Bakıda problemlər yaşaya bilərik - Şovlin
“Mercedes” komandasının yarış mühəndisi Endryu Şovlin bildirib ki, Bakıda da Monakodakı kimi problemlər yaşaya bilərlər.
Publika.az xəbər verir ki, “gümüşü oxlar” mövsümə pis başlayıblar. Son 8 ilin çempionları Monakoda yavaş döngələrdə zəif görünüblər və boliddə dalğalanma problemi davam edib.
Endryu Şovlin deyib ki, Monakoda bolidin yaxşı işləməyini təmin etmək Barselonadan çətin idi: “İspaniyada yarış tempimiz yaxşı olsa da, “Red Bull” və “Ferrari”yə uduzurduq. Monakoda isə kələ-kötür asfalt və trasın yavaş quruluşu bizə çətinlik yaratdı. Boliddə də problemlər var idi. Bu da sürücülərin özlərinə olan inamı azaltdı. Döngələrdə sürət itirdi. Düzgün sazlanmanı tapa bilməmişdik.
Bakıda da oxşar problemlərlə üzləşə bilərik. İşləyirik və bolidi düzəltməyə çalışırıq. Bacardığımız qədər sazlanmaları düzəldəcəyik. Bolidi ideal hala gətirməliyik”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































