Xüsusi
Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi
Heydər Əliyev: " 1974-cü ildə BAM-ın tikintisi başlananda, 10 il möhlət vermişdilər. Mən 10 il sonra BAM-a gəldim və 10 gün qaldım. BAM-a Moskvadan Bratsk şəhərinə qədər,oradan isə dəmiryolu ilə Vladivostoka Naxodkaya qədər qatarla keçdim. Bütün stansiyalara baxdım. BAM-ın tikintisində mənim də az əməyim olmayıb".
Öz dövrünün ən nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal Amur Magistralı insan fədakarlığının təcəssümü idi. Coğrafi baxımdan ölkəmizdən xeyli uzaqlarda yerləşən bu dəmiryolu marşrutunun gerçəyə çevrilməsində, azərbaycanlıların əməyi danılmazdır. 1974-cü ildə sözügedən magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman sovet ittifaqının tərkibində daxil olan Azərbaycandan minlərlə gənc BAM-ın tikintisinə cəlb olunmuşdu. BAM-ın reallaşdırılmasında xüsusi xidmətləri olan bir azərbaycanlı da Ulu Öndər Heydər Əliyev idi.
BAM-ın tikintisi başlayan zaman Ümumilli lider Azərbaycana rəbərlik edirdi. Həmin vaxt o, müttəfiq respublikalardan birinin başçısı olaraq BAM-ın tikintisi və ölkəmizin ümumittifaq əhəmiyyətli işlərlə yaxından məşğul olurdu.
Rusiya Dəmir Yolları ASC-nin sabiq prezidenti Vladimir Yakunin bildirmişdi: " BAM ümumittifaq tikinti idi və Heydər Əliyev komissiyasının sədri olarkən bu tikintinin başa gəlməsi üçün əvəzsiz töhfə verib. Bu gün təsəvvür belə etmək çətindir ki, o zaman BAM inşaatçıları hansı şəraitdə işləyirdilər. Bu gün də asan deyil. Həm BAM, həm də Transib bu gün yalnız nəqliyyat infrastrukturunun mühüm elementi kimi deyil, həm də Avrasiya qitəsində yeni inkişaf layihəsinin yeni elementləri kimi qəbul edilir".
Baykal-Amur magistralının 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən unkal stansiyası inşa edilmiş və onun ətrafında eyniadda qəsəbə salınmışdı ki, o da Heydər Əliyevin daimi nəzarəti və qayğısı altında idi. AzBAM tikinti tərəfindən reallaşdırılan inşaatda məhz ulu öndərin tapşırığı ilə binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə edilmişdi.
Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda oldu, fəhlə və mütəxəssislərlə görüşdü, tikinti obyektlərinə baxış keçirdi. İyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənildi.
SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov bu barədə sonralar deyirdi: “Biz BAM-in tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.
Respublikanın ilk inşaat dəstələri bura 1975-ci ilin əvvəllərində gəlir. O vaxt Vulkan qəsəbəsinin təkcə adı vardı. İndi isə bu yerlər tanınmaz dərəcədə dəyişib yeni insan məskəni salınıb. 209 km uzunluğunda dəmiryol xəttinin çəkilişini vaxtından 2 ay əvvəl başa çatdırdılar.
Heydər Əliyevin həyat və fəaliyyətində sovetlər ittifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur. 1982-ci ildə onun sovet ittifaqı kommunist partiyasının mərkəzi komitəsi siyasi üzvü, SSRİ Nazirlər Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi əldə etdiyi uğurların hamı tərəfindən, o cümlədən sovet dövlətinin, partiya və dövlət rəhbərləri tərəfindən etiraf edilməsi deməkdir.
Məlum olduğu kimi Baykal-Amur magistralı xeyli uzun bir tarixçəyə bağlıdır. Onun əvvəli transit dəmiryolundan keçir. Hələ sovet dönəminin birinci onilliklərində Sibir və uzaq şərq ərazilərini mənimsəmək, onun sərvətlərini istifadəsinə nail olmaq, ölkənin şərq və cənub-şərq ərazilərini hərbi strateji cəhətdən möhkəmləndirmək məqsədi, belə nəhəng bir magistralın tikilməsinə sövq edirdi. Lakin o dövrdə bu məqsədə nail olmaq üçün imkanlar məhdud idi. Sovet dövləti həmin planları reallaşdırmağı özündə 70-ci illərdə özündə güc tapa bildi. O zamanlar SSRİ-nin Çin Xalq Respublikası ilə münasibətlərinin pisləşməsi və bu qarşıdurmanın hər keçən gün dərinləşməsi BAM-ın hərbi-strateji vacibliyini daha da artırırdı. BAM-ın tikintisinə 1974-cü ildə başlanılmışdı. İqtisadi, siyasi və hərbi əhəmiyyət kəsb edən bu magistralın tikintisinin 10 il davam etdirilməsi və 1980- ci illəyin ortalarında təhvil verilməsi planlaşdırılırdı. Magistralın tikintisinə başlandığı ilk illərdə bu nəhəng tikintinin ehtiyaclarını təmin etmək üçün sovetlər ittifaqının bütün gücü səfərbər edildi. Miqyasının və əhəmiyyətinin böyüklüyünə görə, dünyanın ən böyük tikintiləri ilə müqayisə edilən Baykal-Amur magistralında 3150 kilometr dəmiryolu çəkilməsi,minlərlə körpünün stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu. Magistralın tikintisi həqiqi anlamda ümumittifaq xarakteri daşıyırdı. Bu tikintidə hər respublikanın özünün səviyyəsinə uyğun payı vardı. Onun boyunca salınmış şəhər və qəsəbələr sovetlər ittifaqının milli rəngarəngliyini əks etdirirdi.
