Tanınmış yazar Cemalnur Sargut Azərbaycana gəlir
Bizi izləyin

Qırmızı.az

Tanınmış yazar Cemalnur Sargut Azərbaycana gəlir

Ünlü tasavvuf araşdırmacısı, tanınmış yazar Cemalnur Sargut Azərbaycana gəlir

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəvəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB), Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin, Dini Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ünlü tasavvuf araşdırmacısı, yazar Cemalnur Sargut Azərbaycana gələcək və bir sıra proqramlarda və yeni kitabının təqdimatında iştirak edəcək.

“Ayetü'l Kürsi”, “Yaratılış Sırrı”, “İnsan-ı Kamil'in Hakikati”,” Aşktan Dinle”, “Can-ı Candır”, “Hz. Adem”, “Şems”,” Ey İnsan”, “Peygambere Sevdirilen Kadın”,” Kâbe'nin Hakikati” və.s kimi çoxlu sayda kitabların və bir sıra başqa populyar əsərlərin müəllifi bu il yanvar ayının 29-dan fevralın 1-dək Bakıda səfərdə olacaq.

Ayın 30-da saat 19.00- da R.behbudov adına Dövlət Mahnı Teatrında “Ortaq Türk kültürü və mənəvi dəyərləri: yeni dövrün çağırışları, aydınların üzərinə düşən vəzifələr” mövzusunda tədbir keçiriləcək.

Camalnur Sargutun ABAİ İB tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq Bakıda çap edilmiş son əsəri “Dinlə” kitabının təqdimatının da keçiriləcəyi tədbirdə bir neçə ictimai təşkilat tərəfindən Camalnur Sargutun ödülləndirilməsi də həyata keçiriləcək.

Gecədə görkəmli tasavvuf araştırmacısı, yazar Cemalnur Sarguttəsəvvüf fəlsəfəsi üzərinə fikirlərini bölüşəcək, tədbir iştirakçılarının suallarını cavablandıracaq; eləcə də kitabını imzalı əldə etmək istəyən oxuyuculara öz kitablarını imzalayacaq.

Qeyd edək ki, “ Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın ünlü tasavvuf araştırmacısı, yazar Cemalnur Sargutun "Dinlə" kitabının satışından əldə olunan gəlirin autizimdən əziyyət çəkən ailələrə yardıma sərf olunacağını deyib.

Azərbaycana səfəri çərçivəsində ünlü tasavvuf araştırmacısı, yazar Cemalnur Sargut və onu müşayiət edən geniş heyətin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi ilə, MM-in Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri, habelə aparıcı KİV və QHT nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Qonaqlar eyni zamanda Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk şəhidliyini, Güllələnmiş Abidələri,Xocalı Soyqırımı abidəsini ziyarət edəcək və şəhərimizin tarixi yerlərini ziyarət edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm