ABŞ
Ağ Ev Fransa prezidentinin Suriya ilə bağlı YALANINI üzə çıxardı
Fransa prezidenti Emmanuel Makronun “ABŞ-ı Suriyada qalmağa inandırdıq” sözlərini Ağ Ev yalanlayıb.
Publika.az xəbər verir ki, ABŞ qüvvələrini Suriyadan geri çəkməkdə qərarlı olduğunu bildirib.
Açıqlama Ağ Evin mətbuat katibi Sara Sanders tərəfindən verilib. O, ABŞ prezidenti Donald Trampın Suriyadakı əsgərləri geri çağırmaqda qəti qərar qəbul etdiyini deyib: “ABŞ-ın Suriyadakı missiyası dəyişmədi. Prezident Tramp ABŞ qüvvələrinin ən qısa müddətdə evlərinə qayıtmaq istəməsi mövzusunda çox açıq şəkildə danışıb”.
Mətbuat katibi verdiyi yazılı açıqlamada “Suriyada olmağımızın səbəbi İŞİD ilə mübarizədir. İŞİD-i tamamilə əzmək və geri qaytımasını əngəlləmək üçün qaydalar qəbul etməkdə qətiyik. Əlavə olaraq, regional müttəfiqlərimizin və ortaqlarımızın bölgəni təhülkəsizlik altına almaq üçün həm hərbi, həm də maliyyə baxımından daha çox məsuliyyət daşımalarını gözləyirik” sözlərini deyib.
Zümrüd
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













