Xüsusi
Gözlənilən xilasedici harada ZÜHUR EDƏCƏK?
Dinlərdə gözlənilən xilasedici anlayışı və onun formalaşması.
Dinlərdə bəşəriyyətin maddi və mənəvi çətinliklərini aradan qaldıracaq, əzablardan xilas edəcək, ictimai və dini həyat tərzini ideal kamilliyə çatdıracaq hakimiyyətin gələcəyinə inanılır. Axır zamanda gələcəyinə ümid edilən xilasedici təsəvvürü demək olar ki, dövrümüzün bütün dinlərində mövcuddur. Maraqlısı budur ki, gözlənilən xilasedici inancı hər dində olduğu halda hər kəs yalnız özünə bənzəyən qurtarıcını qəbul etsə sə, digərlərini inkar edir.
Belə inanclara Misir və Amerika dinləri kimi qədim politeiz (çoxtanrılı) mədəniyyətlərdə rast gəlmək mümkündür.
Yeni Qvineya və ətrafdakı xalqlar gözlənilən qurtarıcı anlayışını “Karqo kültür”, Şimali Amerikanın yerli sakinləri isə “Qostans” kimi qeyd ediblər. İbtidai din mənsublarından sayılan Yeni Qvineya yerliləri axır zamanda gələcəyinə ümid etdikləri xilasedicinin Mensren olduğunu söyləyiblər.
Maya cəmiyyəti dənizdən gələn və tanrıya məxsus xüsusiyyətlərə malik olduğu inancına sahib olduqları bu xilasedicinin adını “Kukulkan” adlandırılıblar.
Qədim misirlilər buna Amon (Ameni) deyiblər. Ameni yuxarı Misirə gələcək Menfisi paytaxt seçəcək və səltənəti Misirdə olacaq.
Sabiliərdə isə Praşai Sivadır.
Hind mifologiyasına görə tanrı Vişni yer üzünə Kalki Avatar kimi enəcək. Kalki Sambhal şəhərində dünyaya gələcək, buranı paytaxt seçəcək və hindulara hücum edən ölkələrə qarşı mübarizə aparacaq.
Buddizmdə axır zamanda bəşəriyyətin köməyinə çatacaq şəxs Maitreyadır. Maitreya gələcəyin buddası kimi qəbul edilir.
Zərdüştlükdə bu xilasedici şəxs Saoşyantdır.
Yəhudi və xristian dinlərində Məsih ifadəsi (ibrani dilində maşiah) işlədilir. Bu söz Avropa dilindən qarşılığı “xristos” sözündən törəyib. Yəhudilər Məsihin Davud peyğəmbərin soyundan gələcəyinə, məshedilməsi səbəbilə müqəddəs gücə sahib olacağına, tanrının himayəsi sayəsində günah etməyəcəyinə inanırlar. Məsih ,Süleyman məbədini yenidən inşa edəcək və dini qanunları dirçəldəcək. İnanca görə o, Qüdsü paytaxt seçəcək hərəkət sahəsi Fələstin və ətrafı olacaq.
Yaponların milli dini olan şintoizmdə qurtarıcı və xilasedici anlayışı yoxdur. Səbəbi odur ki, insanlar Yaponiya imperatoruna tanrının yer üzündəki təmsilçisi kimi baxır.
İslam dininə görə isə axır zamanda gələcəyinə ümid edilən qurtarıcı Mehdidir.
Sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar kimi qəbul edilir.
Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır.
Gələcəyi iddia edilən hər qurtarıcı, dinlərin ən güclü hökmdarlarının nəslindən gələcək. Məsələn: Zərdüştün soyundan Saoşyant, Davudun soyundan Məsih, Muhəmmədin soyundan Mehdi və.s.
Bəs axır zamanda gələcəyinə ümid edilən qurtarıcı, hökmdar anlayışı necə ortaya çıxdı?
Tədqiqatçılar iki fikir irəli sürürlər.
1. Düşünürlər ki, qurtarıcı anlayışı şumerlərdə doğulub, babillərdə və ya misirlilərdə yayılıbı. Bu iki yolla dünyada geniş yayılıb.
İlk nümunələrdən kral birinci Sarqonda (e.ə 2350-ci illər) və Hammurapidə (e.ə 1728-1686) mövcud olduğu qeyd olunur.
2. Gözlənilən xilasedici inancı hər dinin içində öz tarixi ,psixoloji,sosioloji şərtlərə görə yaranıb yayılmışdır.
Məsələn: İslamda xəlifələr dövründən sonra başlayan daxili müharibələrin tarixi,siyasi ,sosioloji təzahürlərinin Mehdi inancının yaranmasına səbəb olduğu bildirilir.
Ayşən Rəhim
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi