Qırmızı.az
26FEVRAL.AZ veb portalı yaradıldı
İmage Şirkəti və Miras İctimai Birliyi Xocalı soyqrımı günü anladan 26FEVRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalı layihəsini təqdim etməyə hazırlaşır.
Publika.Az-ın verdiyi xəbərə görə, layihə daxilində faciənin qurbanları və şahidlərinin xatirələrini lentə alaraq filmlər hazırlanıb və filmlər 26FEVRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalında yerləşdiriləcək. Çəkiliş qrupu ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alır və qiymətli video arxiv yaradılır. Layihənin birinci mərhələsində müəyyən sayda film təqdim olunacaq və layihə 1 il boyunca davam edəcək. Layihə Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyətinin bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilib.
Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə varsa siz də bildirin. Siz və ya tanıdığınız insan hadisəni nəql etsin, biz də lentə alaq, film edək və 26 FEVRAL.AZ saytında paylaşaq. Yaddaşınıza arxayın olmayın. Bir azdan biz olmayacağıq, ya da unutmağa başlayacağıq...
Publika.Az
-
Dünya07:15Hər 3 aydan bir bütün vətədaşlara 200 dollar paylanacaq - Bu ölkə ilkə imza atdı
-
Dünya05:45Oliqarxdan Zelenski ilə bağlı İDDİA
-
Qoroskop01:40Günün ulduz falı: Tələsik addımlar atmayın!
-
Hadisə00:35Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...




































