Bakı yarışından əvvəl çox iş görməliyik - Şoulin
“Mercedes” komandasının yarış direktoru Endryu Şoulin bildirib ki, Monako trası onların zəif yönlərini ortaya çıxarıb.
Publika.az xəbər verir ki, “Mercedes” mövsümə pis başlayıb.
Lakin Barselonaya gətirilən yeniliklərdən sonra əksəriyyət gözləyirdi ki, “Mercedes” yenidən mübarizəyə qayıdacaq. Ancaq “gümüşü oxlar” Monakoda həm “Red Bull”dan, həm də “Ferrari”dən geri qalıblar.
Endryu Şoulin deyib ki, komanda və pilotlar üçün məyusedici həftəsonu idi: “Vahid dövrədə zəif idik, amma yarışda da tempimiz yox idi. Corc Landodan 5-ci yeri aldı və sona qədər onu arxasında saxladı. Əla performans idi. Lyuis də yarış ərzində “Alpine” komandasının pilotları ilə mübarizə apardı. Ona düzgün strategiya seçə bilmədik. Soyuq havada təkərləri qızdırmaq çətin idi və iki maşın da yarışın sonlarında performans itirməyə başladı. Bakı yarışından əvvəl çox iş görməliyik”.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
















.jpg)
.webp)


















