jpg)








.jpg)


.jpg)

.jpg)







