Xüsusi
Sanki ayaqlarım məni ixtiyarsız o məzarın yanına apardı - Bu, taleyin bəxşişi idi
"Sanki ayaqlarım məni ixtiyarsız bir məzarın yanına apardı. Yaxınlaşanda başdaşının üzərindəki adı oxuyub bir daha möcüzəyə inandım".
Bu sözləri Publika.az-a müsahibəsində rəssam, memar Sevda Hacıyeva bildirib.
-Sevda xanım ixtisasca memarsınız. Amma rəssamlığın bir çox sahəsində özünüzü sınayırsınız.
-Əslində yaradıcılığım çoxşaxəlidir. Bu istedad irsən, ana tərəfimdən gəlir. Xoşbəxtlikdən, oğlum da sahəmi davam etdirir. Rəsm çəkirəm, dekorlar hazırlayıram, öz dizaynımla geyimlər tikirəm, Amma memarlıq mənim üçün sənətin tacıdır.
-Peşəyə necə tərif verərdiniz?
-Memarlıq olduqca maraqlı sənətdir. Belə deyim, rəssamlığın mükəmməl qoludur. Sən, sanki natamam skeletin üzərini tamamlayırsan, gözəllik bəxş edirsən. İllərdir bu sahədəyəm, bir həqiqəti dərk edirəm ki, ailə ilə incəsənəti, xüsusən də memarlığı paralel yürütmək mümkün deyil. Çünki memarlıq bir dəryadır, baş vurduqca, gərək dərinə gedəsən. Mənsə ailəmi seçdim. Övladlarımın gələcəyi üçün çalışdım. Amma bu gün geriyə baxanda, peşman olmuram. Çünki dediyim kimi, rəssamlığın, demək olar ki, bütün sahələrinə qarşı xüsusi sevgim və bacarığın olub. Son illər memarlıqda da ciddi məşğul olmağa başlamışam.
-Sevda xanım, şəhidlər mövzusuna da az əsər həsr etməyibsiniz.
-Müharibə ərəfəsində hamımızın fikri, ürəyi səngərdə əsgərlərimizin yanında idi. Mən də hamı kimi yayılan bütün xəbərləri izləyib, əsgər anaları kimi həyəcanlanırdım. Günlərin bir günü sosial şəbəkədə bir video ilə qarşılaşdım. Fuad adlı əsgərimiz son nəfəsini verir. Döyüş yoldaşları “necəsən?” soruşurlar. O isə əli ilə "yaxşıyam" işarəsini göstərir. Ümumiyyətlə bu mövzuya müraciət etmək hər zaman ağrılıdır, kədərlidir. Fuadın o təsvirini, sanki yaddaşıma həkk etdim. Şəhidimizin portretini çəkməyə başladım. İnanın, ürəyim qan ağlayırdı. Həm də düşünürdüm ki, bəli, mən bu portreti tamamlaya biləcəm. Eyni zamanda, “Bəs kimə hədiyyə edəcəm, əsrin taleyi necə olacaq?” sualları haqda da fikirləşirdim. Elə bu fikirlərlə mağazaya yollandım. Satıcı ilə ünsiyyət qurduq. Çox mehriban xanım idi. Təsadüfən gözü telefonumun ekranına sataşdı. Portreti görəndə, kimliyini soruşdu. Əhvalatı danışdım. Heyrət içində üzümə baxdı. Bildirdi ki, şəhid Fuad onun ən yaxın rəfiqəsinin oğludur. Təsəvvür edin, bu sözü eşidəndə, sanki dünyanı mənə verdilər. Əminəm ki, bu, Tanrının mənə mükafatı idi. Bu görüş təsadüfi deyildi. Portreti çərçivələdib, həmin xanıma apardım. Fuadın simasını görüb hönkürdü. Olduqca həssas məqam idi. Ertəsi gün şəhidimizin anası mənə zəng edib, təşəkkür etdi. O qədər ürəkdən minnətdarlıq bildirirdi ki, özüm də narahat oldum. Amma o ananın "bütün gün oğlumun rəsminə baxıram" deməsi sanki ürəyimə su səpdi.
Bu hadisədən bir müddət ötmüşdü. Mən Memarlıq və İnşaat Universitetinin məzunuyam. Qrup yoldaşlarımızla çox isti və mehriban münasibətimiz bu gün də davam edir. Dünyasını dəyişən yoldaşlarımızın birinin il mərasimi idi. Onun məzarını ziyarət etməyə qərar verdik. Böyük qəbiristanlığa ayağımızı basanda, gördük ki, yox, məzarı yardımsız tapa bilməyəcəyik. İşçilərin birindən kömək istədik. Onun ardınca yollanıb, qrup yoldaşımızın qəbrini axtarmağa başladıq. Bu məqamda sanki ayaqlarım məni ixtiyarsız bir məzarın yanına apardı.
Yaxınlaşanda başdaşının üzərindəki adı oxuyub bir daha möcüzəyə inandım. Şəhid Fuad Məmmədovun məzarı ilə üz-üzə durmuşdum. Bəlkə də həyatımın ən xoşbəxt anı idi. Bilmədən Fuadın məzarını ziyarət etdim. Bu, taleyin bəxşişi idi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyirəm.
Bəlkə də sırf bu gözəllik naminə rəssamlığa, rənglərə çox bağlıyam. Rəssamlıq mənim sevimli hobbimdir. İş prosesində özümü çox rahat hiss edirəm. Mən gözəllik aşiqiyəm. Uşaqların, qadınların portretlərini yaratmağı sevirəm.
-Bəs elə bir insan var ki, onu təsvir etməyi ürəkdən istəyirsiniz, amma hələ də çəkməyibsiniz?
Anamın və vaxtsız dünyasını dəyişən iki bacımın rəsmini çəkmək istəyirəm. Amma hələ ki, əlimə fırçanı alıb, yerinə qaytarıram. Qərar vermişəm ki, bunu mütləq edəcəm.
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...