ABŞ
Ağ Ev Baydenin yaşı ilə bağlı iddialara cavab verdi
Ağ Ev ABŞ prezidenti Co Baydenə qarşı irəli sürülən yaş iddialarına münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə mətbuat katibi Karin Jan-Pyer danışıb.
O bildirib ki, 2020-ci il seçki kampaniyası zamanı çoxları bu mövzunu qaldırıb, lakin hələlik Bayden prezident kimi öz tapşırıqlarını uğurla yerinə yetirir.
Qeyd edək ki, Bayden ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcəyini bildirib. Növbəti seçki zamanı o, 82 yaşında ABŞ tarixində ən yaşlı prezident olacaq. Qalib gəlsə və bütün müddətə xidmət etsə, prezidentlik müddəti bitəndə 86 yaşı tamam olacaq.
Jan-Pyer vurğulayıb ki, Baydenin yaşı son iki ildə ən çox müzakirə edilən və davamlı olaraq gündəmə gətirilən məsələdir:
"Bununla belə, onun keçmiş nailiyyətlərinə nəzər salsanız, onun üzərinə düşən vəzifələri uğurla yerinə yetirə bildiyini başa düşmək olar. Respublikaçılar Baydendən fərqli olaraq Amerika xalqının rifahı üçün mənalı heç nə etmədilər".
Ağ Evin mətbuat katibi “Bayden qalib gəlsə, ikinci müddətinin sonuna qədər bitirməyi planlaşdırırmı” sualını cavablandırmaqdan imtina edib. Bildirib ki, bu qərar yalnız prezidentə məxsusdur.
Hüseyn İbadlı
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

