Nida Təhlil
Erməni planı: Çinarlıdakı diversiyada məqsəd nədir? – TƏHLİL
Hər dəfə cəbhədə bir güllə atılan kimi, informasiya
meydanında böyük müharibə başlayır. Bu dəfə də elə oldu. Cəbhədəki
insidentdən daha böyük təxribatlar siyasət və informasiya
meydanında yaşandı.
Erməni tərəfin iddiasına görə, təmas xəttində məhz Azərbaycan
hücuma keçib və buna görə də bir əsgərimiz itkin düşüb – yəni guya
onu itirib, geri qayıtmışıq. Bu tezisi yaymaqda düşmən ölkənin
məqsədi aydındır: Aprel döyüşlərindın bəri onlar eyni siyasəti
davam etrdirərək, atəşkəsi məhz Azərbaycan tərəfin pozduğunu
dünyaya göstərmək istəyirlər.
Bu dəfə plan incəliklərinə qədər işlənmişdi. Cəbhədəki
diversiyadan dərhal sonra “TASS” agentliyinin erməni müxbiri
Poliqon Baqramyan (Ad necə də simvolikdir!) KTMT-nin baş
katibi Nikolay Bordyujanın açıqlamasını yaydı. Açıqlamada Bordyuja
açıq-aşkar günahı Azərbaycan tərəfinin üstünə qoyurdu.
Eyni zamanda, KTMT-nin saytında hadisə ilə bağlı yayımlanan xəbərdə
“Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi göstərdi ki,
hadisələr eyni məntiqi zəncirin halqalarıdırlar. Və istisna
deyil ki, plan əvvəlcədən qurulub: Ermənistan təxribat
edəcək, sonra Bordyuja bunun günahını Azərbaycanın üstünə yıxacaq,
KTMT-nin saytında isə təxribatçı bir ifadə yer alacaq.
Paralel olaraq, erməni dairələrinə bağlı olan “azərbaycanlı”
blogger və media da işə düşdü: onlar erməni məntiqini
dəstəkləyərək, yazmağa başladılar ki, əgər hücuma keçən tərəf
ermənilərdirsə, niyə bizim əsgərimiz itkin düşüb? Və bir də belə
bir vicdansız yalanı tirajlamağa başladılar ki, guya bir əsgər
itkin düşməyib, 7 nəfər həlak olub.
İşin mənəvi tərəfini - bayram ərəfəsində övladları, yaxınları
cəbhədə olan insanların keçirdikləri psixoloji sarsıntını bir
qırağa qoyaq. Belə məqamlarda erməni mənbələrənə əsaslanaq
xəbər yaymaqla erməni olmağın arasında elə də böyük fərq
qalmır. Ermənistana lazım olan budur ki, belə bir
informasiya mənzərəsi yaransın: Azərbaycanlılar hücum edib və böyük
itki verərək, geri çəkiliblər. Əgər hansısa azərbaycanlı da bu
mənzərəni tamamlamağa xidmət edirsə, o, ermənilərin informasiya
meydanındakı desantından başqa heç kim deyil.
Detallara baxaq: Hadisənin baş verdiyi Çinarlı
kəndi Ermənistanla sərhəddədir; yəni onu keçsə, Azərbaycanın
kəşfiyyatçıları işğal olunmuş ərazilərimizə yox, Ermənistan
ərazisinə daxil olacaqlar. İndiyə qədər biz birbaşa Ermənistan
ərazisində heç bir kəşfiyyat əməliyyatı keçirməmişik, bu, lazım da
deyil. Yəni Azərbaycanın kəşfiyyat qrupunun məhz Çinarlıda əks
tərəfə keçməsi nonsensdir. Halbuki, ermənilər üçün öz
ərazilərindən Azərbaycan mövqelərinə kəşfiyyat-diversiya qrupu
göndərmək çox rahat olardı.
Əsgərin necə və niyə itkin düşməsinə gəlincə, bəlkə erməni
diversiyasının məqsədi elə əsir tutmaq olub? Ya bəlkə
məqsədli şəkildə bizim əsgəri, yaxud onun meyitini özlərilə
aparıblar ki, sonra bunu Azərbaycana qarşı bir arqumentə
çevirsinlər? Bu, hərbi əməliyyatın bilinməyən, gizli təfərrüatıdır,
onun əsasında mühakimə yürütmək olmaz axı.
Ermənistanın bunu etmək üçün bütün motivləri var.
Əvvəla, sülh prosesini pozan tərəfin məhz
Azərbaycan olduğu görüntüsü yaradıb, dünyaya sərgiləmək üçün.
İkincisi, KTMT-nin Sankt-Peterburqda keçirilən son
sessiyasında Ermənistan təşkilatın üzvlərinin diqqətinin Qarabağ
münaqişəsinə lazımınca yönəldə bilməmiş, bununla da Yerevanın
diplomatik planları pozulmuşdu. Əvəzində indi belə bir təxribat
törətməklə, uğursuzluğunu kompensasiya edə bilər.
Belə vəziyyətlərdə Azərbaycanın hər bir vətəndaşından, hər bir
sosial şəbəkə istifadəçisindən tələb olunan öz dövlətinin və
xalqının maraqlarını anlayıb, ona uyğun davranmaqdır. Bu
cür həssas məqamlarda yazılan hər bir cümlə, hər status, hər tvit
informasiya cəbhəsində atılan güllə deməkdir. Müharibə şəraitində
özününkülərə güllə atmaq isə hərbi cinayət saylır.
(azvision.az)
-
Ekologiya07:17Sabah yağış yağacaq - PROQNOZ
-
İdman06:46“Adidas” milli komandalar üçün yeni formaları təqdim etdi - FOTO
-
Magazin106:16Bu da Nagehanın yeni sevgilisi - FOTO
-
Magazin204:44Dua Lipa dərin yarıqlı libası ilə göz qamaşdırdı - FOTO
-
Magazin200:30Nəsrinin tərəf müqabili bəlli oldu - Foto
-
Qoroskop00:00Günün ulduz falı - Gözlənilməz gəlirlər əhvalınızı yüksəldəcək
-
İdman24 Mart 23:24Salahın “Liverpul”dan gedəcəyi tarix açıqlandı
-
Magazin124 Mart 23:12“Həmin qəzadan sonra bilmədiyim cəhətlərim üzə çıxdı”





















.jpg)






.jpg)