BAM baş tikinti idarəsinin rəisi Yefim Basin o anlar haqqında belə demişdi: "İnsanlar ora BAM-ın tikintisi üçün gedirdilər. Əsas o idi ki, böyük bir işin bünövrəsini qoysunlar. Bu, belə bir mənəvi ruh idi, vətənpərvərlik ruhu idi. İnsanlar arasında heç bir ayrıseçkilik yox idi".
1982-ci ildə hakimiyyətə gəlmiş Androkovun komandası digər məsələlərlə yanaşı, BAM-ın tikintisini də vacib və strateji sahə kimi uğurla aparmaq və başa çatdırmaq niyyətində idi. Bu çətin sahəyə rəhbərlik nüfuzlu və təsərrüfatçılıq sahəsində yüksək təcrübəyə sahib şəxs olan Heydər Əliyevə tapşırıldı. 1983-cü il martın 4-də SSRİ nazirlər sovetinin Baykal-Amur magistralının tikintisi üzrə komissiyasının onun sədrliyi ilə keçirilən birinci iclasında bu tikintinin ən aktual məsələləri gündəliyə salınıb müzakirə olunmuşdu. 1984-cü ilin iyul ayında inşaat işləri ilə yerindəcə tanış olmaq üçün Heydər Əliyev BAM-ın tikintisində oldu.
Bu tarixi səfər zamanı 1984-cü il 7 iyulda SSRİ nazirlər sovetinin BAM-ın tikinti məsələləri üzrə daimi komissiyasının səyyar iclasında magistralın tikintisinin gedişi bilavasitə yerində müzakirə edildi. Orada əldə edilmiş nəaliyyətin qeyd edilməsi ilə yanaşı mövcud çətinliklər, nöqsanlar, problemlər geniş şəkildə araşdırıldı. Baykal-Amur magistralının birbaşa hərəkətində bütün qatarların açılışına hazırlıq və magistralın ayrı-ayrı hissələrinin daimi istismarına təhvil verilməsi BAM-da sevaramıysk və kadarsk tunelinin tikintisinin gedişi və sevaramuysk tikintisinin yanından dolama dəmiryolunun tikintisi əsaslı müzakirə mövzusu idi. Heydər Əliyevin səyləri və verdiyi cəsarətli qərarların sayəsində 1984-cü ildə BAM fəaliyyətə başladı. O vaxt BAM-ın işə düşməsində başlıca maneə sevaramuysk tunelində yaranmış obyektiv çətinlik idi.
Ümumilli liderin rəhbərliyi ilə BAM-ın tikintisində yol verilmiş səhvlərə və çatışmazlıqlara xüsusi diqqət yetirilirdi. Problemlərin səbəbləri ətraflı araşdırılırdı. Məxsusən bu sahədə ayrı-ayrı sahələrə cavab verən idarə və təşkilatların, o cümlədən nazirlik və komitələrin nəaliyyətinin koordinasiyasında olan boşluqların aradan qaldırılmasına önəm verilirdi. BAM-a səfəri zamanı Heydər Əliyev tikinti işləri ilə birgə insanların həyat şəraiti ilə əsaslı tanış olurdu. Mərkəzdən uzaqda yaşayan insanların güzəranları hərzaman onun diqqətində idi.
BAM-ın çətin günləri 1985-ci ildən sonra Mixail Qarbaçovun hakimiyyətə gəlməsindən sonra başladı. İlk vaxtlar iqtisadiyyatın digər sferalarında olduğu kimi nəqliyyat,o cümlədən BAM müəyyən qədər inkişaf edirdisə də, yenidənqurma adı altında başlanmış xaos ona öz təsirini göstərməyə başladı. Hərc-mərclik şəraitində belə nəhəng bir tikintinin davam etdirilməsi ağır maliyyələrlə üzləşdi.
Nəzarəti Heydər Əliyevin üzərinə qoyulmuş Baykal-Amur magistralının tikintisi öz çətinliyi və ziddiyyətliliyi ilə seçilirdi. Miqyasına görə, dünyada analoqu olmayan layihə böyük olması ilə yanaşı çoxsaylı problemlərə məruz qaldı. Hərşeydən öncə qeyd etmək lazımdır ki, sovet cəmiətində BAM-ın tikintisinə münasibət birmənalı deyildi. Qarbaçovun elan etdiyi yenidənqurmaya qədər onun nəhəngliyi dövlətin məğlubedilməzlik rəmzi kimi təqdim edilirdisə, yenidənqurma dövründə ötən illərin bütün nəaliyyətlərinin kiçildilməsi başlanıldı. Kommunist dəyərlərin şübhə altına alınması şəraitində BAM-ın inşası dövlətin iflasının səbəblərindən biri kimi, israfçılıq, qeyri-effektiv iqtisadiyyat simvolu kimi təqdim edilirdi.
Bütün çətinliklərə və ziddiyyətli tarixçəsinə baxmayaraq Baykal-Amur magistralı bu gün də fəaliyyət göstərir. Rusiya hakim dairələrinin etirafları da bu layihənin reallaşdırılmasının vacibliyini bir daha təsdiq edir.
Bu günki Rusiya iqtisadiyyatına BAM-ın verdiyi töhfə kifayət qədər böyükdür. Qeyd edək ki, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında Heydər Əliyevin adını daşıyan vağzalın açılışı olub.
Ayşən Rəhim
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO